2.Topdan ticarət müəssisələrində mal çeşidlərinin formalaşdırılması və tənzimlənməsi.
Çeşidin formalaşması dedikdə - əhalinin ərzaq və qeyri-ərzaq mallarına olan tələbatının maksimum dərəcədə tam və dolğun şəkildə ödəmək və bununla bərabər tələbata fəal təsir göstərmək, istehlakın səviyyəsini yüksəltmək məqsədilə mallara olan ehtiyacı öyrənməyə yönəldilməsi başa düşülür.
Mal çeşidinin formalaşması mal dövriyyəsi və mal ehtiyatlarının planlaşdırılması ilə sıx əlaqədardır.
Mal dövriyyəsi quruluşunun planlaşdırılması çeşidi formalaşdırmaq işinin ilkin mərhələsidir.
Topdan ticarət müəssisələrində:
l)mal çeşidləri konkret malların siyahısını müəyyənləşdirmək yolu ilə formalaşdırılır.
2)Mal çeşidlərinin quruluşu qrup halında və qrup daxili mal çeşidləri siyahısından ibarətdir.
3)Mal çeşidlərinin siyahısı 2 mərhələdə işlənib-hazırlanır.
İlkin mərhələdə əmtəələrin qrup çeşidi təyin edilir. Onun müəyyən edilmə-sinin əsasını məqsədli bazar sahəsində marketinq tədqiqatları təşkil edir. Məqsədli bazar isə mağazalar və digər pərakəndə satış ticarət müəssisələrindən ibarət topdan alıcılarla təmsil olunur.
İkinci mərhələdə çeşid siyahısındakı əmtəənin hər növünün növ müxtəlif-liyinin sayı hesablanır, yəni topdan alıcıların sifarişi əsasında daxil olması zəruri olan əmtəələrin növ-müxtəlifliyinin sayı müəyyənləşdirilir.
Topdan müəssisələrdə işlənib-hazırlanmış əmtəələrin çeşid siyahısı alıcı tələbatındakı dəyişiklikləri, sənayenin buraxdığı yeni əmtəələri, topdan yarmar-kalardakı alışların nəticələrini və digər amilləri nəzərə almaqla düzəlişlərə məruz qalmalıdır.
Topdan ticarət bazarları üçün zəruri çeşid siyahılarının tərtib edilməsinin əsas məqsədi - anbarlarda əmtəələrin çeşidinin dolğunluğuna və sabitliyinə nəzarət etməkdən və öz məqsədli bazarı üzrə topdan alıcıları həmin əmtəələrlə təchiz etməkdən ibarətdir.
Çeşid siyahılarının topdan müəssisələrdə həqiqətən də zəruri və sabit çeşid yaradılmasını təmin etməsindən ötrü, bazanın anbarlarında çeşid siyahısına daxil edilmiş bütün əmtəələrin mövcudluğuna və onların pərakəndə ticarət müəssisələ-rinin tələb etdiyi sayda olmasına vaxtaşırı nəzarət etmək lazımdır.
Topdan müəssisələrdə əmtəə çeşidinə riayət olunmasının yoxlama nəticələri hər dəfə təhlil olunmalı və ayrı-ayrı əmtəə növləri üzrə azalmış ehtiyatların bərpa olunması üçün zəruri tədbirlər görülməlidir. Təhlilin nəticələrindən həmçinin növbəti il üçün mal göndərilməsi üzrə müqavilələrin bağlanmasında və onların dəqiqləşdirilməsi və dəyişdirilməsi işində də istifadə olunur.
Topdan müəssisələrdə əmtəələrin çeşid siyahısına uyğun olaraq mövcud olmasına nəzarəti əmtəəşünas-kommersantlar həyata keçirirlər. Bu məqsədlə say-məbləğ uçot vərəqələrindən istifadə olunur və bunlar hər əmtəə qrupu üçün təşkil olunmuş kartotekada toplanır. Kartotekanı 3 hissəyə bölmək məsləhət görülür. Birincidə, zəruri sayda ehtiyatı olan əmtəələrin uçotu, ikincidə ehtiyatı tükənməkdə olan əmtəələrin uçotu, üçüncüdə isə həmin anda bazanın anbarlarında mövcud olmayan əmtəələrin uçotu aparılır.
Daha böyük əyanilik üçün müxtəlif rəngli vərəqələrdən istifadə etmək məqsədəuyğundur: məsələn, yaşıl - kifayət qədər olan əmtəələrin uçotu üçün, ağ - digər əmtəələrin uçotu üçün.
Topdan ticarət müəssisələri nəinki öz anbarlarında olan, həmçinin xidmət göstərdikləri pərakəndə ticarət şəbəkəsində olan əmtəələrin də çeşidinə nəzarəti həyata keçirməlidirlər. Bu məqsədlə topdan müəssisələrin kommersiya işçiləri öz alıcılarına baş çəkirlər, anbarlarda olan əmtəələri təklif edirlər, bu və ya digər əmtəələrin satışı, bu əmtəələrin reklamı, satışın həvəsləndirilməsi metodları və digər məsələlər üzrə məsləhət xidmətləri göstərirlər.
Yuxarıda göstərilən çeşidə nəzarət metodu ən sadə bir metoddur və böyük olmayan topdan müəssisələrdə istifadə oluna bilər. Əksər hallarda isə müvafiq proqram təminatlı fərdi kompüterlərlə təchiz olunmuş avtomatlaşdırılmış işçi yerlərindən istifadə olunması zəruridir.
Dostları ilə paylaş: |