Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


İstehsalın xırda formalarının səmərəli fəaliyyət göstərmək imkanları iri



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə35/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   31   32   33   34   35   36   37   38   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

İstehsalın xırda formalarının səmərəli fəaliyyət göstərmək imkanları iri 
istehsalla müqayisədə bir sıra üstünlüklərə malikdir. Bunlar aşağıdakılardan 
ibarətdir:
 

yerli bazarlara məsafə baxımından yaxınlıq; 

istehlakçıların (müştərilərin) tələbatlarına maksimum uyğunlaşma; 

iri firmalar üçün əlverişli olmayan xırda partiyalarla məhsul istehsalı; 

idarəetmədə paralel səviyyələrin ixtisar edilməsi. 
Araşdırmalar göstərir ki, xırda istehsal şəxsi istehlak sferasında tələbatların 
fərdiləşməsinə və differensiallaşmasına imkan yaranır
. Xırda və orta səviyyəli 


istehsalın inkişafı öz növbəsində iqtisadiyyatın sağlamlaşdırılması üçün 
əlverişli şərait yaradır

Belə ki: - rəqabət mühitinin inkişafını; - əlavə iş yerlərinin yaradılmasını; -
struktur 
yenidənqurulmasının 
fəallaşdınlmasını; 

istehlak 
sektorunun 
genişləndirilməsini təmin edir. 
Kiçik müəssisələr bir və ya bir neçə fəaliyyət növü üzrə ixtisaslaşmaqla 
iqtisadiyyatın bütün sahə və sferalarında fəaliyyət göstərirlər. 
Qeyd etmək 
lazımdır ki, xüsusi fəaliyyət növlərinin həyata keçirilməsinə müstəsna hallarda 
dövlət müəssisələrinə icazə verilir. Müəyyən qrup məhsul istehsalı isə adətən xüsusi 
icazə (lisenziya) əsasında lıoyata keçirilir. Kiçik müəssisələr öz təsərrüfat 
fəaliyyətlərinin həyata keçirilməsində tam sərbəstliyə malikdirlər. Belə ki, onlar 
istehsal etdikləri məhsula müstəqil sərəncam vermək hüququna malik olub
mənfəətin vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra qalan hissəsindən 
sərbəst şəkildə istifadə edə bilərlər. Bütün növ müəssisələrin maliyyə nəticələrinin 
ümumiləşdirici göstəricisi mənfəət hesab edilir (bu barədə müəssisənin fəaliyyət 
mexanizmini xarakterizə edən göstəricilərlə bağlı paraqrafda ətraflı məlumat yerilir). 
Müəssisənin təsərrüfat fəaliyyətində ən mühüm proses planlaşdırma hesab edilir. 
Kiçik müəssisələr öz fəaliyyətlərini sərbəst planlaşdırmaqla istehsal olunan 
məhsullara və göstəriləcək xidmətlərə olan tələb baxımından inkişaf 
perspektivlərini, müəssisənin iqtisadi və sosial inkişafının təmin edilməsinin və 
işçilərin şəxsi gəlirlərinin artınlmasının zəruri səviyyəsini müəyyən edirlər. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin