Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Mövzu 8. Sahibkarlıq mühitində birja fəaliyyəti və onun təşkili



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə67/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   63   64   65   66   67   68   69   70   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

Mövzu 8. Sahibkarlıq mühitində birja fəaliyyəti və onun təşkili 
Plan: 
1. Əmtəə birjalarının yaranma tarixi və müasir iqtisadiyyatda rolu 
2. Real əmtəələrlə birja əməliyyatları 
3. Birjanın idarə edilməsinin təşkilati strukturu 
4. Birjaya üzvlük 
1.Əmtəə birjalarının yaranma tarixi və müasir iqtisadiyyatda rolu
Müasir əmtəə birjası - topdansatış ticarətin müxtəlif formalannın təkamül 


prosesinin uzunmüddətli nəticəsi olub əmtəə bazarının təşkilati növlərindən biri 
kimi fəaliyyət göstərir. Topdansatış ticarətinin yaranmasının ilkin forması karvan 
və səyyar ticarət hesab edilir. Tarixi təkamül prosesilə əlaqədar karvan ticarəti 
yarmarka ticarəti ilə əvəz edilməyə başladı. Yarmarka sözünün almanca mahiyyəti 
“müntəzəm olaraq hər il təşkil edilən bazar” deməkdir. Bu ifadə ticarətin həmin 
formasının müntəzəm fəaliyyət göstərməsini bilavasitə sübut edir. 
Müəyyən mərhələlərdə ticarətin təşkilinin yarmarka qaydası bu ticarət 
formasının, demək olar ki, bütün iştirakçılarım təmin edirdi. XVI əsrdə Amerikanın 
kəşf edilməsi və Avropada kapitalizmin sürətli inkişafı ile əlaqədar ticarətin 
mövqeyi də getdikcə güclənməyə başladı. Artıq ticarət mərkəzləri bu və ya digər 
yerlərdə dövri olaraq deyil, daimi fəaliyyət göstərməyə başladı. Bundan əlavə artıq 
ixtisaslaşmış ticarət mərkəzləri formalaşmağa başladı. Bü da öz növbəsində 
topdansatış mağazalarının, başqa sözlə biqalann yaranmiasına gətirib çıxarmışdı. 
Birja terminin yaranma tarixi ilə bağlı bu və ya diger versiyalar mövcud 
olmuşdur. Birjanın yaranması Belçikanın paytaxtı Bryuqqe şəhərinin adı ilə 
bağlıdır. Hansı ki, bu şəhər əksər Avropa ticarət yollarının kəsişdiyi yerlərdə 
yaranmışdır. Ona görə də xristian xalqının maklerləri bu yeri xüsusi sahə kimi 
seçmiş və alqı-satqı əməliyyatları üçün bura toplanardılar. Bu alqı-satqı 
meydançası (sahəsi) Belçikanın paytaxtı Bryuqqedə böyük mülkə malik iri makler 
kontorunun sahibkan cənab Vande Bursanın adı ilə də burse adlandırılırdı. 
Firmanın gerbi (üç dəri pul çantasının təsviri göstərilmiş) binanın üstünə 
vurulmuşdur. Kontraktların sahibi öz evini tacirlərin toplandığı yer üçün vermiş və 
zaman keçdikcə bu proses ticarətin bir forması kimi təşəkkül tapmışdır. 
Ümumiyyətlə götürdükdə isə ilkin olaraq təşəkkül tapmış birjalar üçün 
mehmanxanalar və çayxanalar xarakterik olmuşdur. Sonralar isə birjalar üçün daimi 
yer olaraq xüsusi binalar seçilmişdir. 
Birja aşağıdakı xüsusiyyətləri ilə fərqlənir: 

təbb və təklifin ani olaraq qarşılaşması; 

birja iştirakçılarının rolunun dəyişdirilməsi; 

alqı-satqı əməliyyatlarının həcminin kəskin şəkildə artması. 


Qeyd etdiyimiz kimi, birja təşkil olunmuş bazarın ən geniş yayılmış 
növlərindən biridir. Əmtəə bazarı adlanan müəyyən ərazilərdə təşkil edilir və ticarət 
əməliyyatlanm həyata keçirmək üçün həmin əraziyə alıcılar və satıcılar toplanır. Bu 
prosesdə ticarət qaydalarına əməl olunur və alqı-satqı əməliyyatlarının təşkilinə 
xüsusi fikir verilir. Bazarın növləri aşağıdakı əlamətlər üzrə xarakterizə edilir: 

alqı-satqı əməliyyatlarının müəyyən edilmiş qaydalar əsasında həyata 
keçirilməsi; 

ticarət əməliyyatlarının həyata keçirilməsində aşkarlığın təmin 
edilməsi; 

müəyyən qurğularla, anbar və ofislərlə təchiz edilmiş ticarət 
meydançalarının mövcudluğu; 

rabitə və informasiya sisteminin mövcudluğu. 
Birjalar Avropada ilkin kapital yığımı və onun təmərküzləşməsi dövründə 
yaradılmışdır. Bir sıra məlumatlara görə ilkin birjalar İtaliyada (Venesiya, Renua, 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin