Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


İşçilərin əmək hüquqlarının pozulması ilə



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə55/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   51   52   53   54   55   56   57   58   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

 5. İşçilərin əmək hüquqlarının pozulması ilə 
bağlı məsuliyyət 
Sahibkarların və müəssisələrin qanunvericiliyə uyğun olaraq işçiləri muzdla 
cəlb etmək və onları azad etmək hüquqları vardır. Bu hüquqlar muzdla tutulmuş 
işçilərlə əmək müqaviləsi bağlanması və müəssisənin nizamnaməsi ilə təsdiq 
edilir. 
Əmək qanunvericiliyinə uyğun olaraq qəbul edilmiş ümumi qaydada 
müəssisələrdə işçilərin barəbar hüquqda təmsil olunması, minimum sosial 
təminatın zəruriliyi, istirahət, əmək haqqı, təhlükəsiz əmək şəraitinin təmin 
edilməsi, sosial tibbi və məcburi sığortanın heyata keçirilməsi göstərilir. Bundan 
əlavə müəssisə və təşkilatlar öz işçilərinə əlavə məzuniyyət verilməsini, iş 
günlərinin ixtisar edilməsini, həvəsləndirmə tədbirlərini, əmək haqqının 
formalaşması, həcmi və sistemini müstəqil olaraq müəyyənləşdirmək hüququna 
malikdirlər. 
Əmək müqaviləsinin bağlanması zamanı müəssisələr, təşkilatlar və sahibkarlar 
öz üzərlərinə öhdəliklər qoyurlar. Bu öhdəliklərin pozulmasına görə onlar 
məsuliyyət daşıyırlar. Məsuliyyət hər bir müəssisənin təkcə əmlak hüququna deyil, 
həm də onun vəzifəli şəxslərinə və hər şeydən əvvəl müəssisə rəhbərliyinə aid 
edilir. Müəssisənin əmlak hüququ müvafiq dövlət orqanlan və müfəttişləri (əmək 


müfəttişliyi, hüquq müfəttişliyi, epidemoloji nəzarət müfəttişliyi və s.) tərəfindən 
işçilərin əmək şəraiti ilə bağlı aparılan yoxlamaların nəticəsində işçilərin həyatına 
və sağlamlığına təhlükə yaradan qaydaların pozulması hallarını müəyyənləşdirdiyi 
şəraitdə məhdudlaşdırıla bilir. Bu zaman dəzgahların, sexlərin və digər 
avadanlıqlann işinin dayandıniması haqqında məcburi qərar qəbul edilir. 
Əmək müqaviləsi şərtlərinin pozulması hallarına görə təqsirli hesab edilən 
vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məsuliyyətin bu növü intizam, inzibati, 
maddi cinayət məsuliyyəti qaydalarında müəyyənləşdirilir. Bu da mövcud 
qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Məsuliyyətin müvafiq növlərinə 
uyğun olaraq müqəssir hesab edilən şəxslərin qanunvericilik əsasında məsuliyyətə 
cəlb edilməsi üçün əmək qanunvericiliyinə görə nəzarət orqanlan məsələ 
qaldırırlar. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin