Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Mövzu 9. Forvard və fyuçers əməliyyatları



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə73/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   69   70   71   72   73   74   75   76   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

Mövzu 9. Forvard və fyuçers əməliyyatları 
Plan: 
1. Fyuçers birjasının funksiyaları 
2. Fyuçers əməliyyatının iştirakçıları 
3. Fyuçers kontraktarının əsas xüsusiyyətləri 
4. Forvard qiymətləri və forvard kontraktları 
1.Fyuçers birjasının funksiyaları 
Fyuçers birjasının məqsədi - fyuçers kontraktları üzrə ticarəti həyata keçirməkdən, 
onu formalaşdırmaqdan və ticarət əməliyyatlarını fəallaşdırmaqdan ibarətdir. Bir 
qayda olaraq birjalar fyuçers ticarətinin təşkilini həyata keçirirlər. Birjaların iqtisadi 
səmərəliliyi o zaman intensiv xarakter daşıyır ki, o, bilavasitə rəqabət mühitinin 
formalaşdığı şəraitdə fəaliyyət göstərə bilsin və müvəffəqiyyətli fyuçers birjalarının 
yaradılmasını təmin etmiş olsun. Aktiv fyuçers birjalarının ticarət zalı çoxsaylı 
iştirakçıları əhatə edir. Bu zalda bütün dünya ölkələrində fəaliyyət göstərən minlərlə 
satıcı və alıcı nümayəndəliyi və onların kollekfivi iştirak edir. Fyuçers birjaları azad, 
rəqabətli bazar iqtisadiyyatına ən xarakterik misaldır. 
Fyuçers birjaları bütövlükdə iqtisadiyyat üçün aşağıdakı spesifik funksiyaları 
yerinə yetirirlər: 

risklərin köçürülməsi; 

qiymət səviyyəsinin müəyyənləşdirilməsi; 

birjalarda pula çevrilmə qabiliyyətinin və onun səmərəliliyinin 
yüksəldilməsi; 



informasiya axınının artması. 
Risklərin köçürülməsi. Fyuçers kontraktlarının və fyuçers bazarının inkişafında 
risklərin köçürülməsi mühüm rol oynayır. Fyuçers birjasında bir qayda olaraq hedcerlər 
qiymətin səviyyəsinin aşağı düşməsi və yüksəlməsi ilə bağlı risklərin aşağı salınması 
üçün fyuçers kontraktlarından istifadə edirlər. Alverçilər də qiymətlərin enib-qalxması 
ilə bağlı riskləri əvvəlcədən dəqiq müəyyənləşdirirlər. Onlar mənfəət əldə etmək 
məqsədi ilə bu riskləri həyata keçirirlər. 
Qiymət riskləri cəmiyyətin iqtisadi həyatının real faktoru hesab edilir. Qiymət 
riskləri müstəqil və sərbəst olaraq fəaliyyət göstərir. Bu proseslə bağlı suallar meydana 
çıxa bilər. Bu da onunla bağlıdır ki, həmin risklər necə və hansı səviyyədə aradan 
qaldırıla bilər? Fyuçers birjaları məhz bu cür mexanizmə malikdir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin