Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Fyuçers əməliyyatının iştirakçıları



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə75/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   71   72   73   74   75   76   77   78   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

2.Fyuçers əməliyyatının iştirakçıları 
1776-cı ildə çap edilmiş “Xalqın sərvəti haqqında” klassik əsərdə A. Smit belə bir 
qənaətə gəlir ki, “gözəgörünməz əl” ümumi maddi rifahı və azad bazarı tənzimləyir. 
Ona görə də azad bazar iştirakçılarından hər biri öz xüsusi maraqlarına üstünlük 
vermişdir. Adətən xüsusi maraq olan yerdə cəmiyyətin maraqları unudulur və onun 
reallaşdırılmasına imkan verilmir. 
Fyuçers bazarında “gözəgörünməz əl” in çox böyük təsiri vardır. Fyuçers bazarının 
iştirakçılarının çoxsaylı olmasına baxmayaraq, onların heç biri birbaşa iqtisadiyyatın 
səmərəliliyinin yüksəldilməsinə və bazarın fəaliyyətinin yaxşılaşdırılmasına cəhd 
etmirlər. Əksinə, həmin bazarın iştirakçılarından hər biri öz xüsusi maraqlarının 
yaxşılaşmasına çalışır. Lakin bununla yanaşı cəmiyyətin ümumi yüksəlişində onların 
təsiri və rolu vardır. Fyuçers əməliyyatının üç əsas iştirakçısı aşağıdakılardır: 

hedcerlər; 

ticarətçilər; 

alverçilər. 
Hedcerlər -
fyuçers bazarının iştirakçıları hesab edilir. Qiymətin enib qalxması 
ilə bağlı istehsalçıların risklərinin azalması məqsədi ilə fyuçers və opsionlardan istifadə 
edilir. Fyuçers ticarətində onların iştirakı aparılan real əməliyyatlarla sıx əlaqədardır. 
Eyni zamanda hedcer- lərin fəaliyyəti fyuçers kontraktlarının əsasını təşkil edən əmtəə 
və maliyyə əməliyyatları ilə də bağlıdır. 
İştirakçı o zaman hedcer hesab edilir ki, onun fəaliyyəti aşağıdakı iki əsas 
motivlə əsaslandırılsın: 
a) 
bazarda nəqd əmtəənin mövcudluğu


b) 
risklərin azaldılmasına marağın olması. 
Real bazar iştirakçılarının əksəriyyəti qiymət risklərinin aşağı salınmasında 
maraqlıdırlar. Bunlar isə bilavasitə hedcerlərin fəaliyyəti ilə bağlı olub aşağıdakı 
faktorlardan daha çox asılıdır: 

real əmtəə bazarının həcmi; 

qeyri-sabit hesab edilən qiymətin səviyyəsi (mümkün ola biləcək qiymət 
riskləri); 

fyuçers və opsion bazarının bu sahədə əlverişliliyi. 
Hedcerlər öz fyuçers əməliyyatlarını müxtəlif formada həyata keçirirlər. Məhsulun 
istehsalçıları və istehlakçıları böyük həcmli fyuçers kontraktları bağlayırlar. 
Hedcerlərin iştirakı ilə əməliyyatlar nadir hallarda həyata keçirilir. Onların mövqeyi 
aylarla dəyişməz qalır. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin