Mövzu10. Anbarlarda və mağazalarda çEŞİDİn formalaşmasi və mal ehtiyatlarinin idarə ediLMƏSİ


Mağazalarda əmtəə çeşidinin planlaşdırılması, seçilməsi və müəyyən edilməsi prinsipləri



Yüklə 29,8 Kb.
səhifə5/6
tarix01.01.2022
ölçüsü29,8 Kb.
#106811
1   2   3   4   5   6
MÜH 10

3. Mağazalarda əmtəə çeşidinin planlaşdırılması, seçilməsi və müəyyən edilməsi prinsipləri.
Mağazalarda əmtəə çeşidinin tərkibindən və vaxtaşırı yeniləşdirilməsindən tələbatın ödənilməsi səviyyəsi, əmtəələrin alınması ilə bağlı əhalinin istehlak xərcləri, pərakəndə satış ticarət müəssisələrinin təsərrüfat fəaliyyətinin kəmiyyət və keyfiyyəl göstəriciləri xeyli dərəcədə asılıdır. Mağazalarda ayrı-ayrı əmtəələrin olmaması, onların geniş olmayan, qeyri-sabit və ya alıcıların tələbatına uyğun gəlməyən çeşidi ödənilməyən təbbatın yaranmasına səbəb olur. Əhalinin lazım olan əmtəələrin axtarışına vaxt sərfıni artırır, müəssisələrin iqtisadi səmərəliliyinə mənfı təsir göstərir. Buna görə də, pərakəndə ticarət şəbəkəsində əmtəə çeşidinin formalaşması zamanı əsas tələb alışın həyata keçirilməsinə ən az vaxt sərf etməklə alıcıların tələbatının maksimum ödənilməsi və ticarət müəssisələrinin səmərəli işinin təmin olunmasından ibarətdir.

Mağazalarda əmtəə çeşidinin formalaşması prosesi üç mərhələdən ibarətdir.

İlkin mərhələdə mağazada əmtəələrin qrup çeşidi müəyyənləşdirilir (bununla da, mağazanın çeşid profıli müəyyən edilir). Bu iş məqsədli bazar sahəsində aparılan marketinq tədqiqatları əsasında həyata keçirilir. Bundan asılı olaraq, mağazanın şəhər, rayon əhalisinə ticarət xidmətinin ümumi sistemində yeri və rolu müəyyənləşdirilir.

Çeşidin formalaşmasının ikinci mərhələsində qrup çeşidinin quruluşu üzrə hesablamalar aparılır, yəni ayrı-ayrı əmtəə qruplarının kəmiyyət nisbətləri müəy-yən edilir. Qrup çeşidinin quruluşu mağazanın ticarət sahəsini, onun yerləşdiril-məsini və digər amilləri nəzərə almaqla müəyyənləşdirilir.

Üçüncü, yekun mərhələdə qrupdaxili (geniş) çeşid müəyyənləşdirilir, yəni hər qrup daxilində əmtəələrin konkret növlərinin seçimi həyata keçirilir. Bu ən məsuliyyətli mərhələdir, belə ki, əmtəə hərəkəti həlqələri üzrə istehsal çeşidinin ticarət çeşidinə çevrilməsi prosesi son həlqədə - mağazada başa çatır və burada əmtəə çeşidinin nə dərəcədə düzgün formalaşmasından son nəticədə məqsədli bazar alıcılarının tələbatlarının ödənilməsi asılıdır.

Yekun mərhələdə çeşidin formalaşması əhalinin tələbatında gözlənilən dəyişiklikləri, mövcud ticarət və anbar sahələrini, maldövriyyəsinin hesablanmış göstəricilərini, xidmət göstərilən alıcıların kontingentini və yuxarıda sadaladığımız digər amilləri nəzərə almaqla aparılır.

Xırda pərakəndə satış ticarət şəbəkəsi üçün əmtəə seçimi müəyyən xüsusiy-yətlərə malikdir. Burada ticarət yeri, alıcıların tərkibi, mövsümilik və s. Amillərlə yanaşı, xırda pərakəndə ticarət şəbəkəsinin funksional təyinatı da (mağazaları əvəz edən, onları tamamlayan və ya müstəqil təyinatlı şəbəkə) nəzərə alınmalıdır.

Bəzi tip mağazalarda əmtəə çeşidinin formalaşması xüsusiyyətlərini nəzərdən keçirək.

Belə ki, univermaqlarda əmtəə çeşidini istehlakçı kompleksləri üzrə qurmaq tövsiyə olunur. Bu istehlakçı kompleksləri nəzərdə tutula bilər: «Kişilər üçün əmtəələr», «Qadınlar üçün mallar», «Uşaqlar üçün mallar», «Kosmetika və gigiena vasitələri», «Suvenirlər, saatlar, zərgərlik məmulatları», «İstirahət vaxtı üçün mallar», «Yazı və tədris üçün mallar», «Tikiş və əl işləri üçün mallar», «Ev üçün mallar».

İstehlakçı kompleksləri mikrokomplekslərə ayrılır. Məsələn, «Qadınlar üçün əmtəələr» kompleksində «Üst geyimlər», «Baş örtükləri və yaxalıqlar», «Alt geyimləri», «Qadın tualeti predmetləri», «Ayaqqabı» və s. Mikrokompleksləri ayırmaq olar.

Hər bir mikrokompleksin tərkibinə müəyyən adlı əmtəələr daxildir ki, onlar da öz növbəsində müxtəlif növlərə ayrılır.

Çeşid siyasəti - ümumi pərakəndə satış strategiyasının mühüm hissəsidir. Bəzi müəssisələr çeşidin genişliyinin daraldılması və dərinliyinin azaldılması yolu ilə onu optimallaşdırmağa çalışırlar, onlar yalnız ən populyar və çox satılan əmtəə qruplarının, əmtəə qruplarının daxilində isə ən çox dəbdə olan və ən tez dövr edən əmtəələrin satışı ilə məşğul olurlar. Bu cür siyasət, əmtəə ehtiyatlarına qoyulmuş pul vəsaitlərinin azaldılmasına və əmtəələrin dövriyyə sürətinin tezləşdirilməsinə imkan yaradır. Məsələn, əgər mağazanın rəhbərləri aşkar etsələr ki, 10 addan ibarət olan əmtəə qrupunda 4 ad dövriyyənin 80%-ni verirsə, onda çox ehtimal olunur ki, onlar qalan 6 adı çeşiddən ümumiyyətlə çıxaracaqlar. Bu cür qərarın məntiqi aydındır: dövriyyənin yalnız 20%-ni verən əmtəə qrupunun böyük bir hissəsinə vəsait və əmək sərf etmək məqsədəuyğun deyil, səyləri daha sürətlə və tez dövredən əmtəələrin satışında cəmləşdirmək daha yaxşıdır.

Nəzərdən keçirdiyimiz misalda çeşidin daraldılması qərarı tam məntiqə uyğundur, lakin bu heç də yeganə mümkün kommersiya məntiqi deyil. Digər mağazalar, əksinə, bu əmtəə adlarından bəzilərinə tələbat nə qədər olsa da, mütləq bütün 10 adda əmtəələrin satışı ilə məşğul olacaqlar. Bu, o pərakəndə satış ticarət müəssisələridir ki, öz mağazalarının dominant obrazını yaratmaqla, burada fövqəladə geniş və dərin, demək olar ki, tükənməyən çeşid təsəvvürü yaradırlar: «bizim mağazada hər hansı bir yerdə ala bilmədiyiniz hər şeyi ala bilərsiniz».

Çeşidin genişliyi və dərinliyi pərakəndə müəssisənin öz qarşısına qoyduğu ümumi məqsədləri və vəzifələri və əlbəttə ki, istehlakçı tələbini və istəyini nəzərə almaqla seçilməlidir. Çeşidin balanslaşdırılmasına aid olan problemlər xeyli mürəkkəbdir. Müasir tendensiya - bütün əmtəələri «bir dam altından» satmaqdan ibarətdir. Buna görə də çox vaxt mövcud əmtəənin və ya əmtəə qrupunun çeşidin ümumi məqsədyönlülüyünə uyğunluğu haqqında deyil, onunla rentabelli ticarət aparmağın mümkünlüyü haqqında fikirləşmək lazım gəlir.

Ticarətin mənfəətliliyini təkcə əmtəələrin çeşiddən çıxarılması yolu ilə deyil, eyni zamanda, yeni əmtəələrin əlavə olunması hesabına da ayırmaq olar.

Xüsusilə qeyd etmək lazımdır ki, bu və ya digər əmtəənin satışı üzrə rentabelliyi dar mənada bu əmtəənin satış həcmi ilə tədavül xərcləri ilə birlikdə onun alış qiyməti arasındakı fərq kimi başa düşmək lazım deyil. Mənfəətliliyə daha geniş baxışı belə formalaşdırmaq olar: əgər mövcud əmtəənin çeşidə daxil edilməsi (və ya edilməməsi) haqqında qərar qəbul edilərsə, bütövlükdə əmtəə şöbəsinin satış rentabelliyi yüksələrmi? Və həqiqətən də, bir çox hallarda çeşidin genişliyi, dərinliyi və razılaşdırılması haqqında qərarları ticarət rəhbərləri məhz bu cür geniş və ağıllı yanaşma ilə əsaslandırırlar.

Hərçənd ki, təcrübədə ümumi mənfəətlüik konsepsiyası çeşidlə bağlı məsələlərin həllində heç də həmişə lazımi rolu yerinə yetirmir. Çox vaxt bu və ya digər əmtəənin çeşidə daxil edilməsi və ya oradan çıxarılması haqqında qərarı rəhbərlər adət və ənənələrə istinad edərək, rəqibləri təkrarlayaraq, bəzən də sadəcə intuisiya əsasında qəbul edirlər.

Lakin çeşid haqqında qərarlar yeganə meyar kimi yalnız rentabelliyə, mən-fəətliliyə əsaslanmamalıdır; bu cür qərarlar problemin hərtərəfli araşdırılmasının və təhlilinin nəticəsi olmalıdır.


Yüklə 29,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin