Mövzu Turist müəssisəsinin fəaliyyətinin təşkilati-hüquqi əsasları. Azərbaycanın turizm resursları Azərbaycanın turizm infrastrukturu


Turizm fəaliyyətilə məşğul olmaq üçün aşağıdakı sənədlər təqdim edilir



Yüklə 26,76 Kb.
səhifə4/9
tarix01.01.2022
ölçüsü26,76 Kb.
#110404
1   2   3   4   5   6   7   8   9
SAT Mövzu 4 (1)

Turizm fəaliyyətilə məşğul olmaq üçün aşağıdakı sənədlər təqdim edilir:

1.Lisenziya almaq üçün ərizə təqdim olunur. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:



hüquqi şəxslər üçün – müəssisənin adı, təşkilatı -hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü;

fiziki şəxslər üçün- adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilib, yaşayış ünvanı), fəaliyyətin növü;

  1. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

3. Dövlət reyestrindən çixariş

4. Hüquqi ünvan barədə sənəd

5.Dövlət rüsumunun ödənilməsi barədə qəbz

6.turizm marşrutları və proqramlarının surəti

7.turizm üzrə ali təhsilə və ya turizm üzrə azı 3 illik iş təcrübəsinə malik işiçilərin olması (işçi personalının 25%-dən az olmamaq şərti ilə)

8. yerləşdirmə obyektləri ilə əməkdaşlıq müqaviləsinin surəti

9. nəqliyyat müəssisəsi (sahibləri) ilə əməkdaşlıq müqaviləsinin surəti

Yuxarıda qeyd olunan sənədlərin surətləri dövlət notariusu tərəfindən təsdiq olunmalıdır.Müəyyən edilmiş müddət ərzində sənədlər, turfirmanın ünvanı, təşkilat texnikası ilə təmin olunması və s. Turizm şöbəsinin əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra, hüquqi(fiziki)şəxsə turizm fəaliyyəti barədə lisenziya təqdim edilir. Lisenziyanın qüvvədə olma müddəti -5 ildir.



d) Ofis yerinin seçimi.

turfirma tərəfindən göstəriləcək fəaliyyət istiqamətindən asılı olaraq ofisin yerləşəcəyi yeri seçmək lazımdır:

- turfirma yalnız gəlmə turizmlə məşğul olacaqsa, ofisin yerləşəcəyi yerin elə böyük əhəmiyyəti yoxdur. Çünki qəbul olunan(xarici) turistləri ofisin yerləşdiyi yer deyil, göstərilən xidmətin səviyyəsi və hotelin yeri maraqlandırır.

- yalnız yerli, iri müəssisə və təşkilatlarla işbirliyi yaratmaq və onların yerləşdiyi ofislərə gedib, bu müəssisələrin işçilərinə turizm xidmətlərini təklif etmək nəzərdə tutulursa, yenə də turfirmanın ofis yerinin, şəhərin hansı hissəsində olmasının fərqi yoxdur;

- geniş fəaliyyətlə məşğul olmaq, müştəri kütləsini cəlb etmək nəzərdə tutulursa, ofisin yeri böyük əhəmiyyət kəsb edir. Bu halda ofis şəhərin gediş-gəliş gur olan mərkəzi ərazisində (və ya mərkəzə yaxın) yerləşməli, ofisin ünvanı və yeri asanlıqla tapılmalıdır.

e) Ofisin xarici görkəmi və reklamı müştəriləri cəlb etməlidir. Ofisin giriş hissəsində təklif etdiyiniz istirahət yerləri və turizm marşrutları barədə məlumatlar verilməlidir. Reklamla bərabər əlaqə telefonları və internet səhifəsinin verilməsi məsləhətdir. Bəzi hallarda müştəri küçədə gedərkən ofisə girə bilmədiyi zaman bu məlumatı özündə qeyd edib sərbəst vaxtda sizinlə əlaqə yarada bilər.

ə) Ofisin interyerinin dizaynı müştərilərə cəlbedici təsir göstərməlidir.

- Ofisdə müxtəlif istirahət ocaqları barədə plakatlar, təklif etdiyiniz xidmətlər barədə informasiya vərəqələri,bukletlər,disklər,xəritələr,kitabçalar olmalı və müştərilərin ixtiyarına verilməlidir.

- Turizm firması, yerləşdiyi yerdən asılı olmayaraq müvafiq təşkilat texnikası ilə təmin olunmalıdır. Kompüterlər, surətçıxaran, çapedən və digər texnoloji imkanlara malik texnikanın olması vacibdir. Eyni zamanda kompüterlər ən müasir proqramlarla təmin olmalıdırlar. Bu cür təminat tərəfdaş şirkətlərlə, partnyorlarla operativ əlaqələrin yaradılmasında böyük rol oynayır.

f) kadrların seçimi, işçilərin iş funksiyalarının və əmək bölgüsünün təyin edilməsi, əməkdaşlarla müqavilə şərtləri, yüksək səviyyədə fəaliyyətə təminat yaradır.

Işcilər arasında işgüzar münasibətlərin normal səviyyədə qurulması, müştərilərə göstərilən mədəni xidmət səviyyəsi çox əhəmiyyətlidir.

Turizm sahəsində təhsili və ya təcrübəsi olan, təşkilatçılıq bacarığı və bu sahəyə marağı olan şəxslər tərəfindən turfirmaların yaradılması daha məqsədəuyğundur. Belə şəxslər turizm bazarını daha yaxşı öyrənir, hansı xidmət növü ilə məşğul olmağın səmərəliliyini müəyyənləşdirir, investorları inandıra bilir və investisiya cəlb edə bilir.

Turizmlə məşğul olan turfirmalarda (dünyanın əksər ölkələrində) əmək haqqının ödənilməsi formaları:

--- işçinin satışda pay iştirakı;

--- firmanın gəlirindən asılı olmayaraq, dəqiq qeydə alınmış əmək haqqı

--- minimum əmək haqqı+satışdan %
2) TURİZM İSTEHSAL VASİTƏLƏRİ

Turizm məhsulunun istehsalı vasitələri təşkilatlar, birliklər və turizm məhsulunun effektiv istehsalını həyata keçirmək imkanı verən informasiyadır

Turizm infrastrukturu – turizm sənayesinin normal və effektiv fəaliyyətini təmin etməklə regionda turizmin səviyyəsindən birbaşa asılı olaraq turizm məhsulunun istehsalı, hərəkəti və satışını yerinə yetirən iqtisadi sistemin tərkib hissəsidir. Turizm infrastrukturunun elementləri aşağıdakılardır:

--- ixtisaslaşdırılmış təsərrüfat subyektlərinin ( turoperatorların, turagentlərin, yerləşmə obyektlərinin, turistlər üçün əmtəə istehsal edənlərin, ekskursiya bürolarının) maddi bazası (ofis, təşkilat texnikası, avtomaşın, dövriyyə kapitalı)

--- ölkədə (regionda ) turizmin hüquqi bazasının yaradılmasını təmin edən, turizmin tənzimlənməsini və nəzarətini həyata keçirən dövlət orqanları (Mədəniyyət və Turizm Nazirliyi, rayon mədəniyyət və turizm şöbələri, vergi idarəsi, digər təşkilatlar)

--- ölkədə (regionda) turizmin inkişafını təmin etmək məqsədilə fəaliyyət göstərən kommersiya və qeyri-kommersiya təşkilatları (turizm-informasiya mərkəzləri, turizm şirkətlərinin ictimai birlikləri, sərgilər, mətbuat orqanları və s.)




Yüklə 26,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin