-
b
) Hüquqi şəxs kimi:
-
-Tam ortaqlıqlar
- Kommandit ortaqlığı
- Məhdud Məsuliyyətli Cəmiyyət
- Səhmdar Cəmiyyəti
- Kooperativ
-
Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində fiziki şəxslər hüquqi
şəxslərlə
eyni hüquqlara malikdirlər.
-
Fərdi sahibkarlıq - hüquqi şəxs yaratmadan fiziki şəxslərin gəlir əldə etmək
məqsədi ilə yaratdıqları sahibkarlıq fəaliyyətinin bir növüdür. Bu növ fəaliyyət həmin
şəxslərin mülkiyyətə əsaslanaraq, risk və məsuliyyəti öz
boynuna götürməklə həyata
keçirilir.
-
Hüquqi şəxslər
-
Hüquqi şəxs qanunla müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından
keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır,
öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak
hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və
ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, o cümlədən həm fiziki, həm
də hüquqi şəxslərin iştirakı ilə yaradıla bilər.
-
Hüquqi şəxslər kommersiya və qeyri-kommersiya olmaqla iki qrupa ayrılırlar:
Fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan bütün hüquqi
şəxslər
kommersiya hüquqi şəxsləri sayılır.
Qeyri-kommersiya hüquqi
şəxsləri isə ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları və digər formalarda
yaradıla bilər. Bu növ hüquqi şəxslərdə əsas məqsəd
mənfəət götürmək deyil və
götürülən mənfəəti iştirakçıları arasında bölüşdürülmür. Bu təşkilatlar adətən sosial,
xeyriyyə, mədəni, təhsil, elm və idarəetmə sahələrində müəyyən məqsədlərə nail
olmaq, bədən tərbiyəsi və idmanın inkişafı, vətəndaşların mənəvi tələbatlarının
ödənilməsi, insan hüquqlarını qorunması və ictimai
mənafelərə yönəlmiş digər
məqsədlər üçün nəzərdə tutulur.
-
Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına
bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsərrüfat
ortaqlıqları tam ortaqlıq və ya kommandit ortaqlığı formasında yaradıla bilər.
Təsərrüfat cəmiyyətləri məhdud və əlavə məsuliyyətli
cəmiyyət və ya səhmdar
cəmiyyəti formasında yaradıla bilər.
-
Dostları ilə paylaş: