1.Malların çeşidi və ticarət nomenklaturası (siyahısı) haqqında anlayışı. Malların çeşidi - onların növlərinin məcmu çeşid və sort müxtəlifliyi, eləcə də digər əlamətlərinə və oxşar cəhətlərinə görə qruplaşdırılmasıdır. Onların qruplaşdırılmasının əsas cəhətləri və əlamətləri kimi xammal, istehsal və istehlak xüsusiyyətləri götürülür.
Əlamətlərinə görə istehsal və ticarət mal çeşidlərinə ayrılır.
İstehsal mal çeşidləridedikdə: - sənaye və kənd təsərrüfatı müəssisələri, habelə digər istehsalçılar tərəfındən buraxılan mallar başa düşülür. Bir qayda olaraq, istehsalçı müəssisələr çox məhdud çeşiddə mal buraxırlar. Bu isə onlara qabaqcıl texnologiyanı tətbiq etməyə, mal çeşidlərini təkmilləşdirməyə və keyfiy-yətini yaxşılaşdırmağa imkan verir. Ona görə də istehsal edilən (buraxılan) malların gələcəkdə ticarətin tələb və təklifini, geniş mal çeşidinin zənginliyini nəzərə alaraq, çeşidlərə və ticarət sortlarına ayrılmasına ehtiyac yaranır. Malların ticarət çeşidlərinə və sortlarına ayrılması, yeni mal çeşidlərinin yaranması və böyük mal kütləsinin cəmləşdiyi və satıldığı topdan ticarətdə daha əlverişlidir. Bir sıra ərzaq və qeyri-ərzaq mallarının bir hissəsi pərakəndə ticarət müəssisələrində və mağazalarda çeşidlənir və komplektləşdirilir.