Mövzu 2.
Sitologiyanın əsasları bəhsinin tədrisində prokariot və eukariot hüceyrələrinin quruluşunun öyrədilməsi
Hüceyrə nəzəriyyəsi - canlı aləmin: bitkilərin, heyvanların və digər canlı orqanizmlərin yaranma və inkişafının ümumqəbulolunmuş və məxrəcləşdirilmiş prinsiplərini əhatə edən, hüceyrənin hər bir canlı orqanizmin təşkil olunduğu toxumaların vahid struktur elementi olduğunu sübut edən bir nəzəriyyə.
Hüceyrə nəzəriyyəsi biologiya elminin əsasını qoymuş, təkamül baxışlarının meydana çıxmasına səbəb olan bir nəzəriyyə olub, XIX əsrin ortalarında təşəkkül tapmışdır. Hüceyrə nəzəriyyəsinin əsası 1839-cu ildə alman alimləri Şvann Teodor,Mattias Yakob Şleyden və Virxov Rudolf tərəfindən hüceyrə üzərində aparmış olduqları təcrübə və müşahidələr əsasında qoyulmuş olmuşdur. Tədqiqatlarına əsaslanaraq Şvann Teodor və Mattias Yakob Şleyden ilk dəfə olaraq sübut etmişdirlər ki, hər bir orqanizmin quruluş vahidi hüceyrədir.
Bitkilər, heyvanlar və bakteriyalar ümumi oxşar quruluşa malikdirlər. Sonralar bu qənaət orqanizmin tamlığını bir daha təsdiqləmişdir. Şvann Teodor və Mattias Yakob Şleydenelmə "hüceyrəsiz həyat yoxdur" ifadəsini gətirmişlər.
Mövzu:
Bakteriyaların quruluşu və həyat fəaliyyəti
Məqsəd:
1.Bakteriyaların formalarını tanıyır
2.Bakteriyaların qidalanmasını müəyyən edir
3.Bakteriyaların çoxalmasını bilir
Metod:
Müzakirə,əqli hücum
İş forması:
Kiçik qruplarla iş
Resurslar:
Botanika 7-ci sinif
Kayzen.az
Motivasiya:
Canlılar neçə aləmə bölünür?
-Bitkilər
-Heyvanlar
-Göbələklər
-Bakteriyalar
Tədqiqatın aparılması:
Şagirdləri kiçik qruplara bölürəm.İş vərəqlərini paylayıram
İş vərəqi 1
Bakteriyaların qidalanmasını araşdırın.Bitki və heyvanlarla oxşar cəhətlərini ortaya çıxardın
İş vərəqi 2
Saprofit bakteriyalar haqqında məlumat toplayın
İş vərəqi 3
Parazit bakteriyalar haqqında məlumat əldə edin
İnformasiya mübadiləsi:
Prezentasiya aparılır
İnformasiya müzakirəsi və təşkili:
Qrup işlərinin müzakirəsi gedir.
Nəticə və ümumiləşdirmə:
Qrupların işləri ümumiləşdirilir və nəticə çıxardılır
Ev tapşırığı:
Bakteriyaların müxtəlif formalarına dair şəkillər toplayın və adlarını qeyd edin.
Qiymətləndirmə:
Ad,soyad
|
əməkdaşlıq
|
Bakteriyaların formalarını tanıyır
|
Bakteriyaların qidalanmasını bilir
|
Bakteriyaların çoxalmasını bilir
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Refleksiya:
Bu gün nə sizə maraqlı oldu?
Bakteriyaları bilmək sizcə lazımdır mı?
Dostları ilə paylaş: |