Mövzu Turizmdə daşıma vasitələrinin növləri və onların xarakteristikası. Plan



Yüklə 32,29 Kb.
səhifə2/5
tarix30.03.2023
ölçüsü32,29 Kb.
#124602
1   2   3   4   5
1. Turizm və nəqliyyat.

Daşımaların yerüstü növləri:
■ insanın əzələ gücünün köməyi ilə yerdəyişmə və daşımalar (piyada, xizəklər, velosipedlər, rikşalar, xərəklər);
■ heyvanların köməyi ilə (qoşqular, miniklər—yəhərin altında);
■ mexaniki vasitələr:
■ avtomobil nəqliyyatı (təkərli, şnek, tırtıllı və başqa);
■ rels nəqliyyatı — dəmir yolları, metro, tramvaylar, funikulyorlar, kanat yolları;
■ hava balışında nəqliyyat vasitələri;
Havada daşımaların növləri:
■ hava kürələri və dirijabllar, planerlər və deltoplanlar, paraşütlər, paraplanlar, paramotorı;
■ vertolyotlar;
■ kiçik aviasiyanın təyyarələri, hidroplanlar, geniş füzelyajlı təyyarələr, səsdən surətli laynerlər;
■ kosmik aparatlar;
Su, çay və dəniz nəqliyyatıyla daşımalar:
■ sallar və avar qayıqları;
■ yelkənli gəmilər və yaxtalar;
■ qayıqlar və mexaniki qurğuyla kiçik həcmli gəmilər;
çay və dəniz gəmiləri;
■ hava yastığında gəmilər;
■ sualtı gəmiləri.
Daşımaların bütün növləri və yarımnövləri onların istifadəsinin çoxsaylı variantlarına malikdirlər.
Daşımaların növlərindən hər biri öz tarixinə malikdir.


Piyada və başqa yerdəyişmələrin növləri:
Hər zaman insanın hərəkətinin ən primitiv üsulu–piyada yerimə olub.. İnsanlar tək, ikilikdə, kiçik və böyük qruplarla piyada yeriyiblər.
Qaçış —hələ qədimdən insanın hərəkətinin olduqca məşhur üsuludur. Antik dövürdən poçtun və təcili xəbərlərin (mesajların) çatdırılması üçün qaçışçıları xüsusi olaraq saxlayırdılar.
Ən çox (əksər hallarda) qaçış saglamlaşdırma məqsədi ilə və ya müxtəlif distansiyalı yarışlarda istifadə olunur. Bəzi kütləvi marafon qaçışları hər il keçirilir və eyni zamanda bir neçə min iştirakçı cəlb edilir, belə kütləvi tədbirləri tamaşaçılar və turistlər müşahidə etməyi çox sevirlər.. Qədim Yunanıstanda bu məşğuliyyət mükəmməlliyə çatdırılmışdı, indiyə qədər uzun distansiyalara marafon qaçışı kimi çatdı və Olimpiya oyunları proqramına daxil edilmişdir . Əllərin və ayaqların köməyi ilə yerdəyişmənin xüsusi metodlarından istifadə eyni zamanda mürəkkəb maneələrin öhdəsindən gəlməsi mümkün olur, məsələn, dağ turizmində, qayalara dırmaşma, alpinizm, speleologiyalar. Müxtəlif maneələrin öhdəsindən gəlməsi həmçinin iplərin, kanatlar, qarmaqlar (qarmaq işarələri), asma keçidlərin və s. köməyi ilə həyata keçirilir .
Trekinq-tur - bələdçilərin köməyilə dağlıq əraziyə uzun müddətli (10-14gün) piyada turist marşrutudur. Təbiətdə gecələmə, gözəl mənzərələr, unikal təbiətlə və heyvanat aləmi ilə tanışlıgı nəzərdə tutur.
Ümumi mənada, trekinq-turlar yoxlanmış marşrut üzrə keçirilir.
Turistlər çantalarını özləri aparırlar, yataq kisələrini, kiçik çadırları, qida ehtiyatı, dərmanları özləri aparırlar və özləri yemək hazırlayırlar. Turistlər dar asma körpü üzrə keçməyə, qayaların və dağlıq cığırlarının, su axınlarının və dərələrin öhdəsindən gəlməyə hazir olmalıdırlar. Xüsusi geyim , ayaqqabı, və başqa turist avadanlığı, həmçinin kompas, kart (xəritə), iplər və s. tələb olunur.
Mərhələli piyada turlar( crossing-tour) - krossinq-turlarında baş verir — müxtəlif kombinə edilmiş nəqliyyat vasitələrinin istifadə edilməsilə ölkə və ya qitə ərazisində səyahətlərdir. Kanada ərazisində Atlantikadan Sakit okeana qədər belə turist marşrutu məlumdur. Mərhələlərin əhəmiyyətli hissəsi unikal təbii milli qoruqlar ərazisindən keçir və burada turistlər unikal təbii ehtiyatlar olan və ilkin təbii formasını dəyişməmiş saxlamalara (rezervasiya) baş çəkərək (izləyərək) uzunsürən piyada səfərlərini davam edirlər.

Yüklə 32,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin