Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Mövzu№ 4. Sahibkarlıq fəaliyyətində vergiqoyma.  Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə37/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   33   34   35   36   37   38   39   40   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

Mövzu№ 4. Sahibkarlıq fəaliyyətində vergiqoyma. 
Plan: 
1.Vergi sisteminin ümumi xaraktikası və verginin növləri 
2.Müəssisə və təşkilatların mənfəətindən və əmlakından vergilər. 
3.Torpaq vergisi və sahibkarlıqda vergiqoymanın təkmilləşdirilməsi. 


1.Vergi sisteminin ümumi xaraktikası və verginin növləri  
Vergilər - 
bazar münasibətləri şəraitində dövlətin iqtisadiyyata təsirinin ən 
əhəmiyyətli vasitələrindən hesab edilir. Dünya ölkələrinin tarixi təcrübəsi göstərir 
ki, hər bir biznesmen sahibkarlıq fəaliyyətinə başlamazdan ilk əvvəl vergi haqqında 
qanunvericiliyi bilməsi zəruridir. Bu da bilavasitə nə vaxt və nə qədər vergi 
ödənilməsi ilə əlaqədardır. Vergi qanunvericiliyinin təhlili göstərir ki, müxtəlif növ 
vergilərin olması sahibkarlıq fəaliyyətini mürəkkəbləşdirir. Bu mürəkkəblik isə hər 
şeydən əvvəl hesablaşmaların mürəkkəbliyi ilə bağlıdır. 
Vergi ilə bağlı məsələlərin öyrənilməsində başlıca məqsəd vergi sisteminin 
formalaşdınimasını araşdırmaqdan ibarətdir. İqtisadiyyatın inkişafının qeyri-
stabilliyi ilə əlaqədar vergi sistemində də müəyyən dəyişikliklər baş vemişdir. Lakin 
bütün bunlarla bərabər vergi sistemi bazar münasibətlərinin tələblərinə müəyyən 
qədər uyğunlaşdırılmış, vergi münasibətlərinin bütün iştirakçılan üçün 
vergiqoymanın vahid (|aydalan müəyyənləşdirilmişdir. 
Vergi nədir, onun məzmunu və mahiyyəti nə ilə şərh edilir? 
Vergi - dövlətin 
və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi 
ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi 
şəklində, Vergilər Məcəlləsində başqa hal nəzərdə tutulmamışdırsa, dövlət 
büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz 
ödənişdir.Vergilər, rüsumlar və digər ödənişlər - müxtəlif səviyyədə büdcəyə və va 
büdcədən kənar fondlara ödənilən məcburi ayırmalardır. Bunlar da müəyyən edilmiş 
qanunvericilik əsasında həyata keçirilir. İqtisadi diaktikada bu ödənişləri əsas etibarı 
ilə iki funksiya: fıskal və tənzimləyici funksiyalar yerinə yetirir. 
Fiskal funksiya sahibkarların və ayrı-ayrı vətəndaşların gəlirlərindən dövlət 
büdcəsinə ayırmaları nəzərdə tutur. Tənzimləyici funksiya isə o deməkdir ki
vergilər yenidən bölüşdürülmə prosesinin fəal iştirakçılanndan biri olmaqla geniş 


təkrar istehsal prosesinə ciddi təsir göstərir. Yəni onun tempini stimullaşdırır və 
aşağı salır, kapital yığımını gücləndirir və zəiflədir, ödəniş qabiliyyətli tələbi artırır 
və ya azaldır. 
Vergilərin tənzimləmə funksiyaları özlüyündə vergiqoymanın idarə edilməsinin 
təşkilat- hüquqi normasının və metodlarının məcmu- Minıı əks etdirməklə vergi 
mexanizmi vasitəsi ilə həyata keçirilir. Vergi mexanizminə müxtəlif tipli üstqurum 
vasitəsinin geniş arsenalı daxildir (vergi dərəcələri, güzəştlər, sanksiyalar və s.). 
Dövlət vergi (laıuınvericiliyi vasitəsi ilə vergi mexanizminin hüquqi formasını hə- 
vala keçirir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin