Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə45/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   41   42   43   44   45   46   47   48   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

2.Qiymətin funksiyaları 
Qiymətin iqtisadi mahiyyəti ilk növbədə onun yerinə yetirdiyi funksiyalar 
vasitəsilə təzahür edir. Qiymətin funksiyaları obyektiv iqtisadi qanunların 
fəaliyyətindən əhəmiyyətli dərəcədə asılı olub təsərrüfat həyatında çox mühüm rol 
oynayır. Qiymətin funksiyalarını cəmiyyətin inkişafının müxtəlif mərhələlərində bu 
və ya digər yollarla həll edilən konkret məsələlərlə eyniləşdirmək olmaz. Qiymətin 
funksiyaları obyektiv iqtisadi kateqoriyalara xas olan ümumi xüsusiyyətlərin 
məcmusu kimi xarakterizə olunur. Məhz bu keyfiyyət qiymətin təsərrüfat 
mexanizmində yerini və rolunu müəyyən edir və bununla da iqtisadi proseslərə fəal 
təsir göstərir.
Praktikada əksər iqtisadçılar qiymətin beş əsas funksiyasını ayırd edirlər: uçot-
ölçü; yenidən bölüşdürmə; stimullaşdırıcı; balanslaşdırıcı və istehsalın 
yerləşdirilməsi.
Qiymətin yuxarıda adları çəkilən funksiyalarının ayrı-ayrılıqda konkret şərhinə 
keçək. İctimai əmək məsarəflərinin uçotu və ölçülməsi funksiyası, dəyəri pul 
ifadəsində əks etdirməklə qiymətin mahiyyətini xarakterizə edir. Qiymət elə bir 
iqtisadi vasitədir ki, o, ən müxtəlif təsərrüfat proseslərini və onun nəticələrini dəyər 
ifadəsində ölçməyə imkan verir. Məsələn, hazır yanacağın həcmi (nəqliyyat və 
tədarük xərcləri daxil olmaqla) bu əmtəənin qiymətinin məbləği ilə ekvivalentdir. 
Qiymətin uçot funksiyasının reallışması əmtəə və xidmətlərin ən müxtəlif istehlak 
xüsusiyyətlərini müqayisə etməyə imkan verir. Qiymət cəmiyyətdə konkret əmtəəyə 
olan tələbatın ödənilməsini şərtləndirir. Qiymət məhsul istehsalı və satışına xammal, 
material və əmək sərfini müəyən etməyə imkan verir. Qiymət əmtəə istehsalı və 
tədavülünə çəkilən xərclərin məbləğini və əldə edilən mənfəətin həcmini 
müəyyənləşdirilməsində mühüm rol oynayır. 
Bazar münasibətləri şəraitində əmtəənin qiyməti, ona sərf edilən məsrəflərdən 


əhəmiyyətli dərəcədə kənarlaşır. Bu zaman istehsalçının maraqları məhsul 
satışından maksimum mənfəət əldə edilməsi ilə bağlıdırsa, alıcı isə məhsulu 
minimum qiymətə almağa çalışır. Odur ki, rəqabətə davam gətirmək məqsədilə 
əmtəə istehsalçısı daimi xərclərə nəzarət etməli, öz xərclərini qarşı tərəfin (rəqibin, 
digər istehsalçıların) məsrəflərilə müqayisə etməli və rəqabət mübarizəsində qalib 
gəlmək üçün xərcləri aşağı salmalıdır. Məhz bütün bu prosesləri həyata keçirmək 
üçün qiymətin uçot funksiyası mühüm əhəmiyyət kəsb edir. Bu funksiyadan həm də 
müəssisənin əmtəə və qiymət siyasəti və marketinq sisteminin hazırlanmasında 
istifadə olunur. Məlumdur ki, əmtəə və qiymət siyasəti əmtəənin mövcudluq dövrü 
əsasında formalaşır. Bazarda əmtəənin mövcudluğu müəyyən zaman məhdudluğuna 
malikdir. Bu isə ilk növbədə onun keyfiyyəti və ucuzluğu ilə bağlıdır. 
Qiymətin uçot funksiyası əsasında, sahibkar əmtəənin mövcudluq dövründə bir 
mərhələdən digər mərhəlyə keçidlə əlaqədar bazarın konyukturasında yaranan 
dəyişiklikləri nəzərə almaq imkanı əldə edir. Məsələn, l)bazarda yeni əmtəənin 
yayılması mərhələsi məhsul vahidi ilə istehsal məsrəflərinin əhəmiyyətli ədərəcədə 
artması, marketinq xərclərinin yüksəlməsi və satışdan əldə edilən mənfəətin azlığı 
ilə xarakterizə olunur. Artım mərhələsi isə əmtəəyə olan tələbin artması, satışın və 
mənfəətin həcminin kəskin surətdə yüksəlməsilə şərtlənir. Yetkinlik mərhələsi 
satışın tempinin aşağı düşməsi, mənfəətin artımının azalması, marketinqlə bağlı 
tədbirlərə əlavə xərclərin artması ilə xarakterizə olunur. Doyma mərhələsi satışın 
artım tempinin və stabil mənfəətin əldə edilməsinin ixtisar olunması ilə əhatə edilir. 
Ən axınncı mərhələ olan enmə satışın və mənfəətin kəskin surətdə aşağı düşməsi ilə 
xarakterizə olunur. 
Müasir dövrdə qiymətin istehsalın səmərəli yerləşməsi ilə bağlı funksiyası 
mühüm əhəmiyyət kəsb edir. Qiymət mexanizminin köməyilə iqtisadiyyatın 
sektorlarına, o cümlədən tələbin artması və rəqabətin təsiri altında yüksək mənfəət 
norması əldə edilən inkişaf etmiş istehsal sahələrinə kapital axını təmin edilir. Hər 
hansı fəaliyyət sferasının, iqtisadiyyatın bu və ya digər sahələrinin investisiya- 
laşdırılması hər bir müəssisə və firma tərəfindən sərbəst şəkildə müəyyən 
edilməlidir. Lakin keçmiş İttifaq respublikalarının iqtisadiyyatında inhisarçılığın 


güclü olması, rəqabətin zəifliyi, inflyasiyanın mövcudluğu kapitalın cəlb edilməsini 
və onun iqtisadiyyatının sahələri üzrə paylanmasını məhdudlaşdırır. Ticarət və 
vasitəçilik fəaliyyətinin yüksək inkişafı, kapital dövriyyəsini sürətləndirmişdir. 
Ona görə də sahibkarlar öz kapitallarını istehsala yönəltməyə o qədər də cəhd 
etmirlər. 
Tələb və təklifin balanslaşdırilması qiymətin ən mühüm funksiyasını təşkil 
edir. Məhz qiymətin bu funksiyası vasitəsi ilə istehsal və istehlak, tələb və təklif 
arasındakı səmərəli əlaqə təmin edilir. Qiymət həm də istehsal və tədavüldə 
disproporsiyaların 
olmasını 
da 
ifadə 
edir. 
Təsərrüfat fəaliyyətində 
disproporsiyaların olması zamanı tarazlıq iki yolla: ya istehsalın həcminin; ya da 
qiymətin səviyyəsinin dəyişməsi vasitəsilə təmin edilir. 
Qiymət istehsalçının məhsulun keyfiyyətini yüksəltməyə və assortimentini 
genişləndirməyə həvəsləndirir. Bazar münasibətlərinin fəaliyyət göstərdiyi şəraitdə 
isə qiymətin bu məlum funksiyası əmtəələrin qiymətinin formalaşmasında həlledici 
rol oynayır. 
Qiymət və tələb arasındakı asılılığın xarakteristikası aşağıdakılardan 
ibarətdir: 
a) 
tələb elastikdir (qiymətlərin cüzi artımı şəraitində, satışın həcmi çox 
böyük' sürətlə artır); 
b) tələb stabildir (bu halda qiymətin səviyyəsinin dəyişməsi ilə satışın həcmi 
arasında bərabərlik yaranır); 
c) tələb qeyri-elastikdir (qiymətin əhəmiyyətli dərəcədə aşağı düşdüyü 
şəraitdə satışın həcmi çox güclü səviyyədə dəyişir). 
Qiymətlərin stimullaşdırıcı funksiyasının əhəmiyyəti onun müxtəlif əmtəələrin 
istehsalı və istehlakına təsir göstərməsilə xarakterizə olunur. Qiymət istehsalçının 
müəyyən səviyyədə mənfəət əldə etməyə stimullaşdırır. Qiymətin təsiri nəticəsində 
eyni zamanda məhsul buraxılışının həcmi və müxtəlif əmtəələrə olan tələbat da 
aşağı düşür. Qiymət vasitəsilə elmi-texniki tərəqqinin inkişafı real olaraq 
stimullaşdırılır və ya ləngidilir. Xərclərə olan qənaət, məhsulun keyfiyyətinin 
dəyişdirilməsi təmin edilir. Stimullaşdırma əsas etibarilə qiymətə əlavələr və 


güzəştlər yolu ilə təmin edilir. 
Qiymətin ən mühüm funksiyalarından biri də iqtisadiyyatda bölgünün və 
yenidən bölgünün həyata keçirilməsidir. Qiymətin bu funksiyası bazar amillərinin 
fəaliyyəti çərçivəsində onun dəyərdən kənarlaşması ilə bağlıdır. Məsələn, 
əmtəələrin və ləl-cəvahiratların pərakəndə qiymətlərinin artması, sosial təyinatlı 
fondları formalaşdırmaq üçün əhalinin müəyyən hissəsinin pul gəlirlərinin yenidən 
bölüşdürülməsinə kömək edir. Qiymətin bu funksiyası konkret əmtəə qruplan üzrə 
əlavə dəyər vergisinin tətbiqi vasitəsilə təzahür edir və büdcəyə vergi vasitəsilə 
daxil olan pul gəlirlərini sosial ehtiyaclara yönəldir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin