Mövzu Turist müəssisəsinin fəaliyyətinin təşkilati-hüquqi əsasları. Azərbaycanın turizm resursları Azərbaycanın turizm infrastrukturu



Yüklə 26,76 Kb.
səhifə7/9
tarix01.01.2022
ölçüsü26,76 Kb.
#110404
1   2   3   4   5   6   7   8   9
SAT Mövzu 4 (1)

Turizmdə xidmət təminatçıları;

Partnyorlarla münasibətləri müəyyən edən sənədlər və daxili iş reqlamentini müəyyən edən sənədlər;

Turoperatorla təminatçıı təşkilat arasında bağlanmış müqavilədə əks olunan məlumat;

Turizm yollayışı-Vouçerin doldurulması və istifadə qaydası.
Şirkətin dolğun və mövcud uçot qaydalarına uyğun fəaliyyət göstərməsi üçün bir sıra sənədlər tələb olunur. Bunlara aşağıdakılardır:

- dövlət qeydiyyat sənədləri

- mühasibat və statistika sənədləri

- partnyorlarla münasibətləri nizamlayan sənədlər

- agentlərlə münasibətləri nizamlayan sənədlər

- turistlərlə münasibətləri nizamlayan sənədlər

- daxili iş reqlamentini müəyyən edən sənədlər

1.Dövlət qeydiyyat sənədləri şirkətin hüquqi cəhətdən dövlət qeydiyyatından keçərək fəaliyyət göstərməsinə əsas verir. Bunlara aiddir:

- Şirkətin nizamnaməsi -- şirkətin təsisçilərinin heyəti, onların nizamnamə kapitalı, ödədikləri, üzvlük haqları, və Azərbaycan Respublikasının qanunları çərçivəsində icazə verilən fəaliyyət sahəsi barədə məlumatları əks etdirir.

- təsisçilərin protokolu – təsisçilərin könüllü surətdə kommersiya məqsədləri və maraqları əsasında birləşmələri barədə sənəddir.

- dövlət qeydiyyat şəhadətnaməsi – Vergilər nazirliyi tərəfindən şirkətin dövlət qeydiyyatına alınması barədə sənəddir. Sənəddə şirkətə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ( VÖEN) qeyd olunur..

- Bir pəncərə sistemi vasitəsilə qeydiyyatdan keçən hüquqi (və ya fiziki) şəxs eyni zamanda dövlət sosial müdafiə fondunda və rayon statistika idarəsində də qeydiyyata alınır.

Turizm fəaliyyəti ilə məşğul olmaq məqsədilə turizm lisenziyası. Bu sənədi əldə etmək üçün hüquqi (və ya fiziki) şəxs Mədəniyyət və Turizm Nazirliyinə ərizə ilə müraciət etməlidir. Ərizə ilə bərabər hüquqi (və ya fiziki) şəxsin yerləşdirmə obyektləri və nəqliyyat sahibləri ilə olan partnyorluq müqavilələri təqdim olunur; 5500 manat məbləğində rüsum ödənilir. Lisenziya 5 il müddətində turizm fəaliyyəti ilə məşğul olmağa icazə verir. 2016-cı ildən etibarən turizmlə məşğul olmaq üçün lisenziya alınması AR Prezidenti tərəfindən ləğv edilmişdir.




Yüklə 26,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin