Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Real əmtəələrlə birja əməliyyatları



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə69/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   65   66   67   68   69   70   71   72   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

2.Real əmtəələrlə birja əməliyyatları 
Birjalarda real əmtəələrlə aparılan əməliyyatlar birjaların beynəlxalq əmtəə 
ticarətində mərkəzi mövqeyə malik olduğu dövrlərdə əsas rol oynamışdır. Birja 
ticarətində birja əməliyyatlarının iki növü formalaşaraq inkişaf etdirilmişdir: 
- tezliklə gətirilən real əmtəələrlə aparılan əməliyyatlar;
- gələcəkdə gətirilməsi nəzərdə tutulan real əmtəələrlə aparılan əməliyyatlar. 
Tezliklə gətirilən real əmtəələrlə aparılan əməliyyatlar. Birja terminologiyasında 
bu cür əməliyyatları spot və ya ket, həmçinin fiziki bağlaşmalar da adlandırırlar.
Bu cür standart keyfiyyətə malik olan əmtəələrə əvvəlcədən baxış keçirmədən 
həmin məhsul üzrə alqı-satqı aktları bağlanır. Əmtəənin spot müqaviləsinin 
bağlanması birja anbarlarından birində həyata keçirilir və alıcı həmin məhsulu 
tezliklə alır.
Real əmtəələrin satılması üçün həmin məhsullar birjanın anbarına yığılır və 
anbar şəhadətnaməsi verilir. Anbar şəhadətnaməsi olan variantda əmtəələrin 
miqdarı və keyfiyyəti haqqında məlumatlar göstərilir. Alqı-satqı müqaviləsi 
bağlanarkən satıcı həmin anbar şəhadətnaməsini alıcıya təqdim edir, əvəzində isə 
ödəniş çekini qəbul edir.
Təcili daşınması nəzərdə tutulan real əmtəələrlə əməliyyatlar və müqavilələr 
həyata keçirərkən birjalar yalnız müqavilə bağlanma yeri kimi çıxış edir. Tərəflər 
arasında münasibətlər isə kontrakt bağlayanlar vasitəsilə tənzimlənir. Alqı-satqı 
müqaviləsi iştirakçılarının özləri buna təminat verirlər. Bu cür bağlaşmaların bir 
xüsusiyyəti də əməliyyatların həcmi ilə bağlı olmasıdır. Daşınma şərtləri alıcı və 


satıcı arasında razılaşdırılır. Bağlanmış kontraktlar belə halda daha çox fərdi xarakter 
daşıyır. Bu cür müqavilələrin bağlanılmasında əsas məqsəd alıcılar üçün real 
əmtəələrin tədarük edilməsi, satıcılar üçün isə real əmtəələrin tezliklə 
reallaşdırılmasıdır. Alqı-satqı aktı zamanı ödəniş şərtlərinə qiymətlərin dəyişməsi 
heç bir təsir etmir. Əsas məhsullar (hər şeydən əvvəl, kənd təsərrüfatı məhsulları) 
üzrə qiymətlərin daimi olaraq dəyişməsi birja iştirakçılarını yeni alqı-satqı 
əməliyyatlarını axtarmağa məcbur etdirir. Müəyyən müddət ərzində daşınıb 
gətirilməsi təmin olunmaqla real əmtəələr üzrə alqı-satqı əməliyyatları bu yolla 
formalaşdırılır. Əksər birjalarda alqı-satqı aktlarının bu növü (formalaşdırılmağa 
başlandığı birinci ildə) akt forvard və ya şipment adını aldı. 
İlk dəfə olaraq bu cür əməliyyat 1730-cu ildə Yaponiyanın “Doyama” düyü 
briqadasında həyata keçirildi. Əməliyyat kontraktasiya adını aldı. ABŞ-ın 
qarğıdalının ticarəti üzrə Çikaqo ticarət birjasında bağladığı kontraktların ilk dəfə 
adı qoyuldu (forvard kontraktı). Belə ki, taxılı fermerdən qışın əvvəlində alan tacir 
onu o vaxta qədər saxlayır ki, qarğıdalını əlverişli şəraitdə daşımaq mümkün olsun. 
Lakin bu müddət ərzində qiymət dəyişə bilər. Qiymətin enmə riskini azaltmaq üçün 
tacir Çikaqoya gəlir və qarğıdalını emal edənlərlə kontrakt bağlayır. ABŞ-da bu cür 
kontraktların bağlanma tarixi 13 mart 1851- ci ilə təsadüf edir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin