Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Kənd təsərrüfatı məhsullarının satıcıları və alıcıları arasında müqavilə



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə78/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   74   75   76   77   78   79   80   81   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

1. Kənd təsərrüfatı məhsullarının satıcıları və alıcıları arasında müqavilə 
bağlanılarkən bu müqavilələr 10, 20, 30 və 60 gün ərzində yerinə yetirilməlidir. Bu 
cür kontraktlara “gəlir gətirən” müqavilələr də deyilir. 
2. Kontraktların şərtləri standart xarakter daşımalıdır. 
3.Forvard kontraktlarının bazarı formalaşmalıdır. Forvard kontraktı 
bağlanarkən birjada ticarət qaydaları əsas götürülməlidir. 


Alqı-satqı əməliyyatlan üzrə fyuçers müqavilələri ilk dəfə 1865- ci ildə Çikaqo 
ticarət birjasında bağlanmışdır. Fyuçers ticarəti XIX əsrin ortalarından etibarən 
yaranmağa başlamışdır. Ticarətin bu növü birjada satılan bütün əmtəələri əhatə 
etmişdir. Müasir şəraitdə fyuçers ticarəti maliyyə və pul tədavülü sferasında da geniş 
yayılmışdır. Hazırda ABŞ-ın 11 iri birjasında, həmçinin Qərbi Avropanın, Qərbi və 
Şərqi Asiyanın, Avstraliyanın və digər ölkələrin əksər birjalarında fyuçers ticarəti 
həyata keçirilir. 
Fyuçers bazarları əmtəələrin pula çevrilmə qabiliyyətini təmin edir. Burada 
bazar iştirakçıları öz aralarında rəqabət aparırlar. Bu isə qiymətlərin səviyyəsinə təsir 
edir. Bazarda çoxsaylı satıcıların olması rəqabət prosesində qiymətlərin aşağı 
düşməsinə səbəb olur. Bəzən bazarlarda alıcıların və satıcıların təklif etdiyi qiymət 
səviyyələri arasında uyğunsuzluq yaranır. Bu uyğunsuzluq yüksək rəqabət mübarizəsi 
yolu ilə aşağı salınır. Ona görə də bu göstərici bazarda əmtəələrin pula çevrilmə 
qabiliyyətinin ən mühüm kriteriyası hesab edilir. 
Fyuçers bazarının əsas funksiyaları aşağıdakılardır: 
1. 
Fyuçers bazarında bazar iştirakçılarının qarşılaşdıqları risklərin ötürülməsi. 
Bu zaman müəssisənin kredit qabiliyyəti yüksəlir. Bank və maliyyə institutları 
müştəriləri kreditləşdirir. Risklərin səviyyəsinin aşağı düşməsi müştərilərin maliyyə 
xərclərini azaldır. 
2. 
Stabil qiymətlərin formalaşması. Tədqiqatlar göstərir ki, əmtəələrin pula 
çevrilmə qabiliyyəti yüksək olan fyuçers bazarlarında stabil qiymətlər mövcud olur. 
3. 
Qiymətin 
səviyyəsinin 
araşdırılması. 
Fyuçerslərin 
qiymətlərinin 
müəyyənləşdirilməsi bazar iştirakçılarının razılığı ilə həyata keçirilir. Bu zaman 
əmtəələrin gələcək qiymətləri razılaşdırılır. Bu isə istehsalı planlaşdırmağa imkan 
verir. 
4. 
Bazar iştirakçıları üçün birja qaydalarının formalaşması. Birja qaydaları 
fyuçers ticarətini səmərəli formada həyata keçirməyə imkan verir. 
5. 
Birjanın bütün iştirakçıları üçün informasiyaların əlverişliliyi. 
Fyuçers kontraktlarının hansı şərtləri əlverişlidir? 
Bu əlverişli şərtlər aşağıdakılarla izah olunur: 


1. 
Əmtəələrə tələb və təklifin həcminin yüksək olması fyuçers kontraktlarının 
əsas xüsusiyyəti hesab edilir. Tələbin həcminin aşağı olması bazarda ticarətlə məşğul 
olan iştirakçıların sayını kəskin olaraq aşağı salır. 
2. 
Əmtəələr qarşılıqlı əvəzedilmə xüsusiyyətlərinə malik olmalıdır.
3. 
Dövlətin və inhisarçı subyektlərin nəzarəti olmadan bazarlarda rnəhsullara 
qiymətin qoyulması sərbəst şəkildə həyata keçirilməlidir. 
4. 
Qiymətqoymada tərəddüdlərin olması zəruridir (Əgər qiymətin səviyyəsi 
sahitdirsə, hu halda iştirakçdann kontraktlardan və bazarlardan istifadə etməyə heç 
hir stimulu qalmır.). 
5. 
Kontraktlar bazarın real iştirakçıları üçün kommersiya maraqlarına malik 
olmalıdır. 
6. 
Fyuçers kontraktlarının digər kontraktlardan fərqli cəhətləri mövcuddur. 
Fyuçers kontraktı əmtəələrin reallaşdırılması və onun daşınması ilə bağlı satıcı 
və alıcı arasındakı razılaşmaları özündə əks etdirir. 
Kontraktda alıcı və satıcı subyekt kimi iştirak edir. Fyuçers kontraktının 
subyekti olan alıcılar əmtəələri ucuz qiymətə əldə etməyə çalışırlar. Satıcılar isə 
kontraktları bağlayarkən əmtəələri daha yüksək qiymətə satmağa cəhd edirlər. 
Kontraktların qiyməti bazarın konyukturundan asılı olaraq dəyişir. Fyuçers 
kontraklarında əmtəələri ucuz qiymətə almış alıcılar bazarda qiymətlərin 
bahalaşmasından zərər çəkmirlər, əksinə mənfəət əldə edirlər. Kontraktdan gəlir əldə 
etmək üçün alıcı əmtəəni aşağı qiymətə alır və onu fyuçers kontraktları üzrə müştərilərə 
sərfəli qiymətə satır. 
Bağlanılan hər bir fyuçers kontraktı standart xarakter daşıyır. Bu zaman 
əmtəənin miqdarı birja qaydalarına uyğun olaraq müəyyənləşdirilir. Bu proses birja 
praktikasında kontrakt vahidi adlandırılır. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin