1.2. TƏLIMIN MAHIYYƏTI VƏ HƏRƏKƏTVERİCİ QÜVVƏLƏRİ Ali məktəbdə təlim prosesinin mahiyyəti, məzmunu, məntiqi, strukturu və təşəkkülü haqqında aydın təsəvvürə malik olmadan, səmərəli pedaqoji fəaliyyət mümkün deyil. Təlimin mahiyyətini dərk etmək üçün, hər şeydən əvvəl, onun komponentlərini müəyyənləşdirmək lazımdır. Təlim prosesi zahirən öyrədən və öyrənənlərin qarşılıqlı fəaliyyəti kimi təzahür edir. Bu fəaliyyət prosesində öyrədən qarşıya məqsəd qoyur, vəzifələri konkretləşdirir və məzmunu müəyyənləşdirir. Bundan sonra məzmuna uyğun vasitə, metod və materialı seçir və öyrənmə fəaliyyətini təşkil edir. Yəni, öyrənənləri təlim fəaliyyətinə istiqamətləndirir, təlim motivlərini inkişaf etdirir, onlara müstəqil işləmək yollarını öyrədir. Bundan sonra isə öyrənənlərin təlim əməyi stimullaş- dırılır, mənimsəmə səviyyələri qəbul olunmuş meyarlarla yoxlanılar, qiymətləndirilir və korreksiya işi aparılır. Öyrənən öyrədənin tapşırıqlarını icra edir, öz üzərində çalışır, əqli qabiliyyətlərini inkişaf etdirir, tədris proqramlarında nəzərdə tutulan məzmunu, fəaliyyət növlərini mənimsəyir.Yuxarıda qeyd etdiyimiz kimi, təlim - öyrədən və öyrənənin biri-birilə daxili əlaqədə və qarşılıqlı asılılıqda olan ikitərəfli fəaliyyətidir. Hər bir təlim fəaliyyəti bir qayda olaraq, müəyyən məzmunun mənimsənilməsinə yönəlmiş olur. Beləliklə, məlum olur ki, təlim prosesinin üç mühüm komponenti vardır:
• tahsiim məzmunu;
• öyrətmə fəaliyyəti;
• öyrənmə fəaliyyəti.
Hər üç komponent təlim prosesinin zahiri tərəfini əks etdirir.Təlimin mühüm məqsədlərindən biri - ictimai münasibətlərin subyekti olan insanın istehsal proseslərinə, əmək fəaliyyətinə, sosial həyata hazırlanması prosesidir. Deməli, təlimin əsas sosial funksiyası konkret ictimai tələblərə uyğun şəxsiyyətin formalaşdırılmasıdır. Dövrün tələblərinə uyğun şəxsiyyətin yetişdirilməsi üçün əsas «tikinti materialı» bəşəriyyətin toplamış olduğu maddi və mənəvi dəyərlərdir. Təlimin mahiyyətini (deməli, həm də məzmununu) məhz bu dəyərlər müəyyənləşdirir. Şəxsiyyətin intellektual, Əxlaqi, emosional, iradi sferalarının inkişafı bu məzmunun mənimsənilməsindən asılıdır.Təhsilin məzmununun əsas komponentləri aşağıdakılardır:
• təbiət, cəmiyyət, təfəkkür, elmi-texniki və fəaliyyət qaydaları haqqqında biliklər sistemi (bu biliklərin mənimsənilməsi insanın dünyanı dialektik-materialist surətdə dərk etməsini təmin edir, idrak və praktik fəaliyyətə düzgün metodoloji yanaşma tərzi formalaşdırır);
• bacarıq və vərdişlər sistemi (intellektual və praktik bacarıq və vərdişlər konkret fəaliyyət növlərinə yiyələnməyi təmin edir);
• münasibətlər sistemi (real varlığa, öyrənilən obyektə emosional və qiymətləndirmə münasibəti, başqa adamlara və özünə münasibət, ictimai, elmi, peşə fəaliyyətinin motivləri, tələbatlar, maraqlar və s.);
• müxtəlif fəaliyyət növləri;
• yaradıcılıq təcrübəsi.
Deməli, təlim prosesi öz mahiyyətinə görə həm də sosial prosesdir. Təhsilalanların inkişafı və formalaşması elmi biliklər sisteminə və fəaliyyət təcrübəsinə yiyələnməklə və bəşəriyyətin maddi və mənəvi mədəniyyətini mənimsəməklə həyata keçirilir.Biliklərin mənimsənilməsi, bacarıqların formalaşması əsasən iki yolla əldə edilir:
• reproduktiv (bərpaedici təfəkkür);
• produktiv (yaradıcı təfəkkür).
Təlim prosesi reproduktiv variantda qurulduqda, əvvəlcə faktların qavranılması baş verir. Sonra fakt və hadisələrin daxili əlaqə və asılılıqları öyrənilir, nəticədə anlama baş verir. Vasitəsiz anlama birdən-birə olur: ətral'dakı cisim və hadisələri bilavasitə anlayırıq. Vasitəsiz anlamanın əsasında məlum cisim və hadisə ilə naməlum arasında əlaqə yaratmaqdan ibarət olan tanıma durur. Bu halda uzun müddətli düşüncəyə ehtiyac qalmır. Vasitəsiz anlama cisim və hadisələrin düzgün qavranılmasından, təhrifə yol verilməməsindən asılı olur. Vasitəli anlama zamanı isə müxtəlif axtarışlar aparmaq, qarşıda olan məsələni dərk etmək üçün yardımçı vasitələrdən istifadə etmək lazım gəlir. Anlamada əsas şərt onun dəqiqliyi və dərinliyidir. Beləliklə, məlum olur ki, anlama əldə edilmiş biliklərdən istifadə etmək və biliklərə yiyələnmə zamanı zəruri olan zehni fəaliyyət göstərmək nəticəsində baş verir.Tələbə anladığı əsas ideyaları, aparıcı tezisləri, arqumentləri, dəlilləri, nəticələri hafizt>sində saxlamalıdır. Hallzə keçmiş təcrübənin qavranılıb hifz edilməsi sayəsində, sonralar onun tanınma və yada salınmasından ibarət mürəkkəb psixi fəaliyyətdir. Təlim prosesində çox böyük əhəmiyyətə malik olan hafizə təfəkkürə əsaslanmalı və eyni zamanda təfəkkürü inkişaf etdirməlidir. Biliklər bir-birilə sıx əlaqədə və müəyyən sistemlə mənimsənilməli və hafizədə möhkəmləndirilməlidir. Heç bir aktual fəaliyyət hafizə proseslərindən (nəqşlən- dirmə-öyrənmə, hifzetmə-yaddasaxlama, tanıma və yadasal- ma-xatırlama) kənarda mümkün deyildir. Bütün psixi proseslərin ən mühüm xarakteristikası olan hafizə insan şəxsiyyətinin vahidliyini, tamlığını və bütövlüyünü təmin edir. İnsanın hafizəsi onun keçdiyi həyat yolunun, keçmiş təcrübəsinin inikasıdır. Hafizəni «psixi həyatın əsas şərti», «psixi inkişafın məhək daşı» hesab edən Y.M.Seçenov onu (hafizəni) bütün psixi inkişafın təməlini təşkil edən qüvvə hesab edirdi.Əgər bu qüvvə olmasaydı, qavranılan cisim və hadisələr özündən sonra iz buraxmasaydı, milyonuncu dəfə təkrar edildikdə belə, birinci dəfə duyulduğu kimi təsir bağışlayardı.Deyilənlərdən aydın olur ki, diqqət və hallzə digər psixi proses və hadisələrə dərindən nüfuz edir və onları şərtləndirir. Diqqət olmadan gerçəkliyin aydın dərk edilməsi, hallzəsiz isə dərk edilən cisimlərin yadda saxlanması və sonrakı təcrübədə istifadə edilməsi mümkün olmazdı. Rus pedaqoqu K.D.Uşinski göstərirdi ki, hafizə lələk- kürə əsaslanmalı və eyni zamanda təfəkkürü inkişaf etdirməlidir. Hafizəmiz gərəkli biliklərlə nə qədər zəngin olarsa, fikirlərimiz də o nisbətdə düzgün və məzmunlu olar. Deməli, biz fikirləşərkən hafizənin materialına əsaslanırıq. Bilik ağlı zənginləşdirir, ağlın özü yaxşı təşkil olunmuş biliklər sistemindən başqa bir şey deyildir.İstər materialın seçilməsində, istərsə də onların sistemə salınmasında diqqət və hafizənin fəaliyyəti üzvi surətdə çulğa- laşaraq biri-birini şərtləndirir.Diqqət və hafizə təlim materialının mənimsənilməsini təmin edir. Mmimsmıa materialla ilk tanışlıqdan başlayır və həmin materiala tam yiyələnməklə başa çatır. Yəni ləlim prosesinin nəticəsi kimi təzahür edir. Təlim materialının yaxşı mənimsənilməsi onu (materialı) aydın surətdə izah etməyə, mahiyyətini açıqlamağa, real fakt və dəlillərlə əsaslandırmağa, digər biliklərlə əlaqələndirməyə, əməli fəaliyyətdə tətbiq etməyə imkan verir.Mənimsəmə fəal təfəkkür əməliyyatları və şüurlu fəaliyyət prosesində baş verir. Mənimsənilmiş material təcrübədə və əməli fəaliyyətdə istifadə olunduqda daha artıq möhkəmlənir.Materialın çətinlik dərəcəsindən asılı olaraq mənimsəmə prosesində müəyyən əqli gərginlik nəzərə çarpır. Əqli gərginliyi aradan qaldırmaq məqsədilə təfəkkür əməliyyatları təlim materialını daha əhatəli və dərindən dərk elməyə şərait yaradır. Ümumiyyətlə, mənimsəmə həmişə az, ya çox dərəcədə fəal şəkildə cərəyan edən prosesdir. Digər tərəfdən, qarşıya aydın məqsəd qoymadan, vəzifələri konkretləşdirmədən, ləa-liyyolin vasitə və yollarını müəyyənləşdirmədən mənimsəmə prosesini səmərəli təşkil etmək mümkün deyil.Deməli, mənimsəmə təfəkkürə əsaslanan məqsədəuyğun, şüurlu, fəal, mürəkkəb bir psixi prosesdir. O. bir sıra komponentlərdən ibarətdir:
• materialı ib tanışlığa imkan veıwı duyğu və qavrayış prosesbrindən:
• öyıwwnin nhmimsəma prosesində fəallığını təmin edən diqqət,maraq və meyil, tələbat, arzu və istək, hiss və emosiyalardan: .
• materialın dərk edilməsini təmin edən təfəkkür proseslərindən;
• materialın öyrənilməsini, yadda saxlandmasım, tanıma və yada salınmasını təmin edən hafizə proseslərindən;
• mənimsəmə prosesində qarşıya çıxan çətinlikləri dəf etməyə imkan verən, öyrənmə prosesinə inamı artıran iradədən ibarətdir.
Mənimsəmənin komponentləri bir-birilə vəhdətdə cərəyan edir. Bununla əlaqədar olaraq təlim prosesinin səmərəliliyini və intensivliyini təmin etmək məqsədilə mənimsəmə komponentlərinin ahəngdar fəaliyyətini təmin etmək lazımdır.Mənimsəmənin səmərəliliyinə təsir edən amillər çoxdur. Bunlardan bir neçəsini qeyd edək:
• təlim prosesində nəzəriyyə və praktikanın didaktik, dinamik ətaqə.sinin təmin edilməsi materialın mənimsənilmə.sinə mii.sbət təsir göstərir;
• materialın məzmunca zəngin və rəngarəng olması, ona uyğun metod və tərzlərdən istifadə edilməsi mənimsəmənin .səmərəliliyini artırır;
• təhsil alanı yadda saxlamanın əlverişli yolları ilə tanış etmək mənimsəmə prosesinin intensivliyini təmin edir;
• təlim materialının mənimsənilməsində təlimin müasir te.xniki vasitələrindən, ən yeni təlim metodlarından istifadə mühüm rol oynayır;
• təlim prose.sində öyrənənlərin psixi fəallığının təmin edilməsi, diqqətin düzgün təşkili, analizatorlarin birgə fəaliyyə-tilw daha çox istinad edilməsi, proqram materialının tədricən miirəkkəbbşdirilməsi, mühüm və əsas cəhətlərinin dərk edilməsi, onlar arasında məntiqi əlaqələrin yaradılması, səhəb ıvı nəticə əlaqələrinin üzə çıxarılması, elmi anlayıçların aydın izahı, nəzəri, praktiki və yaradıcı təfəkkürün ink^af etdirilməsi, müvafiq bacarıq və vərdb'lərin formala.'şdınlması və s. amillər mənimsəmənin səmərəliliyini artırır.Deməli, biliklərin mənimsənilməsinin reprodukliv (latınca reprodukliv, reproduksiya - re-yenidən+produksio- istehsal, əsər deməkdir) variantı belə bir ardıcıllıqla cərəyan edir: fakt və hadisələrin qavranılması; onların daxili əlaqə və asılılıqlarının, mühüm cəhətlərinin dərk edilməsi; anlama; tələbənin anladığı biliklərdən daha əsas olanları, aparıcı tezisləri, sübut və dəlilləri, başlıca nəticələri hafizəsində saxlamaq üçün səy göstərməsi. Bu məntiqi, sistemli, əqli fəaliyyət təlim materialının mənimsənilməsini təmin edir.Mənimsənilmiş material reprodııktiv, alqoritmik (IX əsr özbək riyaziyyatçısı Xarəzminin latmiaşdırılmış (Aiqorithmi) adından götürülmüşdür, intuitiv anlaşılan, özlüyündə aydın sayılan deməkdir. Riyaziyyatın aiqoritm nəzəriyyəsi adlı bölməsi aiqoritmiərin ümumi xassələrini öyrədir), axtarıcılıq, yaradıcılıq və digər səviyyələrdə tətbiq olunmalıdır. Təəssüfiə qeyd etmək lazımdır ki, ali məktəblərdə bir sıra hallarda sonuncu mərhələ, yəni biliklərin bu və ya digər forma və səviyyələrdə tətbiqinə kifayət qədər əhəmiyyət verilmir və nəticə etibarilə mənimsəmə prosesi tamamlanmamış qalır.Ali məktəbdə təhsil prosesində tədris materialının reproduktiv yolla mənimsənilməsi, başqa sözlə, tədrisin rep- roduktiv variantı aşağıdakı ardıcıllıqla həyata keçirilməlidir: məqsədin qoyulması —* fakt və hadisələrin qavranılması dərketmə —> anlama —» yadda .saxlama mənimsəmə —> tətbiqetmə (reproduktiv, alqoritmik, yaradıcı).Ali məktəbdə tədrisin prodaktiv variantında bir sıra yeni elementlər təzahür edir. Bu variant bələdləşmə (oriyentr), icra, nəzarət və .sistemləşdirmə mərhələlərindən ibarətdir. Biliklərin əldə edilməsi və tətbiqi axtarış və yaradıcılıq xarakteri daşıdıqda təşəbbüskarlığa, özünütəhlil və özünüidarəyə geniş meydan açılır.Bu kontekstdə tədris prosesi təlim-idrak situasiyaları zənciri formasında təzahür edir. Müəllim və tələbələr qarşıya qoyulmuş vəzifələri (situasiyaları) həll etmək üçün müxtəlif vasitə və yollar seçərək birgə fəaliyyət (təlim fəaliyyəti) göstərirlər. Əlbəttə, bu zaman təkcə metodiki deyil, həm də geniş mənada, psixoloji-pedaqoji fəaliyyət göstərilir və gözlənilən nəticələr əldə edilir. Tədris prosesinin produktiv variantını sxematik olaraq belə təsvir etmək olar:
BsİTxlhşmTf (oriyentasiya) nwvhahsi:• qavrama, ımsahnin müstəqil surətdə ifadə edilməsi:• məsələnin .şərtlərinin təhlili: • məsələnin həlli üçün zəruri biliklərin yada salmma.sı, bərpası və tamamlanması (yenilərinin əlavə edilmə.d): • hipotezirı irəli sürülməsi: • pro.sesin və nəticələrin proqnozlaşdırılması: • müvafiq planın, layihənin, yaxud proqramın tərtib edilmə.si.
II. İcra mərhələsi: • məsələnin məlum yollarla həll edilməsinə cəhd Göstərilməsi: • məsələnin həlli planının dəyişdirilməsi, yeni yolların tapılması.
III. Nəzarət mərhələsi: • məsələnin yeni yollarla həlli: • həllin yoxlanılması.
IV. Sistemləşdirmə mərhələsi: • mə.s'ələnin həllinin yeni qayda.sının tələbələrin malik olduğu informasiyalar sisteminə daxil edilməsi: • yeni problemin qoyulması.
Tələbələrin bilikləri mənimsəməsinin reproduktiv və produktiv variantının aşağıda göstərilən cədvəl əsasında müqayisəsi göstərir ki, ali məktəbdə kamil mütəxəssis hazırlamaq məqsədilə mənimsəmə aktında daha çox müstəqillik tələb edən produktiv varianta üstünlük verilməlidir. Bu yolla təhsilalanlarda diaqnost- iaşdırma, proqnozlaşdırma, layihələşdirmə bacarığını inkişaf etdirmək, onları bazar iqtisadiyyatı və rəqabət şəraitində işləməyə hazırlamaq, tolerant şəxsiyyət kimi formalaşmaq mümkündür. Biliklərin mənimsənilməsinin reproduktiv variantı Biliklərin mənimsənilməsinin produktiv variantı Məqsədin Bəhdləşmə (oriyentr) mərhələsi (qavrama. qoyulması problemin müstəqil surətdə ifadə edilməsi, hipotezin irəli sürülməsi, proqnozlaşdırma, layihələşdirmə) Fakt və hadisələrin İcra mərhələsi (problemin həllinin yeni qavranılması yollarının tapılması) Dərketmə Nəzarət mərhələsi (problemin yeni yollarla həlli və həllin yoxlanılması) Anlama Sistemləşdirmə mərhələsi (yeni biliklərin Yaddasaxlama tələbənin malik olduğu informasiyalar Mənimsəmə sisteminə daxil edilməsi, yeni problemin Tətbiqetmə qoyulması)Pedaqoji ədəbiyyatda təlim informasiyalarının tələbələr tərəfindən qavranılması, mənimsənilməsi və bərpası prosesinin mərhələləri (pillələrini, səviyyəsini) aşağıdakı kimi ümumiləşdirilir: I pillə - primitiv (başlanğıc) qavrama. Bu, şəraitə fizioloji uyuşmanın (adaptasiyanın) təzahürüdür. II pillə - şiiuraltı qavrama. Bu, şərtsiz reflekslər əsasında informasiyanın ilkin dərk edilməsi mərhələsidir. III pillə - mənanın, məzmunun qavranılması, ha.yqa .sözlə, semantik qavrama. İnformasiya üzərində müəyyən əməliyyatlar aparılır, sözlə, yaxud simvolik (işarələrlə) formada ifadə edilən anlayışlar meydana gəlir. Bu səviyyədə anlayışlar arasında məntiqi əlaqələr yaranır, tələbə fikri axtarıcılığa yönəlir. IV pillə - praqmatik (pruktik) .səviyyə. Bu pillədə informasiyalar üzərində müəyyən emosional və rasional motivlər əsasında əməliyyatlar aparılır. Bütün pillələr ierarxik olaraq biri-birilə vəhdətdədir və hər bir səviyyədə tədris materialı üzərində iş gedir. Ali məktəbdə tədris materialı çoxlu anlayışları, terminləri, qanunauyğunluqları əhatə etdiyindən semantik qavrama pilləsi daha əsas və həlledicidir.Ali məktəbdə elmi məlumatların mənimsənilməsi belə bir məntiqi ardıcıllıqla cərəyan edir; Cəmiyyətin tarixi inkişafı yolunda iki proses: bir tərəfdən ətraf aləmin dərk edilməsi, digər tərəfdən, böyüməkdə olan nəslin təhsili və təlimi vəhdət halında cərəyan edir. Sivilizasiyaların bütün mərhələlərində bu iki proses cəmiyyətin mövcudluğunu şərtləndirir. Gerçək aləmin dərk edilməsilə təlim prosesi arasında nə kimi vəhdət vardır? İdrakın əsas funksiyası obyektiv aləmin yeni faktlarını, yeni qanunauyğunluqlarını aşkarlamaqdır. Təlimin məqsədi insanları idrakın əldə etdiyi yeni bilik və təcrübə ilə silahlandırmaqdır. İdrakla təlim arasında çox dərin daxili əlaqələr var: idrak təlimə münasibətdə birincidir. Təhsilin məzmununu idrakın nəticəsi olan biliklər təşkil edir. İdrakın nəticəsi olan biliklər yalnız təhsilin məzmununa daxil olduqdan, yəni insanlar tərəfindən öyrənildikdən sonra əməli fəaliyyətdə, istehsal əməyində tətbiq edilir. İdrakın, elmin inkişafı yalnız bu yolla mümkündür. Bu prosesi sxematik olaraq belə təsvir etmək olar: Sxemdən də göründüyü kimi, təlim fərdi və ictimai-tarixi idrakı əlaqələndirən həlqədir. Deməli, təlimin inkişafetdirici qüvvələri, hər şeydən əvvəl, fərdi və ictimai-tarixi idrak arasındakı ziddiyyətlərdir.Obyektiv gerçəkliyin bütün cisim və hadisələrində əksliklər və onların vəhdəti mövcuddur. Əksliklər - cismin elə tərəfləri, xassələri, qüvvələridir ki, bunlar biri digərini rədd edir, eyni zamanda da biri-birinin olmasını tələb edir. Əksliklərin ziddiyyətli, bir-birini rədd edən xarakteri labüd surətdə onlar arasında mübarizə doğurur və bu, inkişafın əsas hərəkətverici qüvvəsini təşkil edir. Varlığın ikiləşib əksliklərə bölünməyən predmet və ya hadisəsi yoxdur. Deməli, pedaqoji prosesin inkişafının mənbəyini və hərəkətverici qüvvəsini də əksliklərin mübarizəsi təşkil edir.Təlim öyrənənin fərdi inkişafı qarşısında konkret tarixi dövrün bilik səviyyəsini mənimsəmək vəzifəsini qoyur və bu prosesdə fərdi inkişaf həmişə ictimai-larixi inkişafdan geri qalır. Bu proses arası kəsilmədən dialektik surətdə davam edir və cəmiyyətin. deməli, həm də təlim prosesinin inkişafına təkan verir. Təlim prosesinin özünəməxsus daxili ziddiyyətləri də vardır. Belə ziddiyyətlərdən biri, təlimin idrak və praktik vəzifələrinin tələh etdiyi təfəkkür fəaliyyəti Hə təhsil alanın mövcud inkişaf səviyyəsi, bacarıcj və vərdişləri arasındakı ziddiyyətlərdir. Təlimin vəzifələri isə təlimin məntiqi ilə müəyyən edilir və a rası kəsilmədən yeniləşir. Öyrədən və öyrənənin fəaliyyəti birgə fəaliyyət prosesində birləşir. Bu prosesin hər iki tərəfi arasında ziddiyyətlər təzahür edir. Bu, bir tərəfdən, təlim prosesində meydana çıxan sual, tapşırıq, məsələ, tələb olunan düşüncə lərzidirsə, digər tərəfdən axtarış, güman, mülahizə, cavab, həll deməkdir.Öyrədənin məharəti bundadır ki, öyrənənləri biliklərlə silahlandırdıqca onları daha mürəkkəb vəzifələrin həllinə yenəldə bilir. Təlim prosesində çətinliyin dərəcəsi müəllimin əlində ləlim prosesinin daxili hərəkətverici qüvvəsini müəyyənləşdirmək üçün əsas çıxış nöqtəsidir və bunlar da öyrənənlərin əqli, əxlaqi, iradi, emosional sferalarının inkişafının hərəkətverici qüvvəsidir. Ziddiyyətlər o zaman təlimin hərəkətverici qüvvəsinə çevrilirlər ki, onlar öyrənən üçün müəyyən əhəmiyyət kəsb etsin, ziddiyyətin həlli isə onlar tərəfindən zərurət kimi qəbul edilsin. Cəmiyyətin ali təhsilə verdiyi tələblərlə konkret şəraitdə təlim prosesinin imkanları arasında, öyrətmə və öyrənmə prosesləri arasında, elmlə tədris procpwnları arasında, hi.ssi və rasional düşüncə tərzi arasında, öyrənənin konkret və abstrakt təfəkkürü arasında, təlim pro.sesində irəli .sürülən idraki-praktik vəzifələrlə təhsil alanların ümumi inkişaf .səviyyələri arasındakı uyğunsuzluqlar təlim pro.se.sinin ziddiyyətləridir.Təlim prosesinə xas olan bu ziddiyyətlər yalnız aşkarlandığı və dəf edildiyi təqdirdə onun hərəkətverici qüvvələrinə çevrilir, təkcə təlimin deyil, həm də bütövlükdə cəmiyyətin tərəqqisini təmin edir.