Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə26/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   22   23   24   25   26   27   28   29   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

Sahədaxili rəqabət 
- bir sahərpu əmtəə istehsalçıları arasındakı rəqabəti 
xarakterizə edir. Əgər müəssişə yüksək əmək məhsuldarlığına nail olursa, orta 
səviyyəli əmək mqhsuldarlığı ilə işləyən müəssisələrə nisbətən daha çox əlavə 
mənfəət əldə edir. Əksinə, texniki və texnoloji cəhətdən zəif inkişaf edən müəssisə 
istehsal etdiyi məhsulun fərdi dəyərini belə qazana bilmir. Sahədaxili rəqabət 
müəssisələri elmi-texniki tərəqqinin inkişafına stimullaşdırır. 
Sahələrarası rəqabət 
- müxtəlif sahələrə daxil olan müəssisələr arasındakı 
rəqabəti xarakterizə edir. Sahələrarası rəqabət inkişaf etdiyi mühitdə kapitalın aşağı 
mənffət normalarına malik olan sahələrin daha yüksək mənffətə malik sahələrə axını 
yaranır. 
Rəqabət növlərinin təsnifləşdirilməsi əmtəə istehsalının sayından s ə onların 
bazarda tutduğu xüsusi çəkisindən də asılı olur. Məhz bu baxımdan təkmil (azad) və 
qeyri-təkmil rəqabət növləri fərqləndirilir. 


Azad (təkmil) rəqabətin əsas əlamətləri. 
Bu rəqabət mühitində iştirakçıların
sayı məhdudlaşdırılmır, əmtəə istehsalçıları bazara daxil olmaq və çıxmaq 
baxımından mütləq mənada sərbəstliyə malikdirlər. Azad rəqabətə misal olaraq hər 
bir vətəndaşın sahibkarlıq fəaliyyəti ılo məşğul olması və öz fəaliyyətini 
dayandırmaq hüququnu göstərmək olar. Bu hüququn özü belə müxtəlif aspektləri 
əhatə edir. Belə ki, fəaliyyət sahəsi müəyyənləşdirilir, ona uyğun bu və ya digər 
strukturlar formalaşdırılır, muzdlu işçilər cəlb edilir, səhmlər alınır, dövlət is- 
tiqrazları cəlb edilir, investisiya qoyuluşu təmin olunur və s. Azad rəqabət şəraitində 
vətəndaşların hər hansı fəaliyyət növünü seçməsi mümkündür. Azad rəqabət 
sistemində istehlakçıların diskriminalının bütün formaları istisna olunur. 
Azad rəqabət şəraitində bütün növ material, əmək, maliyyə və s. resurslar mütləq 
mənada mobil xarakter daşıyır, yəni daim hərəkətdə olur. Azad rəqabət mühitinin 
iştirakçılan öz maliyyə resurslannı sadəcə olaraq yerləşdirmir, əksinə, gəlirlərin 
artmasına yönəldirlər. Eyni zamanda istehsal və satışın genişlənməsi baxımından 
kapitalın yerinin dəyişdirilməsi də həyata keçirilir. Bu isə yalnız o halda mümkündür 
ki, həmin sahəyə əlavə resurslar cəlb edilir, qabaqcıl texnologiya tətbiq edilir. 
Hər bir rəqabət iştirakçılarının tam informasiya (tələb, təklif, qiymət, mənfəət 
norması və s. haqqında) əldə etməsi səhmlərin eəlb edilməsinə, məhsul satışında, 
daşınmaz əmlakın alınmasında ən düzgün və optimal variantların seçilməsinə imkan 
verir. Sonuncu halda iştirakçı dərk etməlidir ki, qoyulmuş səhmlər ona maksimum 
gəlir əldə etməyə imkan verməlidir. Məhsulun müxtəlif mənada eyni adlı və yeni 
növlü olması ticarət markalarının və məhsulun keyfiyyətinin digər fərdi 
xarakteristikasının məhdudlaşdırılmasım özündə əks etdirir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin