Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə39/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   35   36   37   38   39   40   41   42   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

Gömrük vergisi
. Bu vergi daxili bazarın xarici bazarla səmərəli əlaqəsini təmin 
edir. Eyni zamanda xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vəsitəsi olan 
gömrük tarifinin formalaşdırılması və tətbiqi gömrük sərhədindən keçən mallardan 
rüsum tutulması qaydalarını müəyyən edir. Gömrük tarifinin məqsədləri 
aşağıdakılardır: 
- idxalın əmtəə strukturunu səmərələşdirmək; 

ölkə ərazisinə malların gətirilməsinin və çıxarılmasının, valyuta gəlirlərinin və 
xərclərinin əlverişli nisbətini təmin etmək; 

valyuta sərvətlərinin ölkənin gömrük ərazisinə gətirilməsi və bu ərazidən 
çıxarılması üzərində səmərəli nəzarət etmək; 

ölkədə malların istehsal və istehlak strukturunda mütərəqqi dəyişikliklər üçün 
şərait yaratmaq; 

iqtisadiyyatı xarici rəqabətin mənfi təsirindən qorumaq və onun dünya 
təsərrüfatı ilə səmərəli inteqrasiyasına şərait yaratmaq. 
Gömrük tarifi ölkənin gömrük sərhədindən keçirilən mallara tətbiq edilir. O 


xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş 
gömrük rüsumu dərəcələrinin məcmusudur. İdxal və ixrac rüsumlarının dərəcələri 
və eyni zamanda əlverişli ticarət rejimi tətbiq olunan ölkələrin siyahısı Nazirlər 
Kabineti tərəfindən müəyyən edilir. Əlverişli ticarət rejimi tətbiq olunmayan 
ölkələrin mallarına idxal gömrük rüsumlarının dərəcələri iki dəfə artırılır. İqtisadi 
praktikada aşağıdakı gömrük rüsumları tətbiq edilir; 
- advaler - malların gömrük dəyərinə görə faizlə hesablanan gömrük rüsumu; - 
-spesifik - mal vahidinə görə müəyyən olunmuş dəyərlər hesablanan gömrük 
rüsumu;
- kombinə edilmiş - hər iki növü birləşdirməklə hesablanan gömrük rüsumu. 
Qanunda gömrük dəyərinin müəyyən edilməsi üsulları və onların tətbiqi 
qaydaları mühüm yer tutur. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin