Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə23/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   19   20   21   22   23   24   25   26   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

 
1.Kadrlar 
(adamlar, işçilər, personal) rəhbərlər və fəhlələrdir. Kadrlar adətən 
2 qrupa bölünür: idarəedənlər və idarə olunanlar. Menecmentin təşkilində və işlərin 
icrası zamanı onların qabiliyyətləri, inam və baxışları, təlabatları, məhsuldarlıqları, 
ümidləri (gözləmələri), qavramaları, qruplaşmaları və liderlikləri nəzərə alınmalıdır.
Hər bir müəssisədə kadrların seçilməsi, öyrədilməsi və yenidən hazırlanması 
prosesi gedir. Kadrların hazırlıq prosesi mərhələlərlə, həm fəhlələrin, həm də 
idarəetmə işçilərinin (əsasən menecerlərin) hazırlanmaları ilə bağlıdır. Personal 
dedikdə, ali və orta səviyyə rəhbərləri ilə yanaşı, texniki səviyyə rəhbərləri də 
nəzərdə tutulur və heç bir işçi diqqətdən kənarda qalmır. Çünki ali və orta 
səviyyədəki vəzifə sahiblərinin verdiyi qərarlar texniki səviyyə işçiləri tərəfindən 
yerinə yetirilir və onlar bilavasitə fəhlələrlə ünsiyyətdə olurlar. 
1. Texnologiya - avadanlıqların (qurğuların) və işçi qüvvəsinin tətbiqilə icra 
edilən elə proseslərdir ki, onların vasitəsilə xammaldan hazır məhsullar istehsal 
olunur. Texnologiya qarşıya qoyulan məqsədə uyğun olaraq yaradılır. Misal üçün, 
qarşıya qoyulmuş məqsəd neft emalıdırsa, təşkil edilən texnologiya neft emalına 
imkan verən, əgər ayaqqabı istehsalıdırsa – texnologiya ayaqqabı istehsalına imkan 
verən avadanlıqlar və qurğularla təchiz olunmalıdır. Texnologiya – personalın, 
avadanlıq və qurğuların köməyilə xammalın işlənilib hazır məhsula çevrilməsi 
prosesidir. Standartlaşdırma, mexanikləşdirmə və avtomatlaşdırma, konveyer xətti, 
eləcə də kompüter və kommunikasiya şəbəkəsi texnologiyaya öz təsirini göstərir. 
Hər bir təşkilatda daxili təsir amilləri ilə yanaşı, müəyyən xarici təsir amilləri də 
vardır. Ona görə də müəssisənin fəaliyyətinin qurulmasında və idarə olunmasında 
bu xarici təsir amilləri də mütləq nəzərə alınmalıdır. 
Xarici təsir amilləri 2 növdür:

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin