fəaliyyətinin ən mühüm ölçü vahidi hesab edilir.
Bazar münasibətlərinin və iqtisadiyyatın inkişaf tarixi göstərir ki, rəqabət əslində
əmtəə istehsalı ilə eyni vaxtda yaradılmışdır.' Lakin kapitalizmin inkişaf etdiyi
şəraitdə o həm bazar münasibətlərinin ən mühüm amilinə və həm də ictimai
istehsalın çevik tənzimlənməsinə çevrilmişdir. XIX əsrin ortasından etibarən dövlət
tərəfindən tənzimlənməyən və azad rəqabətin geniş inkişaf etdiyi bazar iqtisadiyyatı
formalaşmağa başlamışdır. Bu cür bazar əmtəə istehsalına müstəsna hallarda yalnız
tələb və təklif mexanizmi və ona uyğun olaraq qiymətin dəyişməsi yolu ilə təsir
edirdi. Təbiidir ki, bazar münasibətlərinin bu cür formalaşması və inkişafı əmtəə
istehsalını istehlakçıların tələblərini öyrənməyə, istehsal etdikləri məhsulun
keyfiyyətini yaxşılaşdırmağa, əmək məhsuldarlığını yüksəltməyə, istehsalı
genişləndirməyə və istehsal xərclərini aşağı salmağa məcbur edirdi və bu dövrdə
rəqabətin iki əsas forması: sahədaxili və sahələrarası rəqabət yaranıb inkişaf etməyə
başladı.
Dostları ilə paylaş: