Forvard qiymətinin mahiyyəti və xüsusiyyətləri. Məhsulun istehsalı ərəfəsində
onun istehsalçısı və alıcısı arasında razılaşdırılmış müqavilə qiymətlərinə birja
praktikasında
forvard qiymətləri deyilir. Forvard qiymətlərindən fyuçers birjalarında
geniş istifadə edilir. Fyuçers ticarəti ilk dəfə ABŞ-nın kənd təsərrüfatı sferasında
mövcud olmuşdur. Sonralar fyuçers ticarəti dünyanın başqa ölkələrinə də yayılmışdır.
Forvard qiymətləri ilk dəfə ABŞ-nın kənd təsərrüfatında tətbiq edilmişdi. Sonralar isə
bu qiymət növündən iqtisadiyyatın digər sahələrində də istifadə edilmişdir.
Forvard qiymətləri təminatlı qiymətlər hesab edilir. Birja kontraktlarının
bağlanması zamanı forvard qiymətlərindən istifadə edilir. Bu halda kontrakt
iştirakçıları öz üzərlərinə müəyyən öhdəliklər götürürlər. Forvard qiymətləri təsərrüfat
fəaliyyətini zərərlə başa çatdıran kontrakt iştirakçılarını kompensasiya edir.
Bazar iştirakçılarının
(satıcıların və alıcıların) sayının artması əmtəə dövriyyəsini
sürətləndirir. Bazar iştirakçılarının sayından və məhsulun bazara çıxarılma
müddətindən asılı olaraq müxtəlif qiymət səviyyələri mövcud olur:
-
əmtəələrin bazara nağd şəkildə çatdırıldığı zaman mövcud olan qiymətlər;
-
bazara çatdırılmazdan əvvəl əmtəələrin razılaşdırılmış qiymət səviyyələri.
Əmtəələr nağd şəkildə bazara çıxarılan zaman qiymətlərin səviyyəsi tələb və
təklifdən asılı olaraq dəyişir. Nağd əmtəə bazarı üçün daha çox azad bazar qiymətləri
xarakterikdir. Bu zaman bazann konyuk- turu əsas götürülür.
Forvard qiymətinin formalaşması zamanı daha çox əmtəə ehtiyatları haqqında
məlumatlar, məhsul istehsalı ilə bağlı proqnozlar nəzərdə tutulur.
Dostları ilə paylaş: