Mövzu Turizm müəssisəsində sənədləşmə: mühasibat sənədləri, hesabatlar, biznes plan, yollayış blankları və vauçerlər



Yüklə 67,5 Kb.
səhifə1/3
tarix26.11.2023
ölçüsü67,5 Kb.
#136600
  1   2   3
3.Turizm müəssisəsində sənədləşmə



Mövzu 3. Turizm müəssisəsində sənədləşmə: mühasibat sənədləri, hesabatlar, biznes plan, yollayış blankları və vauçerlər.
Turizmdə xidmət təminatçıları;
Partnyorlarla münasibətləri müəyyən edən sənədlər və daxili iş reqlamentini müəyyən edən sənədlər;
Turoperatorla təminatçıı təşkilat arasında bağlanmış müqavilədə əks olunan məlumat;
Turizm yollayışı-Vouçerin doldurulması və istifadə qaydası.


Şirkətin dolğun və mövcud uçot qaydalarına uyğun fəaliyyət göstərməsi üçün bir sıra sənədlər tələb olunur. Bunlara aşağıdakılardır:





1.Dövlət qeydiyyat sənədləri şirkətin hüquqi cəhətdən dövlət qeydiyyatından keçərək fəaliyyət göstərməsinə əsas verir. Bunlara aiddir:

  • Şirkətin nizamnaməsi -- şirkətin təsisçilərinin heyəti, onların nizamnamə kapitalı, ödədikləri, üzvlük haqları, və Azərbaycan Respublikasının qanunları çərçivəsində icazə verilən fəaliyyət sahəsi barədə məlumatları əks etdirir.

  • təsisçilərin protokolu – təsisçilərin könüllü surətdə kommersiya məqsədləri və maraqları əsasında birləşmələri barədə sənəddir.

  • dövlət qeydiyyat şəhadətnaməsi – Vergilər xidməti tərəfindən şirkətin dövlət qeydiyyatına alınması barədə sənəddir. Sənəddə şirkətə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ( VÖEN) qeyd olunur..

  • Bir pəncərə sistemi vasitəsilə qeydiyyatdan keçən hüquqi (və ya fiziki) şəxs eyni zamanda dövlət sosial müdafiə fondunda və rayon statistika idarəsində də qeydiyyata alınır.

Turizm fəaliyyəti ilə məşğul olmaq məqsədilə turizm lisenziyası. Bu sənədi əldə etmək üçün hüquqi (və ya fiziki) şəxs Mədəniyyət və Turizm Nazirliyinə ərizə ilə müraciət etməli idi. Ərizə ilə bərabər hüquqi (və ya fiziki) şəxsin yerləşdirmə obyektləri və nəqliyyat sahibləri ilə olan partnyorluq müqavilələri təqdim olunur; 5500 manat məbləğində rüsum ödənilir. Lisenziya 5 il müddətində turizm fəaliyyəti ilə məşğul olmağa icazə verirdi. 2016-cı ildən etibarən turizmlə məşğul olmaq üçün lisenziya alınması AR Prezidenti tərəfindən ləğv edilmişdir.

Yüklə 67,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin