Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Kiçik və orta müəssisələrin sahibkarlıq fəaliyyətində



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə34/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   30   31   32   33   34   35   36   37   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

  
3. Kiçik və orta müəssisələrin sahibkarlıq fəaliyyətində 
əhəmiyyəti və vəzifələri. Biznes ideyaları və onların həyata 
keçirilməsi yolları  
Bazar iqtisadiyyatında kiçik müəssisələrin yeri və rolu. 
Bazar 
münasibətləri şəraitində iqtisadiyyatın struktur quruluşunun formalaşdırılmasında ən 
aparıcı problem dövlətsizləşdirmə və dövlət inhisarında olan əmlakın 
özəlləşdirilməsidir. Bu problem dünya praktikasında əsas etibarilə xırda, kiçik, orta 
müəssisələrin yaradılması yolu ilə həll edilir. Bu müəssisələrdən hər biri istehsal 
vasitələrinin şəxsi sahibi olduğundan, təbiidir ki, istehsal olunan məhsullara da 
sərəncam vermək hüququna malikdirlər. Ölkə iqtisadiyyatının hər bir sahə və 
sferasında kiçik bazar strukturlarının formalaşması iqtisadi proseslərin dünya 
təsərrüfatçılıq təcrübəsində mövcud olan tendensiyalarına cavab verir. Odur ki, 
dünyanın bütün ölkələrində xırda biznes sferasında müxtəlif profillər üzrə çoxlu 
sayda kiçik və xırda müəssisələr fəaliyyət göstərir. 


Müasir şəraitdə dünya ölkələrinin iqtisadiyyatında şəxsi və ailə üzvlərinin 
fərdi əməyinə əsaslanaraq fəaliyyət həyata keçirən orta və kiçik müəssisələr bərabər 
təsərrüfatçılıq şəraitində fəaliyyət göstərirlər. 
Müəssisələrin həcmi bu və ya digər sahənin spesifikasından, onun texnoloji 
xüsusiyyətindən, fəaliyyət sahəsinin səmərililiyindən asılıdır. Elə sahələr vardır ki, 
onlar yüksək kapital tutumuna, əmək tutumuna və istehsal həcminə malik olur. Ona 
görə də böyük həcmli müəssisələrin olması tələb edilmir. 
Müasir iqtisadiyyat üçün istehsalın miqyası üzrə müxtəlif və mürəkkəb 
kombinasiyalar - iri istehsal strukturlu tendensiyalar xarakterikdir ki, ona da bir çox 
faktorlar təsir edir. Onu da qeyd etmək lazımdır ki, elmi-texniki tərəqqinin davamlı 
tendensiyaları bir tərəfdən istehsalın təmərküzləşməsinə gətirib çıxarmışdır. 
Xüsusilə iri firmalar böyük maddi, maliyyə və əmək resurslarına, həmçinin 
ixtisaslaşmış kadrlara malik olmaqla çoxsaylı resursları özündə birləşdirirlər. Ona 
görə də onlar iri miqyaslı elmi-texniki əməliyyatlar həyata keçirməyə qadir olurlar. 
Digər tərəfdən isə son zamanlar xırda və orta sahibkarlığın görünməmiş 
dərəcədə inkişafı hiss edilməkdədir. Bu proses xüsusilə o sferalarda mövcud olur ki, 
burada çoxsaylı maliyyə vəsaitlərinə, avadanlıqların və əmək ehtiyatlarının böyük 
həcminə o qədər də ehtiyac olmur. Kiçik və orta müəssisələr xüsusi ilə istehlak 
məhsullarının istehsalı ilə bağlı olan sahələrdə yaranır və fəaliyyət göstərir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin