1.Vergi sisteminin ümumi xaraktikası və verginin növləri
Vergilər -
bazar münasibətləri şəraitində dövlətin
iqtisadiyyata təsirinin ən
əhəmiyyətli vasitələrindən hesab edilir. Dünya ölkələrinin tarixi təcrübəsi göstərir
ki, hər bir biznesmen sahibkarlıq fəaliyyətinə başlamazdan ilk əvvəl vergi haqqında
qanunvericiliyi bilməsi zəruridir. Bu da bilavasitə nə vaxt və nə qədər vergi
ödənilməsi ilə əlaqədardır. Vergi qanunvericiliyinin təhlili göstərir ki, müxtəlif növ
vergilərin olması sahibkarlıq fəaliyyətini mürəkkəbləşdirir. Bu mürəkkəblik isə hər
şeydən əvvəl hesablaşmaların mürəkkəbliyi ilə bağlıdır.
Vergi ilə bağlı məsələlərin öyrənilməsində başlıca
məqsəd vergi sisteminin
formalaşdınimasını araşdırmaqdan ibarətdir. İqtisadiyyatın inkişafının qeyri-
stabilliyi ilə əlaqədar vergi sistemində də müəyyən dəyişikliklər baş vemişdir. Lakin
bütün bunlarla bərabər vergi sistemi bazar münasibətlərinin
tələblərinə müəyyən
qədər uyğunlaşdırılmış, vergi münasibətlərinin bütün iştirakçılan üçün
vergiqoymanın vahid (|aydalan müəyyənləşdirilmişdir.
Vergi nədir, onun məzmunu və mahiyyəti nə ilə şərh edilir?
Vergi - dövlətin
və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi
ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin
özgəninkiləşdirilməsi
şəklində
, Vergilər Məcəlləsində başqa hal nəzərdə tutulmamışdırsa, dövlət
büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi,
əvəzsiz
ödənişdir.Vergilər, rüsumlar və digər ödənişlər - müxtəlif səviyyədə büdcəyə və va
büdcədən kənar fondlara ödənilən məcburi ayırmalardır. Bunlar da müəyyən edilmiş
qanunvericilik əsasında həyata keçirilir. İqtisadi diaktikada bu ödənişləri əsas etibarı
ilə iki funksiya: fıskal və tənzimləyici funksiyalar yerinə yetirir.
Fiskal funksiya sahibkarların və ayrı-ayrı vətəndaşların gəlirlərindən dövlət
büdcəsinə ayırmaları nəzərdə tutur. Tənzimləyici
funksiya isə o deməkdir ki,
vergilər yenidən bölüşdürülmə prosesinin fəal iştirakçılanndan biri olmaqla geniş
təkrar istehsal prosesinə ciddi təsir göstərir. Yəni onun tempini stimullaşdırır və
aşağı salır, kapital yığımını gücləndirir və zəiflədir, ödəniş qabiliyyətli tələbi artırır
və ya azaldır.
Vergilərin tənzimləmə funksiyaları özlüyündə vergiqoymanın idarə edilməsinin
təşkilat- hüquqi normasının və metodlarının məcmu- Minıı əks etdirməklə vergi
mexanizmi vasitəsi ilə həyata keçirilir. Vergi mexanizminə müxtəlif tipli üstqurum
vasitəsinin geniş arsenalı daxildir (vergi
dərəcələri, güzəştlər, sanksiyalar və s.).
Dövlət vergi (laıuınvericiliyi vasitəsi ilə vergi mexanizminin hüquqi formasını hə-
vala keçirir.
Dostları ilə paylaş: