Mövzu: TƏdarükat logiSTİkasi plan: TƏdarükatin mahiYYƏTİ, MƏzmunu və obyektiv zəruriLİYİ TƏdarükatin planlaşdirilmasi



Yüklə 325 Kb.
səhifə6/22
tarix02.02.2022
ölçüsü325 Kb.
#114110
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   22
Determinələşdirilmiş metod sifarişlərin yerinə yetirilməsi dövrü və eləcə də materiallara tələbatın həcmi və yaranma vaxtı məlum olduqda tətbiq edilir.

Gözlənilən tələbatın hesablanması üçün riyazi – statis­tik metodların tətbiqinə ehtiyac yarandıqda ikinci - stoxastik metoda üstünlük verilir. Üçüncü meto­dun tətbiqi isə tələbatın hesablanmasında işçi heyətinin təcrübəsinə əsaslanır.

Tədarükatın həcminin, tədarükatın dövrililiyinin və vaxtının təyin edilməsində sadalanan hər üç metod dəqiqliyi, vaxt məsrəfi, göstərilən xidmətin dəyəri baxımından bir sıra üstünlüklərə və çatışmazlıqlara malikdir. Odur ki, materiallara tələbatın hesablanması zamanı tətbiq edilən bu metodların seçilməsinə:


    • istehlakçı firma və ya müəssisənin ixtisaslaşma dərəcəsi;

    • sifarişçinin maliyyə və istehsal imkanları;

    • istehlak edilən xammal və materialların növü;

    • istehsal olunan hazır məhsulun növü;

    • anbar təsərrüfatının vəziyyəti və anbarların ixtisaslaşma dərəcəsi;

    • ehtiyatların səviyyəsinə nəzarət metodları və sair amillər təsir göstərir.

İstehsalçı firma və müəssisələrdə material resurslarına tələbat materialların məsrəf istiqamətləri üzrə, məsələn, istehsal proqramının yerinə yetirilməsi, tə'mir istismar ehti­yaclarının ödənilməsi, istehsal ehtiyatlarının yaradılması, habelə elmi-tədqiqat və təcrübə layihə işlərinin yerinə yetirilməsi üçün lazım olan materiallara tələbat hesablanır.


Yüklə 325 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin