Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Kiçik müəssisələrə dövlət yardımı formaları



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə36/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   32   33   34   35   36   37   38   39   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

Kiçik müəssisələrə dövlət yardımı formaları. 
Qeyd etmək lazımdır ki, müasir 
şəraitdə iqtisadiyyatın sağlamlaşdırıİmasında kiçik müəssisələrin rolu kifayət qədər 
hiss edilmir. Bütün bunlar isə ilk növbədə istehsalın ümumi böhranı və təsərrüfat-
iqtisadi əlaqələrinin dağılması ilə izah edilir. Eyni zamanda belə bir fakt da 
danılmazdır ki, bu müəssisələrə dövlət yardımının vəziyyəti də istənilən səviyyədə 
deyil. Bundan əlavə kiçik müəssisələr arasında bazardakı mövcud vəziyyətin


müntəzəm dəyişməsindən asılı olaraq qeyri sabit sahibkarlıq strukturu 
mövcuddur. Bu arzuolunmaz proseslərin aradan qaldırılmasında müxtəlif istiqamətli 
dövlət yardımlarına ehtiyac duyulur. İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində 
kiçik biznesə dövlət yardımı üzrə xüsusi fondlar fəaliyyət göstərir. Məsələn, 
Yaponiyada büdcənin hissəsindən bu məqsədlə 2-3 milyard dollar vəsait ayrılır. 
İqtisadi praktikada istehsalın xırda formalarına, daha doğrusu kiçik biznesə dövlət 
yardımının əsas forması kimi mənfəətdən vergi güzəştləri tətbiq edilir. Hal-hazırda 
kiçik biznesin ən mühüm problemlərindən biri onlara tətbiq edilən vergi növlərinin 
istehsalın stimullaşdırılmasmda rolunu yüksəltməkdən ibarətdir. Müasir şəraitdə 
xırda biznesin fəaliyyətinə təkan verən amillərdən biri də kreditləşmədir. Kreditlər 
girovlar və ya təminat məktubları vasitəsilə verilir. Kiçik müəssisələr isə əksər 
hallarda bu məktubları təqdim edə bilmirlər. Kiçik müəssisələrin ittifaqlarının 
yaradılması üçün xüsusi fondlar təsis edilir. Bu fondlardan da müəssisələr kreditlər 
götürərkən heç bir girov və təminata ehtiyac qalmır. Hazırda bilavasitə xırda biznesə 
xidmət edən xüsusi banklar istisnalıq təşkil edir. Bu baxımdan xüsusiləşmiş kiçik 
müəssisələr daha çətin vəziyyətdədirlər. Kreditlər əldə etmək üçün müvafiq 
imkanların məhdudluğu isə digər müəssisələrlə rəqabət aparmaq imkanlarını aşağı 
salır. İnkişaf etmiş Qərb ölkələrinin əksəriyyətində dövlət tərəfindən kiçik biznesə 
xüsusi strukturlar və fondlar vasitəsi ilə güclü maliyyə- kredit yardımı göstərilir. 
Məsələn, Amerika Birləşmiş Ştatlarında xırda və orta firmalar üçün kredit 
strukturlan mövcuddur. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin