3. SAHIBKARIN QIYMƏTQOYMA SIYASƏTI.
Sahibkarın qiymətqoyma siyasəti.
Hər hansı sahibkar və firma təsərrüfat
fəaliyyətində bizneslə bağlı əsas problemləri həll etdikdən sonra cari məsələlərin
həlli ilə məşğul olmalıdır. Firmanın qiymət siyasəti ilk növbədə onun öz xüsusi
potensialı ilə kifayət qədər kapitala, ixtisaslı kadrlara və təşkilati işlərin uğurlu
həllinə nail olmasını əsas götürür. Bu heç də bazarda tələb və təklifin mövcud
vəziyyətindən asılı deyildir. Odur ki, ilk növbədə firmanın strategiyasını
müəyyənləşdirmək, onun real imkanlarını üzə çıxarmaq və bundan sonra bazarda
təklifi formalaşdırmaq və qiymət siyasətini hazırlayıb həyata keçirmək lazımdır.
Qiymətlə bağlı bütün iqtisadi proseslərin və qiymət strategiyasının hazırlanması
firmanın perspektiv inkişaf istiqamətinin müəyyən edilməsində mühüm əhəmiyyət
kəsb edir. Bu sahədə formalaşan hər hansı təsir vasitəsinin praktik olaraq reallışması
və tətbiq olunan qiymətlər firma və şirkətlərin strateji xətti ilə uyğunlaşdırılır. Bu
prosesə bazar konyukturunun mövcud vəziyyəti nəzərə çarpacaq dərəcədə təsir edir
və müəyyən dəyişikliklərə uğradır. Qiymət siyasəti və qiymətqoymanın idarə
olunması, firmanın iqtisadi həyatında mühüm rol oynamaqla onun strateji inkişaf
planının əsasını təşkil edir.
Qiymət bazar tədqiqatları kompleksinin ən mühüm elementi sayılır. O, daim
nəzarətdə olan faktorlar qrupuna aid olub, əsas göstərici kimi çıxış edir. Zəif inkişaf
etmiş ölkələrin biznesində qifmət strategiyasının zəif olması ilk növbədə qiymətin
müəyyən edilməsində xərc strukturlarının uyğunsuzluğundan irəli gəlir. Bundan
əlavə firmanın hazırlamış olduğu qiymət strategiyası firmanın ümumi strategiyası
ilə zəif şəkildə əlaqələndirilir. Bunun əsas səbəblərindən biri bazara təsir edən faktor
kimi qiymətdən kifayət qədər istifadə olunmamasıdır.
Keyfiyyət baxımından firmanın strategiyasını hazırlamaq məqsədilə bazarın
konyukturu, yeni əmtəələrin istehsalı haqqında zəruri informasiyalar toplanır, tədqiq
edilir və həmçinin satışın optimal təşkili ilə bağlı təkliflər hazırlanır. Bazar haqqında
toplanmış informasiyaların təhlili əsasında müəssisə öz strategiyasını işləyib
hazırlayır. Bu çərçivədə əvvəlki bazarlarda yeni alıcılara köhnə xidmətlər
göstərilməsi (nüfuzetmə, köksalma strategiyası), inkişaf strategiyası (əmtəələrin
yeni bazarlarda satışı), yeni əmtəələrin satış strategiyası (əldə edilmiş və ya inhisara
götürülmüş bazarlarda yeni əmtəələrin satışı), diversifıkasiya strategiyası (bazarın
yeni seqmentlərinə yeni əmtəələrin çıxarılması) həyata keçirilir. Firma hər hansı
konkret strategiyanı seçərkən bu strategiyaya uyğun xüsusi qiymət siyasəti də
hazırlayır. Bazarın tələbləri firmaları məhsul satışı şərtlərini daimi öyrənməyə
istiqamətləndirir
Qiymət strategiyası daha çox firmanın ümumi strateji konsepsiyası əsasında
formalaşır. Bu konsepsiyada perspektiv inkişaf planları öz əksini tapır. Strateji
planlaşdırma firmaların məqsədi və vəzifələrinin formalaşması prosesi olub, zəruri
resusların əldə edilməsi və müəssisənin gələcəkdə səmərəli işini təmin etmək
məqsədilə onun bölüşdürülməsi üçün müəyyən olunan spesifik strategiyanın
seçilməsidir. Strateji planlaşdırma prosesi idarəetmədə bütün qərarların qəbul
edilməsində mühüm iqtisadi vasitə kimi çıxış edir. Strateji planlaşdırmanın ən
başlıca vəzifələrindən biri təsərrüfat fəaliyyətinin kifayət qədər yeniliklərlə təmin
olunması və xarici mühütin dəyişməsinə uyğun olaraq lınnalann adekvat reaksiya
göstərməsindən ibarətdir. Strateji planlaşdırma ümumi istiqamətlərin müəyyən
edilməsinə xidmət edir. Bu da iqtisadi artımın təmin edilməsində və firmalann
mövqelərinin möhkəmləndirilməsində mühüm rol oynayır.
|