Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə112/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   107   108   109   110   111   112   113   114   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

4. 
Faktorinq 
 
Faktorinq 2000-ci il sentyabrın 1-də qüvvəyə minmiş Azərbaycan 
Respublikasının Mülki Məcəlləsində (7-ci fəsil, 655-657-ci maddələr) öz əksini 
tapıb. Lakin ümumi və bir qədər mürəkkəb şəkildə ifadə olunduğundan Məcəllənin 
bu bölməsini oxumaqla faktorinq kimi mühüm bir maliyyə alətinin mahiyyətini 
aydınlaşdırmaq çətindir. Mülki Məcəllənin 655.1-ci maddəsində deyilir: «Faktorinq 
pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. 
Faktorinq müqaviləsinə görə, bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində 
müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya 
xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) 
pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora 
güzəşt etməyi öhdəsinə götürür.
Faktorinq məğzini sadə dillə belə izah etmək otar. İstehsalçı müəssisələr və 
ya topdansatış firmalar mallarını pərakəndə satış obyektinə göndərir, ödəniş isə 
mallar satıldıqdan sonra yerinə yetirilir. Mağazaların əksəriyyətinin əvvəlcədən 
ödənişlə işləmək imkanı və həvəsi olmadığına görə malgöndərənlər pullarının qeyri-
müəyyən müddətə qaytarılmasını gözləməyə məcburdurlar. Halbuki onların ehtiyacı 
və marağı var ki, dövriyyə vəsaitlərini mümkün qədər tez bərpa edib, fəaliyyətlərinin 
inkişafına yönəltsinlər.
Belə bir şəraitdə onların köməyinə faktorinq fəaliyyəti ilə məşğul olan şirkət 
gələ bilər. Üçüncü tərəf kimi çıxış edən faktorinq şirkəti malların satıldığı müddətə 
malgöndərən firmanı (müştərini) onun nəzarət şəbəkəsinə vermiş olduğu malların 


dəyərinin müəyyən hissəsi, məsələn 80%-i həcmində maliyyələşdirilir və əvəzində 
malgöndərən firma mağazaların verdiyi mallar üzrə ödəniş tələbini faktorinq 
şirkətinə güzəştə gedir. Yəni satış üçün malları almış mağazalar onların pulunu 
malgöndərənə deyil, faktorinq şirkətinə ödəyirlər. Sonuncu ödəniş başa çatan gün 
faktorinq şirkəti qalan 20%-dən faktorinq faizini çıxmaqla, qalıq məbləğini 
malgöndərən firmaya ödəyir.
Bu əməliyyatda malgöndərən payladığı malların nə vaxt satılıb qurtaracağını 
gözləmədən, dövriyyə vəsaitini tam olmasa da, dərhal bərpa edir və yeni partiya 
mallar gətirmək imkanı qazanaraq, fəaliyyətini davam etdirir. Üstəlik, müştəri 
faktorinq şirkətinin digər xidmətlərindən də istifadə edə bilər. Belə ki, faktorinq 
şirkəti malgöndərənə dövriyyə vəsaitləri verməkdən başqa, öz üzərinə risklərin 
sığortalanması, debitoriarla iş (məhsul alıcısının ödəniş qabiliyyətinin 
yoxlanılmasından tutmuş ödənişlər gecikdirildikdə borcların alınmasınadək) və 
informasiya-təhlil xidməti göstərilməsi, debitor borclarının vəziyyəti haqqında 
hesabatların verilməsi və s. üzrə öhdəliklər də götürə bilər.
Faktorinq fəaliyyətə yeni başlayan və sürətlə inkişaf edən şirkətlər üçün 
olduqca əlverişlidir. Bu xidmətdən istifadə edən firmalar inkişaf prosesində vəsait 
qıtlığı problemini aradan qaldırır və debitor borcları ilə məşğul olmaq kimi ağır bir 
işdən azad olurlar.

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin