Sifarişlərüzrəjavabdehlik. Sifariş blanklarında mal-material qiymətlilərinin göndərilməsi ilə əlaqədar yarana biləcək problemləri operativ həll etmək üçün cavabdeh olan və ya məsuliyyət daşıyan şəxsin adı, soyadı və iş telefonu göstəril-məlidir. Adətən məhsulgöndərənlərə ünvanlanması nəzərdə tutulan sifarişlərin hazırlanması zamanı firmadaxili hər bir şöbə sifariş sənədlərində (blanklarında) o icraedici şəxsləri qeyd edirlər ki, onlar həm məhsulgöndərənlərin tələbini ödəyə bilsin, həm də firma daxilində müvafiq sifarişin icra edilməsi ilə bağlı təşkilati-iqtisadi məsələlər üzrə ixtisaslaşmış mütəxəssis olsun. Bu meyarlar əsasında cavabdeh şəxslərin seçilməsi məhsulgöndərmələrin həyata keçirilməsi prosesində meydana çıxan cari problemlərin həll edilməsini sürətləndirir və istehsal prosesində fasilələrin yaranmasına imkan vermir.