Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə52/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   48   49   50   51   52   53   54   55   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy


topdansatış qiymətinin yüksəldilməsi; 

qiymət və tariflərə müəyyən edilmiş əlavələrin yüksəldilməsi; 

rentabellik səviyyəsinin yüksəldilməsi hesabına büdcədən alınacaq məbləğin 
hesablanmaması. 
Qaydaların pozulması nəticəsində əldə edilən cərimələrin məbləği 
müəssisənin mənfəətindən 5 gün müddətində büdcəyə ödənilir. 
İqtisadiyyatın bütün sahələrində qiymət intizamına əməl edilməsinə nəzərəti 
İqtisadiyyat Nazirliyi və onun ərazi orqanlan tərəfindən həyata keçirilir. 
Sanksiyalar haqqında qəbul edilmiş qərarlar icra üçün müvafiq olaraq vergi 
müfəttişliyinə və surəti isə qaydanı pozmuş müəssisəyə göndərilir. Qiymət 
intizamının pozulmasına görə iqtisadi sanksiyaların tətbiq edilməsi ilə bağlı qərar 
etiraz qiymətə nəzarət üzrə yuxan dövlət orqanına göndərilir. Bu halda qanunsuz 
olaraq cərimələnmiş məbləğ arbitraj məhkəməsinin qərarı ilə vergi müfəttişliyi 
tərəfindən geri qaytarılır. 
5. 
“Struktur, 
məhsul 
və 
xidmətlərin 
sertifıkatlaşması 
haqqında” 
qanunvericiliyə əməl edilməsi ilə bağlı məsuliyyət. Məsuliyyətin bu mövü dövlət 
standartlarının məcburi tələblərinin, həmçinin təsdiq edilmiş siyahı üzrə məhsulun 


sertifıkatlaşması ilə bağlı məcburi qaydaların pozulmasını nəzərdə tutur. 
Sertifikatsız məhsul və xidmətin reallaşması qanunvericilikdə müəyyən edilmiş 
qaydalarla qadağan edilir. 
Dövlət standartlarının vəzifəli şəxsləri bu məsələ ilə bağlı müəssisənin 
fəaliyyətinə nəzarət etmək hüququna malikdir: 
- satışın dayandırılması və ya qadağan edilməsi, həmçinin dövlət 
siiiııdartlarının məcburi tələblərinə uyğun olaraq iş və xidmətlərin yerinə 
yetirilməsi ilə bağlı göstərişlər vermək; 

məhsulun istehsalı, hazırlanması, satışı, istifadəsi, daşınması, həmçinin iş və 
xidmətlərin yerinə yetirilməsi ilə bağlı standartlarının pozulmasının aradan 
qaldırılması ilə bağlı göstərişlər vermək; 

dövlət standartlarının məcburi tələblərinin pozulmasına görə cərimələrin 
tətbiqi ilə bağlı qaydaları müəyyənləşdirmək; 

idxal olunan məhsulun reallaşdırılmasını qadağan etmək. 
6, Vergi qanunvericiliyinin pozulmasına görə sahibkarların məsuliyyəti. Vergi 
qanunvericiliyinin pozulmasına görə maliyyə məsuliyyəti “Vergi məcəlləsi” ilə 
tənzimlənir. Vergi sanksiyaları aşağıdakı şəkildə tətbiq edilir. 

cərimənin məbləği gizlədilmiş və ya salınmış gəlirlərin həcmi qədər nəzərdə 
tutulur. Qanunvericiliyin təkrar pozulmasına görə bu məbləğin həcmi iki dəfə 
artır. 
Vergi sanksiyalarının tətbiqi - vergiqoyma obyektinin nəzərə alınmaması və 
ya gizlədilməsinə, habelə gəlirlərin gizlədilməsi və ya aşağı salınmasına görə cəza 
tədbirlərini, o cümlədən həmin mənbələr həcmində cərimənin müəyyən 
edilməsini, həcminin təkrar qayda pozuntularına görə cərimələrin məbləğinin iki 
dəfə artmasını nəzərdə tutur. 
Gəlirlərin aşağı salınması və gizlədilməsi faktlarına görə məhkəmənin qərarı 
vergi orqanlarının iddiası əsasında və ya prokurorluğun sanksiyaları tətbiq 
edildiyi aşağıdakı hallarda müəyyənləşdirilir: 

ayrı-ayrı qayda pozuntusu hallarına - vergiqoyma obyektinin uçotunun 
həyata keçirilməməsinə, sənədləşdirmənin aparılmamasına və ya təqdim 


edilməməsinə, vergilərin hesablanmasında və ödənilməsində pozuntulara yol 
verilməsinə görə hesablanmamış vergi məbləğinin 10 faizi həcmində cərimələrin 
müəyyənləşdirilməsi; 

vergi ödənilməsinin ləngidildiyi hallarda hər gün vaxtı keçmiş və 
ödənilməmiş məbləğə 0,7 faizi həcmində peniyalar əlavə edilir; 
Vergi qalıqları üzrə cəza tədbirləri, həmçinin cərimə və digər sanksiyaların 
məbləğinin ödənilməsi mübahisə doğurduğu hallarda hüquqi şəxslər tərəfindən 
məhkəmə yolu ilə həyata keçirilir. 
Vergi cinayətlərinin və bu sahələrdə bu və ya digər qayda pozulmasının 
müəyyənləşdirilməsi və xəbərdarlıq edilməsi ilə bağlı vergi polisi orqanlarına 
böyük səlahiyyətlər verilir. Vergi orqanlarına verilən hüquqlar zəruri hallarda 
vergi ödəyicilərinin yoxlanılması və mülkiyyət formalarından asılı olmayaraq 
sahibkarlardan və müəssisələrdən bu və ya digər informasiyalar əldə edilməsi yolu 
ilə həyata keçirilir. 
Vergi orqanlarının qərarlarına uyğun olaraq vergi ödənilən obyektin bank və 
kredit təşkilatının hesablaşma hesabında aparıldıqları əməliyyatlar üzrə sənədlər 
təqdim edilmədiyi hallarda (vergilərin hesablanması və ödənilməsi ilə əlaqədar) 
bir ay müddətinə qədər dayandırıla bilir. 
Qayda pozulması hallarına görə qanunla müəyyən edilmiş qaydada vergi 
orqanlannin tələbi ilə sahibkarlıq müəssisəsinin rəhbərləri vəzifəli şəxsləri aylıq 
əmək haqqının minimum həcminə uyğun olaraq onun yüz misli məbləğində cərimə 
formasında inzibati məsuliyyətə cəlb edilir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin