Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Qiymət strategiyasının formalaşdırılması



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə47/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   43   44   45   46   47   48   49   50   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

Qiymət strategiyasının formalaşdırılması.
 
Bazar münasibətləri şəraitində hər 
bir sahibkar, firma və müəssisə istehsal etdiyi və bazara çıxardığı məhsulun 
qiymətini sərbəst olaraq müəyyən edir. Bu baxımdan bazarda qiymətin əmələ 
gəlməsinə əsas etibarilə iki yanaşma tərzi mövcuddur: 
a) 
istehsalçılar tərəfindən bazarda qiymətlərin fərdi qaydada müəyyən edilməsi; 
b) 
bazarda vahid qiymətlərin formalaşdırılması. 
Birinci halda qiymətlər alıcı və satıcı arasında razılaşmalar nəticəsində müqavilə 
əsasında formalaşır ki, burada da tərəflərin maraqlan təmin edilir. İkinci halda isə 
alıcılar əmtəələri eyni qiymətə əldə edirlər. Alıcılar üçün vahid qiymətlərin tətbiqi 
adətən konkret əmtəə bazarının xüsusiyyətləri, onun texniki cəhətdən mürəkkəbliyi 
və qiymətlərin differensiallaşdırılmasına çəkilən xərclərlə bağlıdır. Bazarda vahid 
qiymətlərin formalaşması o zaman reallışır ki, sahibkarlar bazarda standart 
məhsullar təklif edirlər. Vahid qiymətlərin mövcudluğu barədə alıcı xəbərdar 
olmaqla onu müqayisə edə bilir və məhsulu əldə edərkən heç bir problem olmadan
qərar qəbul edir. Qiymət vasitəsilə dövlət əhalinin aztəminatlı təbəqələrinin həyat 
səviyyəsinə təsir göstərmək imkanına malikdir. Son zamanlar istehlak bazarında 
rəqabətin qeyri-qiymət faktorları da geniş yayılmağa başlamışdır. Bütün bunlarla 
belə ənənəvi element kimi qiymət rəqabət siyasətində öz mövqeyini qoruyub 
saxlayır, bazarın ümumi konyukturuna və müəssisələrin mənfəət əldə etməsinə 
əhəmiyyətli dərəcədə təsir göstərir.
Bir çox firmalar qiymət siyasətinin həyata keçirilməsində tez-tez nəzərə çarpacaq 
qüsurlara yol verirlər. Bunlardan müşahidə olunanı aşağıdakılardır: qiymətin əmələ 
gəlməsi istehsal xərcləri ilə həddindən artıq bağlı olur; qiymət bazar şəraitinin 
dəyişməsi ilə zəif uyğunlaşdırılır; qiymət faktorundan iqtisadi proseslərdə 
marketinqin digər elementlərilə müqayisədə zəif istifadə olunur; qiymət bazarının 
seqmentlərində baş verən proseslərlə zəif əlaqələndirilir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin