Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə71/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   67   68   69   70   71   72   73   74   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

 
4.Birjaya üzvlük 
Dünya praktikasına nəzər yetirsək, görərik ki, yalnız ABŞ birjasında fərdi 
şəxslərə onun üzvü olmağa icazə verilir. Digər ölkələrdə isə fiziki və hüquqi şəxslərin 
birjanın üzvü olmasına icazə verilir. Hər bir fyuçers birjasında üzvlərin sayı 
Direktorlar Şurası tərəfindən müəyyənləşdirilir. Əgər birjada bütün yerlər 
bölüşdürülmüşdürsə, onda birjanın yeni üzvləri digər üzvlərin yerini almaqla 
fəaliyyət göstərə bilərlər. Fyuçers birjası yerlərin özünəməxsus alış və təklif qiyməti 
olan “ikili bazara” malikdir. 
Birja üzvlərinin sayının düzgün müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb 
edir. Birja üzvlərinin sayı az olduqda, onda böyük həcmli əməliyyatlara xidmət 
göstərmək imkanına malik olunmur. Birja üzvlərinin sayı çox olduqda isə fyuçers 
ticarətində apanlan əməliyyatlar çoxsaylı işçilər arasında bölüşdürülməklə fərdi 
üzvlərin gəliri aşağı düşəcəkdir. 
Ticarət əməliyyatları aparmaq və müqavilələr bağlamaq hüququna malik olan 
birja üzvləri öz hüquq və səlahiyyətlərindən asılı olaraq bir neçə kateqoriyaya 


bölünürlər. 
Tam səlahiyyətli üzvlər. Amerika qanunvericiliyinə görə tam səlahiyyətli üzvlər 
birjanın əməliyyat zalında və ixtisaslaşmış seksiyasında iştirak etmək hüququna 
malikdirlər. Onlar yalnız hüquqi şəxslər (xüsusi şəxslər) ola bilər. Tam səlahiyyətli 
üzvlərin sayı broker yerlərinin sayı ilə məhdudlaşır. 
Birjada hər bir yer bir nəfər üçündür. Şirkətlər, kooperativlər, yoldaşlıq 
cəmiyyətləri və kooperasiyalar müəyyən üstünlüklər əldə etmək üçün birjalarda 
qeydiyyatdan keçirlər. 
Tam səlahiyyətli olmayan və ya assosiasiya olunmuş üzvlər. Bu 
kateqoriyadan olan üzvlərə yalnız müəyyən əmtəələrlə ticarət etmək hüququna malik 
brokerlər və dilerlər aid edilir. 
Maraqlar və mənafelər üzrə xüsusi üzvlər. Brokerlərin ixtisaslaşmış 
seksiyalarında iştirak etmək istəyənlər etibar olunmuş brokerlər vasitəsilə ticarət 
üstünlükləri əldə edirlər. Ticarət əməliyyatlarında praktiki olaraq birjalar iştirak edə 
bilərlər. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin