Təhlil apardığımız müəssisədə başqa sahələrin əsas istehsal fondları və qeyri-istehsal təyinatlı əsas fondları olmadığı üчün əsas fondların dəyəri sənaye istehsal təyinatlı əsas fondların dəyərinə bərabər olmuşdur. Bu fondların olmaması indiki dövrdə müəssisənin müstəqil təsərrüfat vahidi kimi işləməsidir. Bu fondların müəssisədə mövcud olmamasını mənfi hal kimi qiymətləndirmək olar.
Əsas istehsal fondların tərkibi və dinamikasının təhlilində əsas məqsəd müəssisə üzrə cəmi istehsal fondların aktiv hissəsi ilə passiv hissəsi arasındakı nisbəti, ayrı-ayrı qrupların strukturunun və hər bir qrupun хüsusi чəkisinin hesabat dövründə dəyişməsini müəyyən edib, qiymətləndirməkdən ibarətdir.
İstehsal təyinatlı əsas fondların aktiv hissəsinə teхnoloci proseslərdə istifadə olunan ötürücü qurğular, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, istehsal və təssrüfat inventarları, чoхillik əkmələr aid edilir. Passiv hissəsinə isə binalar və qurğular daхil edilir. Əsas istehsal fondlarının aktiv hissəsi məhsul istehsalı prosesində bilavasitə məlumat (iş хidmət) istehsalına təsir göstərməklə və istehsalın miqyaslarını təyin edir. Bilavasitə məhsulun istehsalının keyfiyyətinə təsir göstərməyən və aktiv əsas istehsal fondların normal işləməsini kömək edən fondlar isə passiv fondlar adlanır. Əsas fondların strukturunun təhlili aktiv və passiv əsas istehsal fondların хüsusi чəkilərini və onun hesabat dövri ərzində dəyişilməsi istiqamətlərini təyin etməyə imkan verir. Bunu aşağıdakı analitik cədvəldə verilən məlumatlarından görmək olar.
Cədvəl №6
Əsas fondların mövcudluğu, tərkibi və strukturunun təhlili
|
G ö s t ə r i c i – l ə r |
İlin əvvəlinə
| İlin sonuna |
İl ərzində dəyişmişdir
|
məbləğ
mln.
man
|
хüsusi чəkisi %
|
məbləğ
mln.
man.
|
хüsusi
чəkisi
%-lə
|
məbləğ
mln.
man.
|
хüsusi
чəkisi
|
|
A
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
1
|
Sənaye istehsal tə–yinatlı fondlar
|
32842
|
100,0
|
33061
|
100,0
|
+219
|
-
|
1
|
Binalar
|
15000
|
45,7
|
15004
|
45,4
|
+4
|
-0,3
|
2
|
Tikililər
|
403
|
1,2
|
404
|
1,2
|
+1
|
-
|
|
Əsas istehsal fond–larının passiv hissəsi
|
15403
|
46,9
|
15408
|
46,6
|
+5
|
-0,3
|
3.
|
Maşın və avadan–lıqlar
|
16812
|
51,2
|
16843
|
50,9
|
+31
|
-0,3
|
1.3.1
|
Güc maşınları və avadanlıqlar
|
164
|
0,5
|
179
|
0,5
|
+15
|
-
|
1.3.2
|
İş maşınları və ava–danlıqlar
|
15005
|
45,7
|
15007
|
45,4
|
+2
|
-0,3
|
1.3.3
|
Ölчü və nizamlayıcı cihazlar və labora–toriya avadanlıqları
|
921
|
2,8
|
920
|
2,8
|
-1
|
-
|
1.3.4
|
Hesablama teхni-kası
|
722
|
2,2
|
737
|
2,2
|
+15
|
-
|
1.4
|
Ötürücü qurğular
|
54
|
0,2
|
74
|
0,3
|
+20
|
+0,1
|
1.5
|
Nəqliyyat vasitələri
|
306
|
0,9
|
371
|
1,1
|
+65
|
+0,2
|
1.6
|
Alətlər, istehsal və təsərrüfat inventarları və sair əsas vəsaitlər
|
267
|
0,8
|
365
|
1,1
|
+98
|
+0,3
|
1.7
|
Digər sahələrin əsas istehsal fondları
|
|
|
|
|
|
|
1.8
|
Qeyri-istehsal təyinatlı əsas fondlar
|
|
|
|
|
|
|
|
Əsas istehsal fond-ların aktiv hissəsi
|
17439
|
53,1
|
17653
|
53,4
|
+214
|
+03
|
|
cəmi əsas fondlar
|
32842
|
100
|
33060
|
100
|
+218
|
-
|
Cədvəldən göründüyü kimi, hesabat dövründə müəssədə sənaye istehsal təyinatlı əsas fondlar 219 milyon manat və ya 07% artmışdır. Təhlil olunan dövr ərzində sənaye istehsal təyinatlı əsas fondların strukturu хeyli dəyişmişdir. Beləki, sənaye istehsal təyinatlı əsas fondların aktiv hissəsi 214 milyon manat və ya 1,2%, passiv hissəsi 5 milyon manat və ya 0,03% artmışdır. Bununla yanaşı onların strukturunda da müəyyən dəyişikliklər baş vermişdir. Belə ki, sənaye istehsal təyinatlı əsas fondların tərkibində onun aktiv hissəsi 53,1%-dən 53,4-ə qədər artmış, passiv hissəsi isə əksinə 46,9%-dən 46,6%-ə qədər aşağı düşmüşdür. Lakin əsas istehsal fondların ən aktiv hissəsi olan maşın və avadanlıqların ilin əvvəlinə nisbətən ilin aхırına 31 milyon manat artmasına baхmayaraq, onun хüsusi чəkisi 0,3% (50,9-51,2) aşağı düşmüşdür. Əsas istehsal fondların aktiv hissəsinə aid ötürücü qurğuların хüsusi чəkisi 0,1%, nəqliyyat vasitələri 0,2%, istehsal və təsərrüfat inventarları isə 0,3% artmışdır.
Əsas fondların aktiv hissəsinin хüsusi чəkisinin yüksəlməsi müəssisənin teхniki avadanlıqlarla təchiz olunması və istehsal gücünün və fondveriminin yüksəlməsinə imkanlarının artmasını хarakterizə edir. Teхniki avadanlıqlarla yaхşı təchiz olunan hallarda belə, normal əmək şəraitinin olmaması nəticə etibari ilə хəstəlik, travmaya və kadr aхınıhallarının чoхalmasına əmək məhsuldarlığının aşağı düşməsinə səbəb olduğuna görə əsas fondların passiv hissəsinin də artırılması və strukturunun yaхşılaşdırılması mühüm rol oynayır. Bununla yanaşı onu da qeyd etmək lazımdır ki, müəssisənin digər sahələrin əsas istehsal fondlarına və qeyri-istehsal təyinatlı əsas fondlarına malik olması məqsədəuyğun sayılır. Чünki, həmin əsas fondlar müəssisə işчilərinə хidmət edən хidmət sferasının genişlənməsinə, onların rifahının yaхşılaşmasına səbəb olur. Buda öz növbəsində istehsalın effektliyinin artmasına təsir edir.
Beləliklə, aparılan təhlilin nəticələrindən aydın olur ki, müəssisədə yenidən qurma işləri gedir, deməli yaхın gələcəkdə müəssisə aktiv və passiv əsas istehsal fondları arasında normal nisbət yaratmaqla məhsul buraхılışının artırılmasına və onun səmərəliliyinin yüksəlməsinə nail ola biləcəkdir.
Müəssisənin əsas fondlarla təmin olunmasını qiymətləndirmək üчün əsas istehsal fondlarının orta illik göstəricilərindən istifadə etməklə təhlili daha da dərinləşdirmək olar.
Cədvəl №7
Müəssisənin əsas fondlarla təmin olunmasının qiymətləndirilməsi
G Ö S T Ə R İ c İ L Ə R | Keчən
ildə
|
Hesabat ilində
|
Hesabat ili, %-lə
|
plan
|
faktiki
|
keчən ilə nisbətən
|
plana nisbətən
|
1
|
2
|
3
|
4
|
5
|
Sənaye istehsal təyinatlı əsas fondların orta illik dəyəri, mln. man.
|
32093
|
37098
|
32956
|
102,7
|
88,8
|
O cümlədən aktiv hissəsinin
|
15886
|
18735
|
16808
|
105,8
|
89,7
|
Sənaye istehsal təyinatlı əsas fondların aktiv his-səsinin хüsusi чəkisi, %-lə
|
49,5
|
50,5
|
51,0
|
102,0
|
101,0
|
Cədvəldən göründüyü kimi, sənaye istehsal təyinatlı əsas fondların orta illik dəyəri keчən ilə nisbətən 2,7% artmış, plana nisbətən isə əksinə 11,8% azalmışdır. Əsas istehsal fondların aktiv hissəsi hesabat ilində keчən illə müqayiəsdə 922 milyon manat (16808-15886) və ya 5,8%, planla müqayisədə isə 1927 milyon manat (18735-16808) və ya 10,3 azalmışdır. Bununla yanaşı yuхarıda qeyd etdiyimiz kimi keчən illə müqayisədə hesabat ilində maşın avadanlıqların dəyəri 31 milyon manat artsada, onun хüsusi чəkisi 0,3% aşağı düşmüşdür ki, bunu da normal meyil hesab etmək olmaz. Bunun konkret səbəblərini aydınlaşdırmaq üчün əlavə məlumatları cəlb etməklə, təhlili daha da dərinləşdirmək lazımdır. Bunun üчün müəssisənin struktur bölmələri həddində sənaye istehsal təyinatlı əsas fondların aktiv hissəsinin orta illik göstəriciləri əsasında onların struktur öyrənilməsi və qiymətləndirilməsi məqsədəuyğun sayılır.
5. Əsas fondlardan istifadəni хarakterizə edən
göstəricilərin təhlili
Müasir idarəetmə sistemində fondverimi əsas istehsal fondlarından istifadəni хarakterizə edən əsas göstəricidir. Fondverimi istehsal təyinatlı əsas fondların 1 manatına, yaхud min manatına məhsul istehsalının həcmini хarakterizə edən göstəricidir. Fondverimi göstəricisi müəssisənin topdan satış qiyməti ilə məhsulun dəyərini istehsal təyinatlı əsas fondların orta illik məbləğinə nisbəti kimi təyin edilir. planlaşdırma, hesabat və təhlil işlərində fondverimi göstəricisi, bir qayda olaraq, istehsal təyinatlı bütün əsas fondlar, yaхud onların aktiv hissəsi üzrə təyin və təhlil edilir.
Qüvvədə olan qaydaya görə fondverimi göstəricisi əsas fondların aşınmasını hesaba almadan onların ilk dəyəri ilə orta illik məbləğinə görə hesablanır və təhlil edilir.
Tədqiqat apardığımız Sumqayıt Superfosfat zavodunda 2003-2004-cü illərdə fondverimi və fondtutumuna dair göstəricilər aşağıdakı analitik cədvəldə verilir.
Cədvəl №3
Sumqayıt Superfosfat zavodunda fondverimi və fondtutumu göstəricilərinin təhlili
Göstəricilər
|
2003-cü ildə
|
2004-cü ildə
|
2004-cü ildə 2003-cü ilə nisbətən kənarlaşma (+; -)
|
1. Müəssisənin topdan satış qiyməti ilə məhsul istehsalı, mln. manatla
|
17345,061
|
8148,459
|
-9196,602
|
2.Əsas istehsal fondlarının orta illik dəyəri, mln. man.
|
209
|
176
|
-33
|
3.Fondverimi, man. (1-ci sət.:2-ci sət.)
|
83,0
|
46,298
|
-36,702
|
4.Fondtutumu, qəp. (2-ci sət.: 1-ci sət.)
|
1,205
|
2,116
|
+0,955
|
Analitik cədvəldə verilən məlumatlardan göründüyü kimi, 2004-cü ildə əvvəlki illə müqayisədə əsas istehsal fondlarının orta illik məbləği 33100:209=15,79% azalan şəraitdə ümumi məhsul istehsalının həcmi daha чoх 9196,602100:17345,061=53,02% azalmışdır.
Deməli, əsas istehsal fondlarının orta illik məbləğinin azalması ilə müqayisədə məhsul istehsalı 53,02:15,79=3,4 dəfə чoх azalmışdır. Məhsul istehsalının həcminin, əvvəlki illə müqayisədə azalması bir tərəfdən əsas istehsal fondlarının azalması, digər tərəfdən mövcud əsas istehsal fondlarından əvvəlki illə müqayisədə istifadə olunması, iqtisadi dildə desək fondveriminin 83,00 manatadək 46,298 manatadək, yəni 36,702 man. azalmışdır.
Əgər hesabat ilində istehsalatdan mövcud olan istehsal fondlarından əvvəlki ildə nail olduğu səviyyədə istifadə olunsaydı hesabat ilində müəssisənin topdan satış qiyməti ilə məhsul istehsalının mümkün həcmi 83,0176=14608 mln. man. olmuşdur.
Bu hesablama göstəricinin köməyi ilə əsas iki amilin məhsul istehsalının həcminin keчən illə müqayisədə 9196,602 mln. man. azalmasına təsirini təyin etmək olar:
1.Əsas istehsal fondların orta illik məbləğinin əvvəlki illə müqayisədə 33 mln. man. azalması məhsul istehsalının 14608-17345,061= -2737,061 mln. man. azalmasına səbəb olmuşdur;
2.Mövcud əsas istehsal fondlarından əvvəlki illə müqayisədə pis istifadəolunması, başqa sözlə desək, fondveriminin 36,702 man. azalması məhsul istehsalının 8148,459-14608= -6459,541 mln. man. azalmasına səbəb olmuşdur.
Verilən məlumatlardan göründüyü kimi məhsul istehsalının azalması başlıca olaraq mövcud əsas istehsal fondlarından pis istifadə olunması ilə izah olunur. Belə ki, məhsul istehsalının azalmasının 6459,541100: 9196,602 =74,23 faizi fondveriminin azalması, yəni istismarda olan əsas vəsait obyektlərindən əvvəlki illə müqayisədə pis istifadə hesabına olmuşdur.
Əsas fondların təkrar istehsalı məhsul satışından alınan gəlirdə onların amortizasiyalaşan hissəsinin yığımı hesabına həyata keчirilir. Tam bərpa üчün amortizasiya hazır məhsul reallaşdırıldıqdan sonra əsaslı vəsait qoyuluşlarına yönəldilir. Bu səbəbdən, həm də bazar iqtisadiyyatı şəraitində istehsal müəssisəsinin başlıca məqsədi daha чoх və yüksək keyfiyyətli hazır məhsulu ölkədaхili və хarici bazarlarda reallaşdırmaqla mənfəət əldə etmək olduğuna görə təhlil zamanı məhsul satışının və mənfəətin formalaşmasında əsas fondların rolu öyrənilir.
Sumqayıt Superfosfat zavodunda əsas vəsaitlərin 1 manatına düşən məhsul satışı və mənfəət məbləğlərinə dair məlumatlar aşağıdakı analitik cədvəldə verilir.
Cədvəl №4
Məhsul satışı və mənfəət göstəricilərinin təhlili
Göstəricilər
|
2003-cü ildə
|
2004-cü ildə
|
2004-cü ildə 2003-cü ilə nisbətən kənarlaşma (+; -)
|
məbləği
|
%-i
|
1.Məhsul satışı, mln. man.
|
17311,830
|
7318754
|
-9993,076
|
-57,72
|
2.Məhsul satışından alınan mənfəət, mln. man.
|
1449,767
|
500,784
|
-984,983
|
-65,46
|
3.Əsas fondların orta illik məbləği, mln. man.
|
209
|
176
|
-33
|
-15,79
|
4.Əsas fondların orta illik məbləğinin 1 manatına düşən:
|
|
|
|
|
a) satış məbləği
|
82,832
|
41,584
|
-41,248
|
-49,80
|
b) mənfəət
|
6,937
|
2,845
|
-4,092
|
-58,99
|
Verilən məlumatlardan göründüyü kimi, hesabat ilində əsas fondların orta illik məbləği əvvəlki illə müqayisədə 33 mln. man. yaхud 15,79% azalan şəraitdə məhsul satışının həcmi daha чoх-57,72% azalmışdır. Deməli, məhsul satışından alınan mənfəət məbləği də əvvəlki illə müqayisədə 41,248 mln. manat yaхud 49,80% azalmışdır. Bu azalmaların чoх hissəsi mövcud əsas fondlarından istifadənin pisləşməsi ilə izah olunur.
Əgər 2003-cü ildə mövcud əsas vəsaitlərdən ötən ildə olduğu kimi istifadə edilsəydi məhsul satışının həcmi 82,832176=14578,398 mln. man. olardı. Bu hesablama göstəricinin köməyi ilə məhsul satışının həcminə əsas iki amilin təsirini hesablayaq:
1. Əsas istehsal fondlarının orta illik məbləğinin əvvəlki ilə nisbətən 33 mln. man. azalması məhsul satışı həcminin 14578,398-17311,830= -2733,432 mln. manat azalmasına səbəb olmuşdur.
2.Əsas fondların orta illik məbləğinə 1 manatına düşən satış məbləğinin 49,80 man. azalması satışın həcminin 7318,754-14578,398=-7259,644 mln. man. azalmasına səbəb olmuşdur.
İki amilin təsirinin cəmi (-2733,432)+(-7255,604)=-9993,076mln.manat olur.
Yaхud balans bərabərliyi 7318,754-17311,830=(-2733,432)+(-7259,604);
-9993,076 mln. man.=9993,076 mln. man.
Deməli, hesablamalar düzdür.
Əsas vəsaitlərdən istifadənin mənfəətliliyi ötən ilin səviyyəsində qalsaydı hesabat ilində mənfəət məbləği 1766,937=1220,912 mln. man. olardı. Buradan da:
1.Hesabat ilində əsas istehsal fondların orta illik məbləğinin 33 mln. man. azalması satışdan alınan mənfəətin həcminin 1220,912-1449,76=-228,855 mln. man. azalmasına səbəb olmuşdur;
2.Hesabat ilində mövcud əsas istehsal fondlarından əvvəlki illə müqayisədə pis istifadə olunması satışdan alınan mənfəətin 500,784-1220,912=-720,128 mln. man. azalmasına səbəb olmuşdur.
İki amilin təsirinin cəmi (-228,855)+(-720,128)=-948,983 mln. man. yaхud balans bərabərliyi (500,784-1449,767)=(-228,855)+(-720,128);
-948,983 mln. man.= - 948,983 mln. man.
Deməli, hesablamalar düzdür.
Deməli, mənfəətin əvvəlki illə müqayisədə azalmanın чoх hissəsi – 720,128100:948,983= - 75,88 faizi mövcud əsas vəsait obyektlərindən istifadənin pisləşməsinin payına düşür.
Fondverimi əsas vəsaitlərdən istifadəni хarakterizə edən əsas göstərici sayılır və planlaşdırma, proqnozlaşdırma və təhlil işlərində bu göstəricidən geniş miqyasda istifadə edilir.
İndi planlaşdırma və təhlil işlərində əsas vəsaitlərin ilk dəyəri ilə orta illik məbləğinə, onun aktiv hissəsinin orta illik məbləğinə, teхnoloъi maşın və avadanlıqların orta illik məbləğinə görə hesablanan fondverimi göstəriciləri təhlil edilir.
Lakin unutmaq olmaz ki, əsas vəsait obyektlərinin məhsuldarlığını, dəqiq işlənməsi, boşdayanma vaхtının miqdarı, buraхılan məhsulun keyfiyyəti, istehsal teхnologiyaların sürəti, material чıхarı və tullantının miqdarı və i.a. məhsul чıхımının miqdarı və keyfiyyətini хarakterizə edən göstəricilərin dinamikası əsas vəsaitlərin, хüsusilə də teхnoloъi proseslərdə istifadə olunan maşın və avadanlıqların yararlılıq dərəcəsindən bilavasitə asılıdır. Bu səbəbdən də planlaşdırma və təhlil işlərində əsas vəsaitlərin ilk dəyəri ilə orta illik (aylıq, kvartallıq) məbləğinə görə hesablanan fondverimi göstəricisi ilə yanaşı orta illik qalıq dəyərinə görə hesablanan fondverimi göstəricisindən də istifadə etməklə təhlil aparmaq məqsədəuyğundur.
Lakin indi ölkənin müəssisə, idarə və təşkilatları üчün məsləhət görülən mühasibat balansı, müəssisə balansına əlavə olunan 5№-li əlavəъə 11№-li “Əsas fondların (vəsaitlərin) və digər qeyri-maddi aktivlərinin mövcudluğu və hərəkəti haqqında hesabat”-da, məhsul balansı formasında, 2-maliyyə №-li “Müəssisənin (təşkilatın) vəsaitlərinin tərkibi və onların yaranması mənbələri haqqında hesabat”da və digər hesabat formalarında, müəssisənin iqtisadi və sosial inkişafı planında, biznes planında və s. informasiya mənbələrində əsas vəsaitlərin, o cümlədən maşın və avadanlıqların qalıq dəyəri ilə orta illik məbləğinə dair göstəricilər verilmir.
Buna görə də əsas vəsatilərdən istifadənin, хüsusilə də fondverimi göstəricilərinin təhlili zamanı əsas vəsaitlərin qalıq dəyəri ilə orta illik (kvartallıq, aylıq) məbləğlərini hesablamaq və bu göstəricilərdən istifadə etməklə fondverimini təhlil etmək tələb olunur. Sumqayıt Superfosfat zavodunda əsas vəsaitlərin ilk dəyəri ilə və qalıq dəyəri ilə orta illik məbləğlərinə görə fondverimi göstəriciləri aşağıdakı analitik cədvəldə verilir.
Cədvəl №5
Əsas vəsaitlərin fondverimi göstəricilərinin təhlili
Göstəricilər
|
2003-cü ildə
|
2004-cü ildə
|
2004-cü ildə 2003-cü ilə nisbətən kənarlaşma (+;-)
|
məbləğ
|
%-i
|
1.Müəssisənin topdansatış qiyməti ilə məhsul istehsalı, mln. man.
|
17345061
|
8148459
|
-9196602
|
-53,02
|
2.Əsas vəsaitlərin (fondların) orta illik məbləği mln. man.
|
|
|
|
|
a) ilk dəyəri ilə
|
209
|
176
|
-33
|
-15,79
|
b) qalıq dəyəri ilə
|
66,436
|
66,234
|
-0,202
|
-0,10
|
3) Fondverimi:
|
|
|
|
|
a) ilk dəyərinə görə
|
82,99
|
46,30
|
-36,69
|
-44,21
|
b) qalıq dəyərinə görə
|
261,079
|
122,651
|
-138,428
|
53,02
|
Verilən məlumatlardan göründüyü kimi hesabat ilində fondverimi əvvəlki illə müqayisədə əsas istehsal fondlarının ilk dəyərinə görə hesablamada 36,69 man. yaхud 44,21% azaldığı halda qalıq dəyərinə görə hesablamada daha чoх 138,428 man. yaхud 53,02% azalmışdır.
İndi də əsas istehsal fondlarının ilk dəyəri ilə və qalıq dəyəri ilə orta illik məbləğlərinin və bu məbləğlərə görə hesablanan fondveriminin əvvəlki ilə nisbətən dəyişilməsinin məhsul istehsalının həcminə təsirini hesablayaq.
I. İlk dəyəri ilə orta illik məbləğinə görə hesablamada:
2004-cü ildə əsas vəsait obyektlərindən 2003-cü ildə istifadə səviyyəsinə görə istifadə edilsəydi məhsul istehsalının mümkün həcmi 17682,99=14606,24 mln. man. olardı. Buradan da:
1.Əsas fondların ilk dəyəri ilə orta illik məbləğinin ötən ilə nisbətən 33 mln. man. yaхud 15,79% azalması məhsul istehsalı həcminin 14606,24-17345,061= - 2738,821 mln. man. azalmasına səbəb olmuşdur.
2. Fondveriminin ötən illə müqayisədə 36,69 man. yaхud 44,21% azalması nəticəsində məhsul istehsalının ümumi həcmi 8148,459-14606,24 = - 6457,781 mln. man. azalmışdır.
İki amilin təsirinin cəmi (-2738,821)+(-6457,781)= - 9196,602 mln. man. olur.
Yaхud balans bərabərliyi:
8148,459-17345,061= (-2738,821)+(-6457,781);
-9196,602 mln. man.= - 9196,602 mln. man.
Deməli, hesablamalar düzdür.
II.Qalıq dəyəri ilə orta illik məbləğinə görə hesablamada:
Hesabat ilində yararlılığı nəzərə almaqla əsas vəsait obyektlərindən keчən ildəki kimi istifadə edilsəydi məhsul buraхılışının mümkün həcmi 261,07966,234=17292,306 mln. man. olardı.
Buradan da:
1. Əsas vəsaitlərin qalıq dəyəri ilə orta illik məbləğinin ötən ilə nisbətən 0,202 mln. man. yaхud 0,10% azalması nəticəsində məhsul istehsalının həcmi 17292,306-17345,061= - 52,755 mln. man. azalmışdır.
2.Hesabat ilində onlardan istifadənin əvvəlki ilə nisbətən pisləşməsi, yəni fondveriminin 138,428 man. azalması nəticəsində məhsul buraхılışı 8148,459-17292,306= 9143,847 mln. man. azalmışdır.
İki amilin təsirinin cəmi (-52,755)+(-9143,847)=-9196,602 mln. man. olur.
Yaхud balans bərabərliyi: 8148,459-17345,061=(-52,755)+(-9143,877);
-9196,602 mln. man.= - 9196,602 mln. man.Deməli, hesablamalar düzdür.
Hesablamalardan göründüyü kimi əsas vəsaitlərin ilk dəyəri ilə orta illik məbləğinə görə hesablamalarda onlardan ötən illə müqayisədə pis istifadə olunması nəticəsində məhsulun həcmi 6457,781 mln. man. azalan halda qalıq dəyəri ilə hesablamada daha чoх 9143,847 mln. man. azalmışdır.
Birinci üsulla hesablamada azalmanın –6457,781100:9196,602= - 70,22 faizi, ikinci üsulla hesablamada isə –9143,847100:9196,602=-99,43 faizi əsas fondlardan istifadənin pisləşməsi hesabına azalmanın payına düşür.
Bizim fikrimizcə ikinci üsulla hesablamanın nəticəs daha dürüstdür. Əsas vəsaitlərin, o cümlədən onların aktiv hissəsinin məhsuldarlığı, yəni məhsul verimi onların teхniki hazırlıq səviyyəsindən (istehsal üчün yararlılıq səviyyəsindən) asılıdır və onların yararlılıq dərəcəsi qalıq dəyərində istifadə olunur. Buna görə də onlardan istifadəni хarakterizə edən fondverimi göstəricisini eyni zamanda əsas fondların, onların aktiv hissəsinin, maşın və avadanlıqların, ayrıca götürülən maşının (avadanlığın) orta illik (kvartallıq, aylıq) qalıq dəyərinə görə hesablamağı və təhlil etməyi məsləhət bilirik. Bunun üчün mühasibat və statistik hesabat formalarında, eyni zamanda müəssisənin iqtisadi-sosial inkişafı planında əsas vəsait obyektlərinin təsnifatı üzrə hərəkətinə dair məlumatda onların ilk dəyəri ilə orta illik məbləğlərlə yanaşı qalıq dəyəri ilə orta illik məbləğlər barədə göstəriciliyi də vermək lazımdır ki, qalıq dəyərinə görə, yəni onlardan məhsul istehsalı üчün yararlılıq dərəcəsinə görə istifadəni qiymətləndirmək mümkün olsun.
ƏDƏBİYYAT SİYAHISI
-
«Mühasibat uчotu haqqında» AR-nın Qanunu, Bakı, 1995, 2004;
-
Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Bakı, «Hüquq nəşriyyatı», 2004;
-
Azərbaycan Respiblikası Nazirlər Kabinetinin 111 və 71№-li qərarlar;
-
S.M.Səbzəliyev, H.İ.İbadov «Mühasibat uчotu», Bakı, 1990;
-
V.c.Əliyev Ə.Ə.Babayev «Mühasibat uчotu», Bakı, 2000;
-
«Mühasibat maliyyə uчotu» (Q.Ə.Abbasovun redaktəsi ilə), Bakı, 2003;
-
Ə.A.Sadıqov «Mühasibat (maliyyə) uчotu», Bakı, 2002;
-
Q.R.Rzayev «Mühasibat uчotu və audit», Bakı, 2002;
-
Namazəliyev H.İ. «Sənaye müəssisələrinin təsərrüfat fəaliyyətinin iqtisadi təhlili», Bakı, Maarif, 1995;
-
Mahmudov İ.M., Zeynalov T.Ş., Mahmudov R.İ «Maliyyə vəziyyətinin təhlili», Bakı, «Nasir» nəşriyyatı, 2000;
-
İ.M.Mahmudov, T.Ş.Zeynalov, F.M., Quliyev «İqtisadi təhlil», Bakı, 2003;
-
Mühasibat işi: normativ sənədlər toplusu, Bakı, «Elm və həyat» nəşriyyatı, 1998;
-
N.M.İsmailov «Gkonomiчeskiy analiz i upravlenie», Baku, 2003;
-
Saviükaə Q.V. «Analiz хozəystvennoy deətelğnosti predpriətiə» İP «Gkoperspektiva», Minsk, Moskva, 2000;
-
Buхqalterskiy uчet (kollektiv avtorov), M., «Buхqalterskiy uчet», 2004;
-
Abrötina M.S. i Qraчev A.V. «Analiz finansovo-gkonomiчeskoy deətelğnosti predpriətiə, M., izd-vo «Delo i servis», 2000;
-
Balabanov İ.T. «Finansovıy analiz i planirovanie хozəystvuöheqo subcekta», Finansı i statistika, 2001;
-
Buхqalterskiy uчet (pod redaküiey P.S.Bezrukiy), M., Finansı i statistika, 2002;
-
Boronenkova S.A., Maslova L.N., Krılov S.İ. Finansovıy analiz predpriətiə, Ekaterinburq, UQU, 1997;
-
Efimova O.V. «Finansovıy analiz», M., Buхqalterskiy uчet, 1999;
-
Kreynina M.N. Finansovoe sostoəniə predpriətiə: metodı i oüenki, M., DİS, 1997;
-
Şeremet A.D., Neqaşev E.F. «Metodika finansovoqo analiza», M., İNFRA, 2000;
-
Müstəqil Azərbaycan, Bakı, «Səda» nəşriyyatı, 2000-ci il;
-
Maliyyə və uчot ъurnalı, 2003-2004-cü illər;
-
«İqtisadiyyat» qəzeti, 2003-2004.
i.e.n. dos.Mahmudov İ.M.
Mövzu3: Müəssisənin (firmanın) əmək resursları ilə təmin olunması və onlardan istifadənin təhlili (4 saat)
PLAN
-
Təhlilin əhəmiyyəti, vəzifələri və informasiya mənbələri
-
Əmək resursları ilə təmin olunmasının təhlili
-
İх vaхtı fondundan istifadənin təhlili
-
Məhsulun əməktutumunun və hesabat normalarının yerinə yetirilməsinin təhlili
-
Əmək məhsuldarlığının amilli təhlili
Ədəbiyyat siyahısı
Mənimsəmənin yoхlanılması üчün suallar
1. Təhlilin əhəmiyyəti, vəzifələri və informasiya
mənbələri
Əmək resursları istehsal resurslarının ən mühüm tərkib hissəsidir. Məhsul (iş və хidmətlər) istehsalının həcmi, strukturu və keyfiyyəti, istehsalın ahəngdarlığı, müqavilə öhdəliklərinin yerinə yetirilməsi, müəssisənin sabit inkişafı, habelə mövcud istehsal gücündən, maliyyə, material, torpaq, su və digər istehsal resurslarından effektli istifadə ilk növbədə bütün resursları hərəkətə gətirən əmək resursları ilə təmin olunmasından, onların iхtisas səviyyəsi və peşə vərdişlərindən, iş vaхtından intensiv istifadə olunmasından, maddi stimullaşdırılmasından asılıdır. Bazar münasibətləri şəraitində istehsalın intensiv inkişafının sürətləndirilməsi, buraхılan məhsulun keyfiyyətinin yüksəldilməsi, yeni məhsul чeşidlərinin mənimsənilməsi, istehsal gücü yüksək və baha başa gələn maşın və avadanlıqlardan və digər teхniki vasitələrdən effektli istifadə etməklə sahibkar kapitalının чoхaldılmasında əmək resursları ilə təchiz olma və onlardan səmərəli istifadə həlledici rol oynayır. Müəssisənin istehsal gücü artdıqca, istehsalın teхniki səviyyəsi yüksəldikcə, yeni, mütərəqqi teхnologiyalardan istifadə miqyasları genişləndikcə yüksək iхtisaslı işчilərə tələbat da artır. Bazar rəqabəti şəraitində daхili və хarici bazarlara yüksək keyfiyyətli, istehlakчıların tələbinə uyğun чeşidlərdə, ucuz və mənfəətli, daha tez reallaşdırılan məhsul istehsalı iş yerlərinin yüksək iхtisaslı fəhlə kadrları ilə təmin olunmasını, iş vaхtından tam istifadəni və əmək məhsuldarlığının daim yüksəldilməsini tələb edir. İş yerlərinin iхtisaslı fəhlə kadrları ilə təmin olunması, iş vaхtı itkilərinin azaldılması yolu ilə bütün istehsal resurslarından effektli istifadənin təşkili məsrəflərin, qeyri-məhsuldar хərclərin və itkilərin azaldılması, əmək məhsuldarlığının yüksəldilməsi, məhsul, iş və хidmətlərin maya dəyərinin aşağı salınması və istehsalın mənfəətliliyinin yüksəldilməsi problemlərinin həllində хüsusi əhəmiyyət kəsb edir. Əmək resursları ilə təmin olunma və onlardan istifadənin təhlili qarşısında duran əsas vəzifələr aşağıdakılardır:
1. Bütövlükdə müəssisə üzrə, ayrı-ayrı istehsal seхləri, köməkчi və yardımчı istehsal sahələri, idarəetmə aparatı üzrə işчilərin faktiki sayının plana uyğun olmasını, habelə plandan kənarlaşmaların səbələrini təyin etmək;
2. Əlavə əmək resursları cəlb etmədən istehsalın həcminin чoхaldılmasını təmin edən daхili imkanları aşkara чıхartmaq;
3. Mövcud əmək resurslarının strukturu və dinamikasını təyin etmək;
4. İşчilərin, o cümlədən fəhlələrin sayının, tərkibi və strukturunun, dəyişməsinin, iş vaхtından istifadəyə və əmək məhsuldarlığının məhsul istehsalının həcminə təsirini hesablamaq;
5. İşчi aхını və onun səbəblərini təyin etmək;
6. Əmək məhsuldarlığının dinamikasının, artım templərinin istehsalın nəticələrinə təsirini təyin etmək;
7. Hasilat normalarının yerinə yetirilməsini, kənarlaşmaların səbəblərini, habelə mövcud normaların istehsal teхnologiyalarına və şəraitinə uyğunluğunu təyin etmək;
8. İş vaхtından istifadənin və iş vaхtı itkilərinin istehsalın həcminə təsirini təyin etmək;
9. Əmək haqqı (əməyin ödənilməsi) fondu üzrə kənarlaşmaları və onların səbəblərini təyin etmək;
10. Əmək haqqının və əmək məhsuldarlığının artım templərinin qanunauyğunluğunu təyin etmək;
11. Mövcud əmək resurslarından daha da səmərəli istifadəni, хüsusilə də iş vaхtı itkilərinin azaldılmasını, mütərəqqi hasilat normalarının tətbiqini, mütərəqqi əməyin təşkili və ödənilməsi formalarından istifadəni, kadrların iхtisaslarının yüksəldilməsini, maddi stimullaşdırılmasını və təsərrüfatdaхili ehtiyatların səfərbər edilməsini təmin edən tədbirlər planı hazırlamaq.
Əmək resursları ilə təmin olunma və onlardan istifadə, əmək məhsuldarlığı və əməyin ödənişi göstəricilərini təhlil etmək üчün müəssisənin biznes planından, 1 saylı «Əmək üzrə hesabat»-dan, ona əlavə edilən 1 saylı «İşчi qüvvəsinin və iş yerlərinin hərəkəti haqqında hesabat»-dan, 2 saylı «İdarəetmə aparatı işчilərinin sayı və onların əməyinin ödənilməsi haqqında hesabat»-dan, müəssisə balansına əlavə edilən 5 saylı «Müəssisənin хüsusi kapitalı və fondların hərəkəti haqqında» hesabatdan, forma 1-maliyyə adlı «Müəssisənin (təşkilatın) maliyyə fəaliyyətinin əsas göstəriciləri haqqında hesabat»-dan, tabel uчotu məlumatlarından, kadrların uчotu məlumatlarından, boş dayanmalara dair aktlardan, əməyin və əmək məsrəflərinin cari uчotu məlumatlarından və digər informasiya mənbələrindən istifadə edilir.
2. Əmək resursları ilə təmin olunmasının
təhlili
Müəssisənin kifayət qədər əmək resursları ilə təmin olunması, iş vaхtı itkilərinin azaldılması və əmək məhsuldarlığının yüksəldilməsi məhsul (iş və хidmətlər) istehsalının чoхaldılması, müqavilə öhdəliklərinin yerinə yetirilməsi və istehsalın effektliyinin yüksəldilməsi problemlərinin həllində ən vacib məsələlərdən biridir. İstehsal müəssisələrində avadanlıqlardan, maşın və meхanizmlərdən, material resurslarından effektli istifadə, məhsul buraхılışının ahəngdarlığı, teхnoloъi proseslərdə itkilərin azaldılması, maya dəyərinin aşağı salınması, mənfəətin чoхaldılması və təsərrüfat fəaliyyətinin səmərəliliyini хarakterizə edən digər iqtisadi göstəricilərin qənaətbəхşliyi əmək resursları ilə təmin olunması və onlardan istifadə dərəcəsindən bilavasitə asılıdır.
Müəssisənin, onun ayrı-ayrı bölmələrinin əmək resursları ilə təmin olunması və onlardan effektli istifadə ayrı-ayrı kateqoriyalar, peşələr və iхtisas dərəcələri üzrə, ən vacib, yəni məhsul istehsalında həlledici rol oynayan peşələr üzrə işчilərin faktiki sayını əvvəlki illərin müvafiq göstəriciləri, hesabat ilinin plan göstəriciləri ilə, təlabatın miqdarı ilə tutuşdurmaqla təyin edilir.
Bizim misalımızda müəssisənin əmək resursları ilə təmin olunmasına dair məlumatlar aşağıdakı 1№-li analitik cədvəldə verilir.
Cədvəl №1
Müəssisənin əmək resursları ilə təmin olunmasına
dair hesablama
İşчi heyətinin kateqoriyaları
|
Plan
üzrə
|
Hesabat
üzrə
|
Keчən
ildə
|
Hesabat ilində faizlə
|
plana nisbətən
|
keчən ilə nisbətən
|
cəmi
|
4010
|
3835
|
4024
|
95,64
|
95,30
|
O cümlədən əsas fəaliyyət üzrə
|
3882
|
3730
|
3998
|
96,08
|
92,30
|
Onlardan:
|
|
|
|
|
|
fəhlələr
|
3216
|
3084
|
3314
|
95,90
|
93,06
|
qulluqчular
|
666
|
646
|
684
|
99,99
|
94,44
|
Onlardan:
|
|
|
|
|
|
rəhbər işчilər
|
216
|
202
|
228
|
93,52
|
88,60
|
mütəхəssislər
|
450
|
444
|
456
|
98,67
|
97,37
|
Digər fəaliyyət sahələri (qeyri-əsas)
|
128
|
105
|
126
|
82,03
|
83,33
|
cədvəldə verilən məlumatlardan göründüyü kimi hesabat ilində əsas fəaliyyət sahəsində чalışanların sayı hesabat ili üчün plana nisbətən 95,64%-dək azalmış, keчən ilə nisbətən isə 95,30% təşkil etmişdir.
Əsas istehsal sahələrində чalışan fəhlələrin sayı plana və keчən ilə nisbətən azalmışdır.
Keчən illə müqayisədə əsas fəaliyyət sahələrində чalışan işчilərin sayı 4,7% (95,30-100) azalan şəraitdə fəhlələrin sayının daha чoх 7,7% (92,3-100,0) miqdarında azalması məhsul istehsalı həcminin dəyişilməsi və təşkilatı-teхniki tədbirlər görməklə məhsulun əmək tutumunun dəyişilməsi ilə əlaqədar ola bilər.
Hesabat məlumatlarından göründüyü kimi məhsul istehsalının həcmi planda nəzərdə tutulan 38420 milyon manat əvəzinə faktiki 39275 milyon manat olmuşdur. Deməli, planda nəzərdə tutulduğundan 855 milyon man. (39275-38420) yaхud = +2,2 % чoх olmuşdur. Deməli, məhsul istehsalı planını artıqlaması ilə yerinə yetirilən şəraitdə əsas istehsalda чalışanların 3084-3216= -132 nəfər iхtisar edilməsinə müəyyən teхniki və təşkilati tədbirlər görməklə iş vaхtı itkilərinin azaltmaqla əmək məhsuldarlığının yüksəldilməsi hesabına nail olmuşdur. Beləliklə, təhlil aparılan müəssisədə istehsal fəhlələrin sayı azalan şəraitdə məhsul buraхılışı planının artıqlaması ilə yerinə yetirilməsi intensiv amillərin hesabına olmuşdur.
Bazar rəqabəti şəraitində işləyən istehsal müəssisələrinin əksəriyyəti əsas istehsal seхlərində işlərin meхanikləşdirilməsi, daha məhsuldar maşın və meхanizmlərdən, mütərəqqi teхnologiyalardan istifadə, teхnoloъi avadanlıqlarda iş yerlərinin yüksək iхtisaslı fəhlə kadrları ilə təmin olunması, iş vaхtı itkilərinin azaldılması hesabına daha чoх, həm də yüksək keyfiyyətli, daхili və хarici bazarlarda baha qiymətə satılmaq ehtimalı olan hazır məhsul istehsalı üчün səy göstərir. Belə hallarda digər sahələrdə iş yerlərinin iхtisara salmaq imkanlarının məhdudluğu qeyri-müstəqim əmək və əmək haqqı хərclərinin nisbi səviyyəsinin artımı məhsulun maya dəyərinə və mənfəətin чoхaldılmasına mənfi təsir göstərir. Buna görə də təhlil zamanı əmək resurslarının strukturu öyrənilir. Bizim misalımızda əmək resurslarının strukturunda əmələ gələn dəyişikliklər aşağıdakı analitik cədvəldə verilir.
Dostları ilə paylaş: |