Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə108/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   104   105   106   107   108   109   110   111   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

Əlavə kapital - bu bütün il ərzində aşağıdakı kanallar üzrə müəssisəyə daxil 
olan, müəssisənin şəxsi vəsaitinin pul fondudur:
- Yenidən qiymətləndirmə nəticəsində əsas fondun dəyərinin artımı;
- Aksiyalanın öz nominal dəyərindən artıq qiymətə satışından gələn gəlir (qiymətli 
kağızların buraxılış gəliri);
- İstehsalat məqsədi ilə havayı əldə edilən pul və material sərvətləri.
Əlavə kapital müəssisə tərəfindən nizamnamə kapitalının artırılmasında və 
ziyanların ödənməsində istifadə oluna bilər. Ehtiyat kapitalı - SC nizmamnaməsi 
vasitəsilə təyin olunmuş, lakin nizamnamə kapitalının 15%-dən az olmamaqla 
müəssisənin pul fondudur. Onun yaradılması üçün müəyyən həddə çatana qədər hər 
il müəssisənin xalis gəlirindən 5% tutulur. 
Yığım fondu - istehsalatı inkişaf etdirmək üçündür. O xalis gəlirdən yaradılır. 
Müəssisə bu fonddan dövriyyə vəsaitinin artırılmasını təmin və kapital qoyuluşunu 
maliyələşdirir. O həmçinin müəssisənin nizamnamə kapitalının artması üçün 
mənbədir. Belə ki, istehsalatın inkişafını qoruyan vəsait müəssisənin mülkiyyətini 
artırır.
Tələbat fondu - müəssisənin xalis gəlirindən yaradılan, müəssisə işçilərinin 
maddi tələbatını ödəməyə yönəldilmiş, qeyri-istehsal sahələrini maliyyələşdirən, 
kompensasiya xarakterli ödənişlərə sərf olunan pul vəsaitidir.
Valyuta fondu - yalnız xaricə məhsul göndərməkdən valyuta əldə edən və 
xarici əməliyyatlar üçün valyuta alan müəssisələrdə yaradılır. Maliyyə ehtiyatlan - 
bu müəssisənin geniş surətdə təkrar istehsalını sərf olunan xərcləri ödəmək və 
maliyyə öhdəliklərini yerinə yetirmək üçün təyin olunmuş xaricdən daxil olan pul 
və gəlir formasındakı pul vəsaitinin cəmidir. Maliyyə ehtiyatlan, xarici və daxili 
bölmələrə ayrılan iki müxtəlif mənbədən yaradılır. Daxili mənbələr şəxsi xüsusi 
vəsait və təsərrüfatın nəticələri ilə əlaqədar ona bərabər vəsaitlər hesabına yaradılır. 


Xarici - müəssisə xaricdən daxil olan ehtiyatlar hesabına əmələ gəlir. Xarici və daxili 
mənbələrdən daxil olan maliyyə ehtiyatlarının tərkibi cədvəl 15.2-də verilmişdir. 
Cədvəl 15.2 
Xarici və daxili mənbələrdən daxil olan maliyyə ehtlyatlannın tərkibi 
Müassisənin maliyya ehtiyatları 
Daxili mənbələr 
Xaricı mənbələr 
-Öz şaxsi 
vəsaitindən 
əmələ gələnlər
-Əsas 
fəaliyyətdən 
gələn qazanc
-NİR tərəfindən 
yerinə yetirilən 
işlərdən gələn 
qazanc və başqa 
məqsədli 
gəlirlər -
Realizədən 
kənar gəlirlər 
-Onlara 
barabərləşdirllmış 
vəsait hesabına 
əmələ gələnlər
- Amortizasiya 
tutulmaları
-Çıxmış 
mülkiyyətin 
realizasiyasından 
əldə edilən pul
-Davamlı passivlər
-Məqsədli 
daxilolmalar 
-Maliyyə 
bazarında yığım
-Məxsusi 
qiymətli 
kağızların 
satışından alınan 
vəsait (səhm, 
istiqraz və s.)
-Kredit 
investisiyası 
-Yenidən 
bölüşdürmə 
qaydası ilə daxil 
olan pul -Riskə 
görə sığorta 
yerləşdirmələri
-Sığorta 
vəsiqələrinin və 
girov 
şəhadətnamələrinin 
satışından
-Büdcə kreditləri
-maddi yardımlar 
subvensiya 
(dövlətin təsərrüfat 
üçün yardımı) 
Maliyyə menecmenti - firmanın maliyyə-təsərrüfat fəaliyyətinin müasir 
metodlar əsasında idarəetməyə yönəldilmiş bir fəaliyyət növüdür. Maliyyə 
menecmenti kapitaldan daha effektiv istifadə edilməsi və maksimum mənfəət 
alınması məqsədilə maliyyə axınlarının idarə olunmasını təşkil edir. 


Sahibkar işə başlamaq üçün hər şeydən öncə maliyyələşdirmə mənbəyi 
haqqında məsələni həll etməlidir. Biznesin uğurlu inkişafı onun maliyyələşdirmə 
imkanlarından, yəni işin açılması və təşkili mərhələsində lazım olan əsas kapitaldan 
və sonradan müəssisənin cari fəaliyyətinin həyata keçirilməsi və maliyyələşdirilməsi 
üçün dövriyyə kapitalından çox asıldır. Bu problemin həllinə aşağıdakı məsələlərin 
dərk edilməsindən başlamaq lazım gəlir:
1. Hansı məqsəd üçün və hansı dövrə (qüsamüddətli, yaxud uzunmüddətli) maliyyə 
resursları tələb olunur?
2. Nə vaxt və nə qədər pul vəsaiti lazımdır?
3. Firma çərçivəsində lazımi vəsaiti axtarmaq olarmı, yaxud başqa mənbələrə 
müraciət etmək lazımdırmı?
4. Qoyulan vəsaitin qaytarılmasını və gəlirin alınmasını nə vaxt gözləmək olar?
Mümkün variantların hamısını ətraflı öyrəndikdən sonra maliyyə resurslarının 
alınmasının ən sərfəli mənbəyini seçmək lazımdır.
Maliyyələşdirmə mənbələri adətən iki kateqoriyaya bölünür: xüsusi və borc.
Xüsusi vəsaitlərə aiddir: şəxsi vəsait, tərəfdaşların vəsaiti, mənfəət, 
amortizasiya, aktivlərin və səhmlərin satışından alınan vəsait, debitor borcları. Borc 
vəsaitlərinə aiddir; qohum və dostların köməyi, bank krediti, malgöndərənlərin 
krediti, sığorta ödəmələri. Hökümətin maliyyə dəstəyi, vençur kapitalı və s. 
Maliyyə menecmenti özündə cəmləşdirir:
- Müxtəlif maliyyə alətlərindən istifadə edərək firmanın maliyyə siyasətinin işlənib 
hazırlanması və realizə edilməsi;
-Firmaların maliyyə hesabatının təhlili və tərtibi yolu ilə informasiya təminatı;
- İnvestisiya layihələrinin qiymətləndirilməsi və investisiya portfelinin yaradılması;
- Kapital xərclərinin qiymətləndirilməsi; 


- Maliyyə planlaşdırılması və nəzarət;
- Firmanın maliyyə-təsərrüfat fəaliyyətinin idarəetmə aparatının təşkili. 
Firmanın maliyyə vəziyyətinin ödəmə qabiliyyətlilik və sabitlik göstəriciləri:
1. xüsusiyyətçitik əmsalı
2. borc kapitalının əmsalı
3. maliyyə asılılıq əmsalı
4. ödəmə əmsalı. 
Firmanın ödəməqabiliyyəti - qısa və uzunmüddətli öhdəliklərin vaxtında, öz 
şəxsi aktivləri hesabına yerinə yetirilmə xüsusiyyətidir. Firma o vaxt 
ödəməqabiliyyətli hesab olunur ki, onun ümumi aktivləri xarici öhdəlikləri ötsün 
(keçsin), ödəməqabitiyyətliliyin səviyyəsi firmanın aktivinə öz vəsaitlərini qoymuş 
investisiya qoyan və kredit verənlərin maraqlarının müdafiəsi ilə xarakterizə olunur. 
O, adətən, %- lə ifadə olunur. Yüksək əmsallı ödəməqabiliyyətlilik minimal 
maliyyə riskinə zəmanət verir və xarici mənbələrdən gələcəkdə daha çox xeyirli 
kapital cəlb olunmasına imkan verir. 
Firmanın maliyyə vəziyyətinin ödəməqabiliyyətlilik və sabitliyinin əsas 
göstəricilərinə aiddir: - mülkiyyətçilik əmsalı; - borc kapitalı əmsalı; - maliyyə 
asılılığı əmsalı; - ödəmə əmsalı. 
1.Mülkiyyətçilik əmsalı (şəxsi vəsait əmsalı)=
xüsusi kapital 
xarici öhdəliklər (qısa müddətli və uzunmüddətli)
2.
Borc kapitalı əmsalı=
dövriyyə aktivləri 
borc kapitalı
Əgər firmanın dövriyyə aktivlərinin dəyəri firmanın bütün borclarını örtürsə, 
onda ödəməqabiliyyətliliyin yüksək olduğuna zəmanət verilir. Belə ki, o, borc 
kapitalını ötür. 
3.
Maliyyə asılılığı əmsalı=
şəxsi kapital+uzun müddətli öhdəliklər 
balans valyutası
4. Ödəmə əmsalı=
% və vergi ödəmələrinədək alınan gəlir
% ödəmələri üzrə xərclər
Firmanın bir hesabat ili ərzində istiqraz və borc üzrə % ödəmələri üçün hansı 
vəsaiti nəzərdə tutduğunu göstərir. 
Maliyyə təhlili zamanı istifadə edilən əsas iqtisadi göstəricilər aşağıdakılardır: 


a) Ümumi likvidlik əmsalı =Cari aktivlər/Cari öhdəliklər 
Cari öhdəliklərə - qısamüddətli kreditlər və passivlər (kredit borcları). Cari 
aktivlərə - isə pul vəsaitləri və ehtiyatlar daxildir. Bu göstərici firma və şirkətlərin 
öz aktivləri ilə öhdəliklərini örtə bilmə qabiliyyətinə malik olmasını göstərir. 
b) 
Firma və şirkətlərin maliyyə sabitliyi. Maliyyə sabitliyi hər bir 
müəssisə, firma və şirkət üçün çox mühüm bir göstəricidir. Göstəricini 
qiymətləndirmək üçün maliyyələşmə əmsalından istifadə edilir. Maliyyələşmə 
əmsalı hesablanarkən, mövcud qaydaya görə, bankın müəssisəyə ssuda formasında 
verdiyi vəsaitə görə, onun xüsusi vəsaiti müəyyən edilir. 
Maliyyə əmsalı = Xüsusi vəsait/Bank vəsaiti 
Maliyyə sabitliyinin təmin edilməsində firmaların cari tələbatını ödəmək üçün 
cari aktivlərin həcminin minimuma endirilməsi, ümumi dövriyyə vəsaitlərindən 
firmaların öz dövriyyə vəsaitinin xüsusi çəkisinin artmasının böyük əhəmiyyəti 
vardır. Müəssisənin öz xüsusi dövriyyə vəsaiti ümumi dövriyyə vəsaitlərindən 
qısamüddətli öhdəlikləri çıxmaqla müəyyən edilir. Ümumi dövriyyə vəsaitləri 
dedikdə, xammal, material ehtiyatları, debitor borclar, verilmiş avans nəzərdə 
tutulur. Qısamüddətli öhdəliklər isə qısamüddətli kreditlər, kredit borcları, alınmış 
avanslar nəzərdə tutulur. 
c) Satışın rentabelliyi. Satışdan əldə edilən qazanc, əməliyyatlar mənfəəti, 
əməliyyatlardan kənar mənfəət gəlir və zərər, xalis mənfəət və başqa 
göstəricilərlə bağlıdır.
Satışın rentabelliyi əmsalı = əməliyyatlar mənfəəti/ satış qazancı. 
Bu əmsal xərclər ödənildikdən sonra hər manat satılan məhsul satılan 
məhsul üçün firmanın əməliyyatlar mənfəəti məbləği əldə etdiyini göstərir. 
Məhsulun maya dəyəri artır maya dəyəri azalır. Bu baxımdan xərclərin 
satışındakı xüsusi çəkisinin müqayisəli halda təhlili çox vacibdir. Yəni ayrı-ayrı 
məhsullar üzrə. 
d) Aktivlərin rentabelliyi. Bu müəssisə və şirkətlərin əsas fəaliyyətini 
səciyyələndirən ən vacib kompleks göstəricisidir. Bu göstərici hər manat aktivin 
mənfəət gətirmə dərəcəsini səciyyələndirir. 


Aktivlərin rentabelliyi = Əməliyyatlar mənfəəti/ Aktivlərin orta 
məbləği 
Aktivlərin rentabelliyi = Satış rentabelliyi x Aktivlərin dövrəliyi. 
Aktivlərin rentabelliyinin pisləşməsinin əsas səbəbləri satış rentabelliyinin 
və aktivlərinin dövriyyəsinin azalmasıdır. Aktivlərin dövriyyəsi əmsalındakı 
pisləşmə halları satışın həcminin azalması ilə şərtləşərsə, bu zaman müəssisə öz 
marketinq fəaliyyətində bir çoxu. Yolu kimi məhsul çeşidi və qiymət siyasətini 
nəzərdən keçirməlidir. Burada aktivlərin miqdarının azalması mühüm əhəmiyyət 
kəsb edir. Aktivlərin miqdarının azalması dedikdə, lazımsız avadanlıqların, qeyri-
istehsal aktivlərin balansdan çıxarılması, debitor borlarının azalması və material-
xammal qalığı ehtiyatlarının azalması nəzərdə tutulur. 
e) Xalis aktivlərin rentabelliyi Maliyyə menecmenti baxımından Xalis 
aktivlərin rentabelliyi, xalis aktivlərin dövrülüyü çox vacibdir. 
Xalis aktivlərin rentabelliyi = Əməliyyatlar üzrə mənfəət/ Xalis 
aktivlər. 
Xalis aktivlərin dövrülüyü = 
Firma və müəssisənin fəaliyyətinin səmərəliliyi baxımından xüsusi kapitalın 
rentabelliyinin yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Xüsusi kapitalın rentabelliyi = Xalis mənfəət/Xüsusi kapital. 
Bu göstərici müəssisənin öz xüsusi kapitalına əldə etdiyi mənfəəti 
səciyyələndirir. Səhmdar cəmiyyətlər üçün öz kapitallarının rentabelliyini müəyyən 
etmək daha önəmlidir, çünki onların maliyyə, istehsal, satış üzrə fəaliyyətini bütün 
hallarda bank kreditləri hesabına yaxşılaşdırmaqdır. Əgər bank kreditlərinin faiz 
dərəcələri müəssisənin xalis aktivlərindən yüksək olarsa, bu zaman həmin 
kreditlərin kapitalının strukturunda xüsusi çəkisinin artması onların maliyyə 
vəziyyətinin sabitliyinə mənfi təsir edər və xüsusi kapitalın rentabelliyi aşağı düşər. 
Bir qayda olaraq maliyyə mənbələri əsasən iki qrupa bölünür(cədvəl 
15.3).


Cədvəl 15.3 
Maliyyə mənbələri 
Xüsusi 
Əldə edilmiş 
1. Şəxsi vəsait
2. Partnyorların vəsaiti
3. Gəlirlər
4. Amortizasiya
5. Aktivlərin satışı
6. Səhmlərin satışı
7. Debitor borclar 
1.Qohumlar və dostlar 
2. Bank kreditləri
3. Malgöndərəntərin krediti
4. Sığorta ödəmələri
5. Hökümət proqramı
6. Aktivlər altı kreditlər
7. Vençur kapitalı 
Maliyyə, pul axını səmərəli idarə edilməsi üçün mal dövriyyəsinin optimal 
ölçüsünün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Əldə kifayət qədər 
nağd pul olmadıqda müəssisəni müflisləşməyə gətirib çıxara bilər və ya əksinə nə 
qədər tez firma inkişaf edərsə bir o qədər nağdsız pul qalma ehtimalı azalar. Həddən 
çox dövriyyə vəsaitinin toplanması da uğurlu göstərici hesab oluna bilməz. Belə ki, 
malın tədricən «ölməsinə» səbəb olur və onun istifadəsinin səmərəsini aşağı salır. 
Mal dövriyyəsi cari fəallar və qısa müddətli öhdəçilik arasındakı fərqə 
bərabərdir.
Maliyyə işinin səmərəli idarə edilməsi onu da nəzərdə tutur ki, müəssisənin 
öz borclannı ödəmə vaxtı onun debitorlarının borclarını ödəmə vaxtından qabaq 
olsun. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin