Qısamüddətli biznes planlar adətən yaxın gələcəkdə işin daha operativ yerinə yetirilməsi üçün konkret addımları əks etdirir. Məs., hoteldə blok yerlərin icarəyə götürülməsi; yeni ekskursiya və əyləncə tədbirlərinin keçirilməsi.
Ortamüddətli biznes-planlarda daha çox sayda hotel otaqlarının və ya hotelin icarəyə götürülməsi üçün iş aparılması, yeni marşrutların mənimsənilməsi, xarici tərəfdaşların artırılması və s. nəzərdə tutula bilər.
Uzunmüddətli biznes-planlarda əsas etibarı ilə şirkətin strateji inkişafı əks olunur. Prioritet sahələr göstərilir. Məs., turfirmanın daimi əlaqədə olduğu ərazidə əyləncə kompleksinə sahib olmaq (tikmək, almaq, uzunmüddətli icarəyə götürmək).
Turşirkətin fəaliyyətinin təhlili eyni zamanda işçilərin iş potensialını müəyyən etməyə imkan verir. Onların hansı istiqamətdə daha yaxşı işlədiyini və ya işləyə bilməsini müəyyən etmək imkanı əldə etmək olur. Mükafatlandırma və nəzarət sistemlərinin düzgün tətbiq olunub-olunmaması aşkarlanır.