Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə110/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   107   108   109   110   111   112   113   114   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

Əmtəə françayzinqi - baş şirkətin ticarət markasını daşıyan malların 
satılması hüququnun alınmasına əsaslanır. Françayzi françayzerdən malı alır və 
pərakəndə ticarət şəbəkəsində satır. Əsrin əvvəllərində bu üsul əsasən avtomobil və 
avtomobil təkərləri satışında tətbiq olunmuş və istehsalçıya zəmanət vermişdir ki, 
onların malları müştəriyə istehsal olunduğu şəkildə çatdırılır. Şirkətin ticarət nişanı 
və ad-sanı şöhrətlənir və keyfiyyət qarantı olur.
İstehsal françayzinqi françayziyə ana şirkətdən alınan istehsal və xammal 
materialının satışından istifadə etmək hüququ satır. Məsələn, sikoqolsuz içkilər 
sənayesində olduğu kimi.
İşgüzar françayzinq dedikdə, ana şirkətin fəaliyyət profilinin və adının kiçik 
şirkətlərin təşkilinə satılması hüququ nəzərdə tutulur. Fəaliyyət franşizası satıcısı 
indi daha populyardır, mal satışı ilə bərabər müəyyən xidmət dəsti də satır. İşgüzar 
françayzinqə «Kentukki Frayd çikei», «Basktn Robbins», «Makdonalds» kimi 
qəlyanaltılar şəbəkəsini göstərmək olar. 
İkinci kriteriyə françayzer françayzi arasında münasibətlərə klassik model və 
onun modifikasiyaları, regional françayzinq və inkişafda olan françayzinq daxildir.
Klassik modelin mahiyyəti aşağıdakı kimidir. Françayzi mal tədarükü və ya 
xidmətin əvəzində ilkin ödəməni bilavasitə françayzerə verməyi öhdəsinə götürür. 
Sonra mal satışından müəyyən faiz məbləğ (royalti) ödəyir. Françayzilər hamısı eyni 
hüquqa malik olub, öz aralarında bərabərdilər. 
Regional Françayzinq sistemində aralıq hissə baş françayzi kirni iştirak edir 


və fpançayzerin həmin regionda rəsmi nümayəndəsi rolunu oynayır. Bu sxem ən çox 
françayzerin kadr və maliyyə vəsaiti olmadan yeni regional bazar qazanmaq istəyi 
zamanı tətbiq edilir. 
Subfrançayzinqdə də baş françayzidə olduğu kimi aralıq hissə 
subfrançayzerdir. O, regional bazarı zəbt edir, françayziləri cəlb edir, kadrların 
təlimini təşkil edir. Fərq ondadır ki, françayzilər birbaşa subfrançayzerlə 
uzunmüddətli saziş əsasında işləyir, ana şirkət ilə demək olar ki, heç bir kontakta 
daxil olmurlar. Rozalti və reklam haqqlarını subfrançayzerə ödəyirlər, ödənişiərin 
müəyyən hissəsi ana şirkətə, qalanı isə sistemin saxlanmasına və əlaqənin gəlirinə 
daxil olur. Nailiyyət subfrançayzerdən asılı olur, ona görə də potensial françayzilər 
kontragentin seçilməsində olduqca tələbkar olmalıdır.

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin