Mövzu təLƏb və TƏKLİF


§3. Tələb və təklifin tarazlığı



Yüklə 84,14 Kb.
səhifə6/9
tarix31.12.2021
ölçüsü84,14 Kb.
#113023
növüУчебник
1   2   3   4   5   6   7   8   9
Movzu 3 bazar gucleri teleb ve teklif

§3. Tələb və təklifin tarazlığı

Tələb və təklifin qarşılıqlı təsiri və əlaqəsi nəticəsində bazar mexanizminin ən vacib ünsürü olan bazar qiyməti əmələ gəlir. Tələb və təklif arasında tarazlıq səviyyəsinə uyğun qiymət, tarazlıq qiyməti adlanır (Bax: Şəkil 3).

Tarazlığın səviyyəsi və qiyməti göstərir ki, bazarda bir-birinə qarşı əks qüvvələr kimi çıxış edən tələb və təklifin səviyyələri uyğunlaşmışdır, yəni istehsalçıların satmaq istədikləri əmtəələrin kəmiyyəti və qiyməti ilə istehlakçıların əldə etmək istədikləri əmtəələrin kəmiyyəti və qiyməti bir-birinə uyğundur. Belə bir tarazlıq şəraitində bir-birinə qarşı çıxış edən bütün bazar amillərinin təsiri heçə enir, onlar arasında sanki həmrəylik yaranır, real bazar qiyməti tarazlıq qiymətinə bərabər olur. Əgər bazarda hər hansı bir əmtəənin real qiyməti tarazlıq qiymətindən yüksək olarsa, təklifin «artıqlığı» yaranacaq. Bu onunla əlaqədardır ki, yüksək qiymət şəraitində istehsalçılar bazara daha çox mal çıxarmaq istəyəcək, alıcılar isə həmin məhsuldan az almağa çalışacaqlar. Belə bir vəziyyət istehsalçıları məhsulun qiymətini aşağı salmağa və istehsalını azaltmağa məcbur edəcək. Qiymətin aşağı düşməsi öz növbəsində alıcıları həmin maldan daha çox almağa sövq edəcək və onların tələbi artacaqdır. Qiymətin təklif xətti boyunca aşağı düşməsi, tələbin səviyyəsinin isə öz xətti boyunca artması prosesi, onların tarazlıq qiymətində gö- rüşməsinə qədər davam edəcək və beləliklə, tarazlıq səviyyəsi təmin ediləcək.

à ì àí àòëà


Yüklə 84,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin