Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


 İNNOVASIYA VƏ İNNOVASIYA SAHIBKARLIĞININ



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə18/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   14   15   16   17   18   19   20   21   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

6. İNNOVASIYA VƏ İNNOVASIYA SAHIBKARLIĞININ 
MAHIYYƏTI. 
 
İqtisadiyyatın inkişaf səviyyəsinin yüksəldilməsi ilə əlaqədar yeniliklərdən geniş 
miqyasda istifadənin əhəmiyyəti də artır. Bu baxımdan iqtisadi ədəbiyyatlarda 
sahibkarlığın iki əsas forması fərqləndirilir: 

birincisi, yeniliklərin yaradılması və onun iqtisadi cəhətdən real- 
Iti'idırılması (innovasiya sahibkarlığı);
 

xalis bazar sahibkarlığı (geniş mənada marketinq fəaliyyəti).
 
 


Sahibkarlıq öz mahiyyətini, demək olar ki, tam mənası ilə yeniliklərin meydana 
çıxmasında tapır. Sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəliliyinin yüksəldilməsi 
əvvəllər yeni yaradılan istehsal faktorlarının kombinələşdirilməsi (yeni istehsal 
funksiyaları) ilə müşayiət olunmuşdur. 
Rəqabətin ən mühüm üstünlüyü olan elmi və intellektual məhsulun inkişaf 
səviyyəsi (patentlər, Nou-Haular, informasiyalar) iqtisadi praktikada çox zəif 
istifadə olunur.
İnnovasiya sferasında iqtisadi iqlimin dəyişməsini müəyyən edən amillər 
mühum əhəmiyyət daşıyır. Bunlar aşağıdakılardan ibarətdir:
 
1. 
Bazar iqtisadiyyatı şəraitində istehlakçılann (alıcıların) gələcək ehtiyac və 
tələbatının qiymətləndirilməsinə olan maraqlann yüksəldilməsi. 
2. 
Təklif olunan məhsullardan və onların biznesinin formalaşması texnikasından 
istifadəyə kömək etməklə istehlakçılarla ən sıx əlaqədə işləməyin zəruriliyi. 
3. 
İqtisadi nəticələrin əldə edilməsinə qədər yeniliklərin əvvəlcədən 
yoxlanılmasının həyata keçirilməsi.
İstehsal prosesindən innovasiya prosesinin fərqləri aşağıdakılarla 
xarakterizə olunur:
 

məqsədə nail olmaq yollarının qeyri-müəyyənliyi və çoxsaylılığı, həmçinin 
yüksək risklər tələb etməsi; 

sistemin tərkib elementlərinin planlaşdırılmasının və proqnoz qiymətlərinin 
aparılmasının mümkünlüyü; 

mövcud iqtisadi münasibətlər və innovasiya prosesinin iştirakçılarının 
mənafeləri ilə bağlı sferada ziddiyyətlərin aradan qaldırılmasının zəruriliyi. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin