Mövzu Turist müəssisəsinin fəaliyyətinin təşkilati-hüquqi əsasları. Azərbaycanın turizm resursları Azərbaycanın turizm infrastrukturu


c) Turizm müəssisəsinin qeydiyata alınması (yaradılması): təssis sənədlərinin Vergi departamentində qeydiyyatdan keçirilməsi (



Yüklə 26,76 Kb.
səhifə3/9
tarix01.01.2022
ölçüsü26,76 Kb.
#110404
1   2   3   4   5   6   7   8   9
SAT Mövzu 4 (1)

c) Turizm müəssisəsinin qeydiyata alınması (yaradılması): təssis sənədlərinin Vergi departamentində qeydiyyatdan keçirilməsi (Bir Pəncərə)

Vergilər Nazirliyinin internet səhifəsində (http.e-taxes.gov.az) hüquqi şəxsin qeydiyyatdan keşirilməsi qaydası, tələb olunan ərizə və arayış blankları qeyd olunub. Tələb olunan sənədlər toplusu:

- təsisçi tərəfindən ərizə (müəssisənin qeydiyyatdan keçirilməsi üçün müraciət)

- Təsisçi (və ya təsisçilər) haqqında məlumat (ünvan, şəxsiyyət vəsiqəsinin surəti)

- Müəssisənin yerləşəcəyi hüquqi ünvan (hüquqi ünvan barədə sənədin surəti)

- Nizamnamə (göstərilmiş forma əsasında)

- Dövlət rüsumunun ödənilməsi barədə qəbz

- Nizamnamə kapitalı barədə sənəd

- Müvəqqəti açılmış bank hesabı

Yaradılan müəssisənin formasından asılı olaraq təqdim olunan sənədlər sırasında müəyyən fərqlər ola bilər.

Hər bir vətəndaş hüquqi şəxs yaratmadan belə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün, pasport qeydiyyatında olduğu ərazi üzrə Vergi departamentində qeydiyyatdan keçə bilər.

Vergi departamenti təqdim olunan sənədləri qəbul edərək 3 iş günü müddətində şəxsi (hüquqi və ya fiziki şəxsi) qeydiyyata alır və müvafiq qeydiyyat şəhadətnaməsini təsisçiyə təqdim edir.

Lakin turizm fəaliyyətini həyata keçirmək üçün Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən lisenziya alınmalıdır. Bu sənədi əldə etmək üçün hüquqi (və ya fiziki) şəxs Mədəniyyət və Turizm Nazirliyinə ərizə ilə müraciət etməli,lazımı sənədləri təqdim etməli və 5500 (beş min beş yüz) manat məbləğində rüsum ödəməlidir.


Yüklə 26,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin