Mövzu10. Anbarlarda və mağazalarda çEŞİDİn formalaşmasi və mal ehtiyatlarinin idarə ediLMƏSİ



Yüklə 29,8 Kb.
səhifə3/6
tarix01.01.2022
ölçüsü29,8 Kb.
#106811
1   2   3   4   5   6
MÜH 10

Ticarət mal çeşidi dedikdə pərakəndə ticarət müəssisələri (mağazalar) tərəfındən alıcılara təklif edilən malların çeşidləri başa düşülür. Bura bir çox istehsal müəssisələri tərəfindən buraxılan mallar daxil edilir və 2 mal sahəsinə: ərzaq və qeyri-ərzaq mallarına ayrılır. Hər bir sahə əlamətinə görə bir neçə mal qruplarını özündə birləşdirən mal qruplarına ayrılır (məs: eynicinsli xammal və materialına, istehlak təyinatına, çeşidin mürəkkəblik dərəcəsinə və s. əlamətlərinə görə qruplaşdırma).

Eynicinsli xammal və materialdan hazırlanmasına görə mal çeşidi metaldan, dəridən, şüşədən və s. hazırlanmış məmulatlara ayrılırlar.

İstehlak təyinatına görə mallar: idman, musiqi, təsərrüfat, geyim və s. üzrə qruplaşdırılır.

Malların təsnifləşdirilməsinin əsas əlaməti onların xüsusi xassələrə malik olmasıdır. Malların saxlanmasının vaxt məhdudluğunu və saxlanması rejimini nəzərə alaraq, tez xarab olan və tez xarab olmayan mallar fərqləndirilir.

Mürəkkəblik dərəcəsinə görə malları sadə və mürəkkəb çeşidli mallara bölürlər.

Sadə mal çeşidlərinə növləri və sortları az saylı olan mallar daxildir (tərəvəzlər, xörək duzu, təsərrüfat sabunu və s.).

Mal qrupları vahid istehsal əlamətlərinə görə daxili mal qruplarına bölünür. Məsələn, ayaqqabı mal qrupu dəri; toxuma; keçə və rezin ayaqqabılar; qab-qacaq malları isə metaldan, şüşədən, kaşı-çini qablardan olan mal qruplarından ibarətdir. Hər bir mal qrupu müxtəlif mal qruplarının növlərindən düzəldilir. Mal növləri anlayışı dedikdə, eyni malların müxtəlif təyinatlı olmaları başa düşülür (çəkmələr -qadın və kişi, uşaq üçün, mebel - mətbəx, yaşayış otaqları (mənzil) və s. üçün). Hər bir daxili mal növü xüsusi əlamətlərinə görə bir-birindən fərqlənə bilər (məs: artikuluna, sortuna və s. əlamətlər), başqa sözlə, müxtəlif görünüşlərinə görə fərqlənirlər.

Malların qruplara, yarımqruplara və növlərə ayrılması zamanı qrup halında və daxili yarımqrup halında mal çeşidlərinə bölünür.



Qrup halında mal çeşidləri: bu halda siyahıya (nomenklatura) daxil edilən mal qruplarının adları başa düşülür. Daxili qrup mal çeşidlərinə konkret növlərinə və müxtəlif xüsusiyyətlərinə görə bir-birindən fərqlənən mallar daxildir.

Bu iki anlayış, öz növbəsində, geniş və zəngin mal çeşidləri anlayışı ilə sıx əlaqədardır. Bu zaman geniş mal çeşidi anlayışı malların növ sayı ilə; çeşid zənginliyi isə, bir mal qrupu daxilində müxtəlif malların çoxluğu ilə səciyyə-ləndirilir. Hər lıansı mal qrupunda müxtəlif mallar nə qədər çox olarsa, mağazada mal çeşidi bir o qədər zəngin olar. Məsələn, ixtisaslaşdırılmış mağazalarda mal çeşidlərinin zənginliyi, ixtisaslaşdırılmamış mağazalarla müqayisədə daha çox fərqlənir. Eyni zamanda, çeşid zənginliyi və genişliyi ilə yanaşı, həm də bir-birini qismən əvəz edə bilən çeşid tarazlığı anlayışı da vardır. Çeşid tarazlığı pərakəndə satış ticarət şəbəkələrinin tələb və təklifı əsasında aparılır. Bu zaman çeşidin balanslaşdırılması bazara uyğun məzmun daşıyır.

Mallar tələbin tezliyinə, sabitliyinə və tələbatın xarakterinə görə təsnifləşdirilir.

Mallara olan tələbin tezliyinə görə 3 qrup fərqləndirilir:

1)Gündəlik tələbat - bura əhali tərəfındən hər gün tələb olunan mallar daxildir.

2)Müəyyən vaxtdan-vaxta tələb edilən mallar - bura istehlakçılar tərəfindən müəyyən vaxtlarda alınan mal çeşidləri daxildir.

3)Gec-gec tələb edilən mallar - belə mal çeşidlərinə istifadəsi uzun müddətə nəzərdə tutulan mallar daxildir.

Bundan əlavə satışı və alışı mövsümi xarakter daşıyan mal çeşidləri də vardır. Belə mallar ilin müəyyən fəsillərində olur və onların satışı da mövsümi xarakter daşıyır.

Əhalinin mallara olan tələbləri stabil (sabit) və dəyişkən ola bilər.

Bundan başqa alıcıların mallara olan tələbatını intensivlik, dəyişkənlik dərəcəsinə; əhali tərəfındən alınması xüsusiyyətinə, təkrar ödənilməsi dərəcəsinə görə, sabitlik və ya möhkəmlik, eləcə də yayılması dərəcəsinə və s. əlamətlərinə görə növlərə ayrılır.



Yüklə 29,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin