--- Bu müəssisələrin mövcudluğu, turizm ehtiyatlarının ziyarətini mümkün edir;
--- Bu müəssisələr müəyyən standart səviyyəyə malik olmalıdırlar (həm milli və həm də beynəlxalq);
--- Bu müəssisələr müvafiq avadanlıqla təçhiz olunmalı və müvafiq xidmət səviyyəsinə malik personalla təmin olunmalıdırlar;
--- genişlənmək və modernləşmək imkanına malik olmalıdırlar.
Yeni, müasir texnikanın alınması, yeni proqram təminatı təmin olunmalıdır. Bu isə əlavə xərclər deməkdir. Müasir texnikadan istifadə edə bilən mütəxəssislər təlim kursları keçməlidirlər.. Eyni zamanda bu texnikaya servis xidməti də müasir tələblərə cavab verməlidir. Xidmət personalı yüksək səviyyəli təlimlər keçməli, xarici diləri mənimsəməlidir.
İnformasiya sahəsi turizm məhsulunun istehsalında və satışında əhəmiyyətli yer tutur. Bu baxımdan informasiya turməhsulun hazırlanmasında iştirak etdiyi kimi, eyni zamanda həmin məhsulun hərəkəti və satışında da mühüm rol oynayır.
Şərti olaraq turizm informasiyasını daxil olan, yəni turşirkət üçün maraq doğuran (turistlərin sayı, gələn və gedən turistlərin sayı, turizm məhsulunun tədqiqi üzrə marketinq təhlilləri, beynəlxalq vəziyyət, turizm barədə qanunverici aktlar və s.) və çıxan informasiyaya bölmək olar (turizm ehtiyatları, turməhsulun üstünlükləri, ixtisaslaşmış və işgüzar informasiya və s.)
Turizm məhsulunun daha yüksək səviyyədə istehsalını təmin etmək üçün informasiya müəyyən tələblərə cavab verməlidir:
- maksimal dərəcədə mobil;
- yüksək dərəcədə texniki təminatlı;
- ətraflı;
- maksimal sayda istehlakçının istifadəsində olmalıdır.
Dostları ilə paylaş: |