Mövzu 1. Turizmdə daşıma vasitələrinin növləri və onların xarakteristikası. Plan.
Daşıma vasitələri və onların növləri.
Piyada və başqa yerdəyişmələrin növləri.
İnsanın əzələ gücü əsasında texniki vasitələr.
Heyvanların köməyi ilə daşımalar.
Daşımalar - praktik olaraq istənilən tərkibdə turizm məhsulunun mərkəzi yerlərdən birini tutur. Daşıma növünün düzgün seçilməsi səyahətin effektivliyini müəyyən edir. Turist səyahətinin və bu mərhələsinin planlaşdırması, təşkili və müşayiəti — turoperatorların və nəqliyyat müəssisələrinin ümumi fəaliyyətinin mahiyyətidir.
Bəzən daşıma — təyinat yerinə çatırılması üsulu hesab olunur, harada səyahətin (istirahət, əyləncə və başqa) əsas məqsədi həyata keçirilir , bəzən isə, daşıma özü səyahət hesab olunur, və daşıma vasitələri gecələmə yeri yerinə yetirir.
Daşıma turist biznesinin mahiyyətini təşkil edir.
Səyahət prosesində insanın yerdəyişmələri aşagıdakılara ayrılır:
aktiv — insanın əzələ gücünün köməyi ilə: piyada, qayalara dırmaşan idman növü, alpinizm, velosipedlər, üzgüçülük, avar çəkmə və başqaları;
passiv — müxtəlif qurğuların köməyi ilə, mexaniki və ya başqa qurğularla hərəkət edilənlər.
Daşıma vasitələri həmçinin aşagıdakı məqsədlərə xidmət edir :
yerləşdirmə (gecələmə) yeri kimi - kruiz gəmiləri, turist qatarları, yataq avtobusları — yerləşdirmə xidməti;
əyləncə obyekti kimi— mənzərəli tədbirlər, idman yarışları, şou və sərgilər - əyləncə xidməti;
fərdi nəqliyyat vasitəsi kimi— avtomobillərin kirayəsi, yaxtaların fraxtı— kirayəvə ya fraxt xidməti.
əmtəə (mal) obyekti kimi — əmtəə nümunələri, model eksponatları— satın alma malları;
Nəqliyyat vasitələrin və nəqliyyat xidmətlərin göstərilməsi a)turların(putyovkalar,vauçerlər) tərkibinə daxil ola bilər,
b) turizmin təşkilatçıları tərəfindən ehtiyatda saxlanıla bilər və yerlərdə turistlərə satıla bilər,
c) turistlər gəldikləri yerdə belə xidmətləri özləri müstəqil ala bilərlər.
Hər bir daşıma növləri özünəməxsus tarixə , formalaşma mərhələlərinə, inkişaf üsullarına, metodlarna, aparatların və vasitələrin xüsusi konstruksiyalarına malikdir.
Mühitin şərait (şərtlərinin) xüsusiyyətlərini, ərazinin relyefi, iqlim şəraiti (şərtlərinin), sürət və daşıma vasitələrinin sərnişin tutumu, həmdə istehlakçının ödəmə qabiliyyətinin (alıcılıq qabiliyyətinin) səviyyəsi nəzərə alaraq daşıma vasitələri və onların növləri lazım olduqda seçilir və tətbiq edilir.
Səyahətin təyinat yerinin uzaqlığı əhəmiyyətli məna kəsb edir.
Daşıma növünün seçimi zamanı aşagıdakılar əsas götürülür:
səyahətin istiqaməti, coğrafi amillər, destinasiyalarin yerləşməsi, nəqliyyat vasitələrinin hərəkət etməsinin mümkünlüyü və s.
mövsümlük;
təyinat məntəqəsinə çatdırılma sürətləri və vaxtı;
rahatlıq, məlumatlılıq
təhlükəsizlik;
yükün mövcudluqu;
xidmətin dəyəri və istehlakçının ödəmə qabiliyyətləri (alıcılıq qabiliyyətləri).
Səyahətcilərin fiziki vəziyyəti- onun yaşı, spesifik yüklənmələrin daşımaq qabiliyyətləri də böyük əhəmiyyət kəsb edir.
Turist məhsulu tərkibində nəqliyyat əhəmiyyətli yer tutur və böyük gəlir gətirən sahə hesab olunur.
Daşımaları aşagıdakı növlərə görə bölmək olar: