Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Vergilər formasında məcburi ödənişlər üç qrupa bölünür



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə38/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   34   35   36   37   38   39   40   41   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

Vergilər formasında məcburi ödənişlər üç qrupa bölünür: 
dövlət, regional və 
yerli təyinatlı vergilər. Bu qruplardan əlavə büdcədən kənar fondları (pensiya fondu, 
sosial sığorta fondu, dövlət məşğulluq fondu, məcburi tibbi sığorta fondu) 
formalaşdıran xüsusi vergilər və ödənişlər də fəaliyyət göstərir. Dövlət vergiləri 
ölkədə hakim mövqeyə malik olur və dövlət büdcəsinin formalaşmasının ən həlledici 
resurslarına çevrilir. Bütövlükdə dövlət büdcəsi gəlirlərinin 4/3 hissəsini bu gəlirlər 
hesabına formalaşdırır. 
Əlavə dəyər vergisi. 
İqtisadi praktikada əlavə dəyər vergisini çox hallarda satışdan 
və dövriyyədən vergi ilə də əvəz edirlər. Əlavə dəyər vergisi ilk dəfə Fransada tətbiq 
edilmişdir. Bu hazırda əksər inkişaf etmiş ölkələrin iqtisadiyyatında həyata keçirilir. 
Dolayı vergi növü kimi əlavə dəyər vergisi məhsul və xidmətlərin qiymətlərinə 
əlavələr formasında çıxış edir və bilavasitə sahibkarın gəlirlərinə toxunmur. Bu vergi 
əslində müəssisədən deyil, istehlakçıdan tutulur. Mahiyyət və məzmun etibarı ilə 
müəssisələr yalnız həmin vergiləri toplamaqla məşğul olur. Əmtəə və xidmətlərin 
istehsalçıdan istehlakçıya çatdırılmasına qədər o, istehsal və tədarükün uzun texniki 
mərhələsini keçir. Bu prosesin hər bir mərhələsində əlavə dəyər yaranır və bu isə 
yalnız vergi- qoyma obyektinə xidmət edir. Əlavə dəyər vergisi maddi qiymətlərin 
faktiki dövriyyəsi ilə sıx əlaqədar olur. Öz sələfləri ilə müqayisədə (dövriyyədən 
vergi və satışdan vergi) əlavə dəyər vergisi müəyyən üstünlüklərə malikdir. 
Dövriyyədən vergi ilə müqayisədə o daha səmərəli olub, bütün mərhələlərdə əmtəə 


dövriyyəsini və genişlənmiş vergi bazarını əhatə edir. Bu vergi növünün ödənmə 
dərəcəsi digər ilə müqayisədə daim yüksəkdir. Ayn-ayrı istehsalçılar üçün bu 
verginin alıcılıq dərəcəsi nisbətən aşağıdır. Bu isə onunla izah edilir ki, verginin 
qoyulması bütünlükdə əmtəə dövriyyəsini deyil, təkcə dəyərin artmasını əhatə edir. 
Bundan əlavə verginin ağırlığı əmtəə dövriyyəsinin bütün mərhələləri üzrə 
bölüşdürülür və bazar münasibətlərinin bütün iştirakçılan üçün şərait yaranır. Bu isə 
vergiqoymanm ən sadə forması olub bütünlükdə vergi ödəyiciləri üçün vahid 
vergiyiğma 
mexanizmi ilə müəyyənləşdirilir. Verginin 
bu 
növünün 
müəyyənləşdirilməsi dövlət üçün sərfəlidir. Ona görə ki, ondan kənarlaşmaq o qədər 
də asan olmur və bütünlükdə maliyyə pozuculu- ğunun səviyyəsini aşağı salır. Əlavə 
dəyər vergisi sahibkarın təsərrüfat fəaliyyətindən edilən gəlirlərini yüksəltməyə olan 
maraqlarını əhəmiyyətli dərəcədə arıtırır. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin