Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə58/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   54   55   56   57   58   59   60   61   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

 
 
Mövzu№ 7.Sahibkarlığın dövlət tənzimlənməsi
Plan: 
1.Sahibkarlıq fəaliyyətinin tənzimlənməsində dövlətin əsas funksiyaları. 


 2.Sahibkarlıq fəaliyyətinin tənzimlənməsinin əsas prinsipləri. 
3.
Dövlət tənzimləməsinin obyektləri və subyektləri 
4.Azərbaycan Respublikasında sahibkarlığın inkişafı üçün həyata keçirilən 
addımlar. 
1.Sahibkarlıq fəaliyyətinin tənzimlənməsində dövlətin əsas 
funksiyaları 
İqtisadiyyatın tənzimlənməsində dövlətin rolunun genişlənməsi bir sıra obyektiv 
səbəblərlə əlaqədardır. Dünya təcrübəsi göstərir ki, inkişafın mürəkkəb dövrlərində, 
xüsusilə də cəmiyyətdə və iqtisadiyyatda sosial-iqtisadi və texnoloji dəyişikliklərin 
getdiyi vaxtlarda dövlətin təşkilatçılıq fəaliyyətinin artırılması zəruridir.
Keçid dövründə olan ölkələrdə iqtisadiyyatın tənzimlənməsində dövlət xüsusilə 
böyük rol oynayır. Belə ki, keçid dövrünün davametmə müddəti xeyli dərəcədə məhz 
bu dövrdə dövlətin necə fəaliyyət göstərməsindən asılıdır. 
Bazar münasibətlərinin formalaşdırılması və tənzimlənməsi, habelə resursların 
yenidən bölüşdürülməsi dövlətin müdaxiləsi olmadan qeyri-mümkündür. Çünki bazar 
münasibətlərinin formalaşdırılması köhnə strukturların ləğv edilməsi və yeni 
strukturların yaradılması ilə eyni vaxtda həyata keçirilir. Bunun nəticəsində bir 
tərəfdən iqtisadiyyatda çoxukladlılıq meydana gəldiyinə görə rəqabət üçün şərait 
yaranır və tələb, təsərrüfatçılığın həlledici amilinə çevrilir. Digər tərəfdən isə bu 
dövrdə cəmiyyətdə elə bir şərait formalaşır ki, onların həll edilməsi dövlətin müda-
xiləsi olmadan mümkün deyildir. 
 
Dünyada mövcud olan iqtisadi sistemlərin hamısı demək olar ki, qarışıq 
sistemlərdir və bir sıra vəzifələr bazar sistemi ilə dövlət arasında bölünmüşdür. Bunu 
belə bir statistik məlumatdan görmək olar ki, hazırda milli məhsulun 80%-ə qədəri 
bazar sisteminin, 20%-i isə dövlətin payına düşür. Bununla yanaşı, dövlət istehsalı 
maliyyələşdirməklə bərabər, iqtisadiyyatın xüsusi bölməsində yaradılan gəlirləri 
yenidən bölmək məqsədilə bir sıra sosial sığorta və sosial təminat proqramlarını da 
həyata keçirir. Statistika göstərir ki, vergilər, habelə əmtəə və xidmətlərin satın 


alınmasına, sosial proqramların həyata keçirilməsinə yönəldilən xərclərin ümumi 
məbləği milli gəlirin təqribən 1/3 hissəsini təşkil edir. Nəhayət ətraf mühitin 
mühafizəsi, sağlamlığın qorunması, istehlakçıların təhlükəli məhsullardan müdafiəsi 
ilə əlaqədar olan çoxsaylı tədbirlər, habelə müəyyən sahələrdə qiymətlərin 
formalaşması təjrübəsinə nəzarətin təmin edilməsi və s. əslində dövləti iqtisadi 
fəaliyyətin bütün sahələrində «görünməyə» sövq edir. Ümumiyyətlə, 
dövlət 
vətəndaş cəmiyyətinin siyasi və sosial-iqtisadi prinsiplərini həyata keçirir. O, 
makroiqtisadi bazar proseslərinin formalaşmasında fəal iştirak edir. Bunlara uyğun 
olaraq qarışıq iqtisadiyyat şəraitində dövlətin əsas funksiyalarına aşağıdakılar 
aiddir: 
1.İqtisadi qərarların qəbul edilməsi üçün hüquqi bazanın yaradılması. Dövlət, 
dövlətə məxsus olan və xüsusi müəssisələrin fəaliyyətini tənzimləyən qanunları 
işləyib hazırlayır və qəbul edir, vətəndaşların hüquq və vəzifələrini müəyyənləşdirir; 
2.İqtisadiyyatın sabitləşdirilməsi. Dövlət istehsalın azalması meylinin 
qarşısının alınması, inflyasiyanın azaldılması və işsizliyin səviyyəsinin aşağı 
salınması, milli valyutanın sabitliyinin təmin olunması üçün büdcə-vergi və pul- 
kredit siyasətindən istifadə edir; 
3. Bazar mexanizmi imkan vermədiyi hallarda makro-iqtisadi və struktur 
tarazlığın qorunub saxlanması; 
4. İnkişaf strategiyasının işlənib hazırlanması, əlverişli investisiya və 
sahibkarlıq, habelə milli strategiyanın məqsədi və reallaşdırılması vasitələri də daxil 
olmaqla iqtisadiyyatın səmərəli fəaliyyət göstərməsinin təmin olunmasında çox 
mühüm rol oynayan sosial mühitin formalaşdırılması; 
5. Resursların düzgün bölüşdürülməsi. Dövlət, xüsusi müəssisələrdə istehsal 
olunmayan əmtəə və xidmətlərin istehsalını təşkil edir; kənd təsərrüfatının, rabitənin, 
nəqliyyatın inkişaf etdirilməsi üçün şərait yaradır; ölkənin müdafiəsi və elmin inkişafı 
ilə əlaqədar xərcləri müəyyən edir, təhsilin səviyyəsinin inkişaf proqramlarını 
formalaşdırır və həyata keçirir; 
6.Əhalinin sosial müdafiəsi və sosial təminatı. Dövlət, əmək haqqının, yaşa və 
əlilliyə görə pensiyaların, işsizliyə görə müavinətlərin, aztəminatlı ailələrə müxtəlif 


növ yardımların minumum məbləğini müəyyən edir və ona təminat verir; 
7. Xarici aləmdə milli biznesin qorunub saxlanması. Dövlət, qloballaşma 
şəraitində ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini yüksəltmək məqsədilə milli 
biznesin fəaliyyətini əlaqələndirir; 
8.Ölkənin iqtisadi təhlükəsizliyinin təmin ebilməsi. Dövlət ölkənin iqtisadi 
təhlükəsizliyini təmin etmək üçün konkret tədbirlər görür, hər jür təhlükəli və qeyri-
sabitlik amillərinin aradan qaldırılması ilə mübarizə aparır; 
9.Ölkənin müdafiə qabiliyyətinin lazımi səviyyədə saxlanması. 
Dövlətin ümumi funksiyaları ilə yanaşı, iqtisadiyyatın konkret sahələri və 
ölkənin regionlarının tənzimlənməsi ilə əlaqədar funksiyaları da vardır. 
Dövlətin tənzimləmə funksiyaları onun həyata keçirdiyi sosial-iqtisadi siyasətin 
məqsədləri ilə müəyyən edilir. Hər bir inkişaf dövrünün - qısa, orta və uzun müddətli 
dövrlər–xüsusiyyətləri nəzərə alınmaqla konkret məqsəd müəyyən olunur. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin