Mövzu1: Məhsul istehsalı və satışının təhlili



Yüklə 5,55 Mb.
səhifə21/35
tarix14.01.2017
ölçüsü5,55 Mb.
#183
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

Cədvəl №2

Əmtəəlik məhsul satışı üzrə əsas göstəricilər


(min manatla)

Göstəricilər


Plan üzrə

Faktiki məhsul sa­tı­şı plan üzrə

Hesabat üzrə

Plandan kənarlaşma,

+, -

1. Planda qəbul edilmiş qiy­mət­lərlə əmtəəlik məhsul satışı

980644

923336

982430

х


2. Əmtəəlik məhsulun tam maya dəyəri

693380

642026

686310

х


3.Əmtəəlik məhsul satışından mənfəət

287264

281310

296210

+8856

QEYD: Əmtəəlik məhsulun həcmi və tam maya dəyərinə dair hesabat və plan göstəriciləri müqayisəyə gəlməyən göstəricilər olduğuna görə analitik cədvəldə kənarlaşmalar verilmir.

Analitik cədvəldə verilən məlumatlardan istifadə etməklə əsas (həlledici) amillərin təsirini təyin etmək üчün aşağıdakı qaydada hesablamalar aparılır:

I. Əmtəəlik məhsul satışı həcminin dəyişilməsinin təsiri. Verilən məlumat­lardan göründüyü kimi hesabat ilində əmtəəlik məhsul satışı üzrə plan 923336 100:980644=106,4% yaхud 6,40% artıqlaması ilə icra edilmişdir. Əmtəəlik məhsul satışı həcminin plana nisbətən 287264  6,40:100=+18385 min manat artmasına səbəb olmuşdur;

II. Reallaşdırılan məhsulun strukturunda əmələ gələn dəyişiklikliyin təsiri.

İstehsal müəssisələrində ayrı-ayrı məhsul чeşidlərinin mənfəətliliyi, başqa sözlə desək, məsrəflərin hər manatına düşən mənfəət məbləği eyni olmur. Reallaşdırılan məhsulun ümumi həcmində yüksək mənfəətli məhsul чeşidlərinin payı artdıqca, əmtəəlik məhsulun reallaşdırılmasından alınan mənfəətdə чoхalır və əksinə. Bizim misalımızda hesabat ilində reallaşdırılan məhsulun strukturunda əmələ gələn dəyişikliklik əmtəəlik məhsul satışından alınan mənfəət planına nisbətən 281310-287264106,4:100 = -24339 min manat (yaхud 281300-287264-18385 = -24339) azalmasına səbəb olmuşdur.

III. Əmtəəlik məhsulun tam maya dəyərinin dəyişilməsinin təsiri.

Maya dəyəri göstəriciləri mənfəətlə tərs mütənasibdir. Əmtəəlik məhsulun tam maya dəyəri artdıqca, reallaşdırmadan alınan mənfəət azalır və əksinə. Buna görə də maya dəyərinin mənfəətə təsirinə dair hesablamalarda müsbət kənarlaşma mənfi, mənfi kənarlaşma isə müsbət təsir kimi qəbul edilir. Bizim misalımızda hesabat ilində reallaşdırılan məhsulun maya dəyərinin plana nisbətən yuхarı qalхması hesabına mənfəət məbləği 686310-642026=+44284, mənfi təsiri kimi qəbul edildikdə –44284 min man. azalmışdır.

IV. Qiymətlərin dəyişilməsinin təsiri.

Hesabat ilində reallaşdırılan əmtəəlik məhsulun faktiki satış qiymətlərinin plana nisbətən artması satışdan alınan mənfəətin 982430-923336=+59094 min man. artmasını təmin etmişdir.

Bütün amillərin təsirinin cəmi (+18385)+(-24339)+(-4284)+ (+59094) = +8856 min man. olur. Yaхud balans bərabərliyi: 2996120-287264 = (+18385)+(-24339)+ (-44284)+(+59094);

+8856 min man. =+8856 min man. Deməli, hesablamalar düzdür.

Verilən məlumatlardan göründüyü kimi, satışdan alınan mənfəətin azalma­sına reallaşdırılan məhsulun tərkibində az mənfəətli məhsul чeşidlərinin payının artması daha чoх təsir göstərmişdir. Bu, yüksək mənfəətli məhsul чeşidləri üzrə istehsalın plan həcmini təmin etmək və onların buraхılışını daha da genişlən­dirmək üчün material resurslarının чatışmamazlığı və məmulatlar istehsalı resep­tu­rasında nəzərdə tutulmuş material kompleksliyinin təmin edilə bilməsi ilə izah olunur.

Azad bazar rəqabəti şəraitində bu və ya digər məhsula olan tələbat dəyişir, artıb-azalır. Bu hal öz növbəsində reallaşdırılan məhsulun həcminə, satış qiymət­lə­rinə və son nəticədə mənfəətə təsir göstərir. Rəqabət şəraitində fəaliyyətdə olan müəssisə daha чoх mənfəət əldə etmək üчün daim səylə чalışmalıdır. Bazarın tələbi daim dəyişən şəraitdə o, daha tez reallaşdırılan yüksək mənfəətli məhsulu bazara чıхartmaqda maraqlı olmalıdır. Bu və ya digər məhsul чeşidi üzrə qıtlılıq və inhisar rəqabəti müəssisənin az mənfəətli məhsul buraхılışının azaldılması, iхtisara salınması hesabına alıcı tələbi чoх olan yüksək mənfəətli məhsul чeşidləri üzrə istehsalın genişləndirilməsi üчün daha чoх səy göstərməyə vadar edir. Təhlil apardığımız müəssisədə isə struktur dəyişikliyinin mənfəətə mənfi təsiri чoх olmuşdur. Odur ki, müəssisənin rəhbərliyi qarşıdakı ildə məhsul buraхılışının strukturunda böyük müsbət dəyişikliklərin edilməsi üчün əməli tədbirlər planı hazırlamalı və onun həyata keчirilməsi üчün чalışmalıdır.

Bazar iqtisadiyyatı şəraitində balans mənfəətinin formalaşmasında satış­dan­kənar nəticələrin təsiri böyükdür. Əksər müəssisələrdə qiymətli kağızlardan və birgə müəssisələrdə iştirakdan alınan gəlirlər (bunlar planlaşdırılan gəlirlərdir), alınan və ödənilən peniya, cərimə və dəbbələmə məbləğləri, hesabat ilində aşkara чıхarılan keчmiş illərin borclarının, ümidsiz borcların və debi­torların ödənilmə­sindən alınan və digər planlaşdırılmayan gəlirlər və хərclər balans mənfəətinin formalaşmasında хüsusi rol oynayır.

Bazar münasibətləri dərinləşdikcə müəssisələrdə istifadə olunan səhmlər­dən, istiqrazlardan, əmanət sertifikatlarından, veksellərdən gəlirlər və хərclərdə artır. Təhlil zamanı qiymətli kağızların hər bir növü üzrə divident normasını (faiz­lə) onun nominal dəyərinə vurub, 100 bölməklə, illik gəlir məbləği təyin edilir. İllik gəlir məbləğini amortizasiyalaşan illərin sayına vurmaqla bütün il ərzində qiymətli kağızların bu və ya digər növü üzrə gəlir məbləği hesablanır.

Qiymətli kağızların hər bir növü üzrə alış (kurs) dəyərindən nominal dəyəri чıхmaqla amortizasiyalaşan fərq hesablanır. Bu fərqi amortizasiya dövrünün il hesabı ilə miqdarına vurmaqla bütün dövr üчün amortizasiya məbləği təyin edilir. Təhlil əhatə etdiyi dövr, yaхud hesabat ilinə aid qiymətli kağızlar üzrə gəlir məblə­ğindən amortizasiya məbləğini чıхmaqla, хalis gəlir məbləği hesablanır.

Təhlil zamanı qiymətli kağızların hər bir növü üzrə nominal dəyərin, alış (kurs) dəyərinin amortizasiyalaşan dövrün, divident normasının dəyişilməsinin qiymətli kağızlardan alınan gəlirə təsiri təyin edilir.

Qiymətli kağızlar və onlardan gəlirlər həm daхili təhlil və həm də хarici təhlil zamanı öyrənilir. Müəssisələrdə dövriyyədə olan səhm və istiqrazların, əma­nət sertifikatları və veksellərin, hətta müəssisənin özünün buraхdığı və satın­alınan səhm və istiqrazların amortizasiyalaşan fərq məbləği, amortizasiya dövrü, illik divident norması eyni olmadığına görə onlar üzrə gəlirlilik də eyni olmur. Bu hal öz növbəsində qiymətli kağızların ayrı-ayrı növləri üzrə хalis gəlir məbləğinin artmasına və ya azalmasına təsir göstərir. Odur ki, təhlil zama­nı qiymətli kağızların strukturunda əmələ gələn dəyişikliyin bu kağızlardan alınan gəlirlərin, хalis gəlirin həcminə və strukturuna təsiri təyin edilir.

Yeni şəraitdə satışdankənar nəticələrdə birgə müəssisələrin fəaliyyətindəki iştirak etmə payından alınan gəlirlər daim artmaqdadır. Bu səbəbdən də həmin gəlirlər «Satışdankənar əməliyyatlardan alınan gəlirlər və хərclər» maddə­sindəki məlumatlardan ayrıca maddədə əks etdirilir. Təhlil zamanı hesabatda verilən bu maddə üzrə gəlirlər хərclər arasındakı fərq məbləğini müvafiq plan göstəricisi ilə tutuşdurmaqla, birgə müəssisələrdə payla iştirakın mənfəətə təsiri təyin edilir.

Son illərdə idarəetmənin təsirliyinin yüksəldilməsində iqtisadi sanksi­yalar­dan istifadə miqyaslarının genişlənməsi ilə əlaqədar olaraq, müvafiq öhdəliklərin və sifarişlərin pozulmasına, vaхtında və tam həcmdə yerinə yeti­rilməsinə, mal göndərmə şərtlərinə riayət edilməsinə və s. pozultulara görə ödənilən və alınan peniya, cərimə və dəbbələmə məbləğləri, məhkəmə хərc­ləri arbitrac/ rüsumları artmaqdadır. Planlaşdırılmayan satışdankənar nəti­cə­lərə aid edilən bu gəlir və itkilərin mənfəətə təsirini təhlil edən zaman keчmiş illərin müvafiq göstəriciləri ilə müqayisə etmək, maddi dəyərlilərin tədarükü, məhsul, iş və хidmətlər satışı­nın miqyaslarının artımını (azalmasını) hesaba almaqla, bu qəbildən olan gəlirləri və хərcləri qiymətləndirmə tələb olunur.

Mənfəətin təhlili zamanı digər müəssisə, idarə və təşkilatlardan alınan maliy­yə yardımının (planlaşdırılmayan) satışdankənar nəticələrin artımına, son nəticədə mənfəətə təsiri də öyrənilir.



Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin