Mövzunun pasportu

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 55.13 Kb.
tarix16.12.2018
ölçüsü55.13 Kb.

Mövzunun pasportu

Dissertantın S.A.A.

Gözəlov Səyavuş Səfər oğlu

Dissertasiya işinin adı (3 dildə)

AZ

Fövqəladə hallarda qoşunların şəxsi heyətinin döyüş fəaliyyətinin mənəvi-psixoloji təminatı

RU

Морально-психологическое обеспечение боевой деятельности личного состава войск в чрезвычайных ситуациях

İNG

Moral-psychological support of private personnel activity of troops in emergency situations

İxtisasın şifri

3359.01

İxtisasın adı

Yanğın və sənaye təhlükəsizliyi (sahələr üzrə)

Mövzunun aktuallığı

Fövqəladə hallarda qoşunların şəxsi heyətinin döyüş fəaliyyətinin mənəvi-psixoloji təminatın bir sıra obyektiv səbəblərdən irəli gəlir.

Birincisi, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonara keçmişdə baş verən iki dünya sisteminin çətin, lakin ümumiyyətlə sözlə ifadə edilə bilməyən "soyuq" qarşıdurması hər hansı bir anda yerli hərbi münaqişələrə hazırlaşmaq üçün hazır olan bir neçə "isti" zərbəli münaqişə zonasına çevrilməsişdir. “Azərbaycan-Ermənistan və Qarabağ” münasibətləri, tarixi, sosial, siyasi və digər səbəblər nəticəsində Azərbaycan Respublikası sanki "yüksək riskli" zonada yerləşməsi.

İkincisi, fövqəladə hallarla mübarizədə qələbə qazanma probleminin elmi anlayışına həmişə insan gücü və texnologiyasındakı üstünlük nəticəsində nail olduğu göstərilir. İnsanların apardığı döyüş fəaliyyətinin (müharibələrin) tarixi göstərir ki, silahlı münaqişələrin nəticəsi və ümumiyyətlə bütün müharibənin nəticəsi olaraq xalqın mənəviyyatına, psixoloji davamlığa (sabitliyinə) və döyüş məqsədinə nail olmaq üçün çətinliklər və fədakarlıqlara qarşı hazırlıqlarında ifadə olunmuşdur. Buna görə də, hər zaman qoşunların mənəvi gücünün artırılması problemi çox vacib olduğu ön plana çəkilmişdir.

Üçüncüsü, hərbi analitiklərin araşdırmasında qeyd edilir ki, müasir müharibələr şəraitində, düşmən qoşunlarını əhəmiyyətli dərəcədə iflic etmək imkanlarının artırılmasında, birbaşa qarşıdurmaya başlamamaq və informasiya məkanında fəaliyyət göstərən qüvvələrin rolunun əhəmiyyətli dərəcədə artdığını vurğulayırlar. Əslində, dünyada döyüş əməliyyatlarının yeni növü - informasiya-psixoloji qarşıdurma və yeni "öldürməyəm" silahların meydana çıxması nəticəsində siyasi, iqtisadi və hərbi məqsədlər effektiv şəkildə əldə olunur. Qarşı tərəflərin qoşunları müasir psixotexnologiyaların tətbiqi şəraitində hərəkət edəcək, döyüşlərin gedişi və nəticəsi, dövlətlərin taleyi və ümumiyyətlə, planetin gələcəyi böyük ölçüdə bundan asılı olacağı fikri irəli sürülür. Qüvvələrin, vasitələrin, informasiya metodların inkişafı və psixoloji xüsusiyyətlərinin xarakterinin tendensiyası döyüş əməliyyatlarının hazırlanmasına və aparılmasına mənəvi-psixoloji təminatın əhəmiyyətini kəskin artırmağa gətirib çıxarır.

Dördüncüsü, fövqalədə hallarda Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin döyüş fəaliyyətinin və xarici ölkələrdə Əfqanıstanda sülh məramlı hərbi əməliyyatlar zamanı qoşunlarının mənəvi və psixoloji təminat təcrübəsinin öyrənilməsinin aktuallığı, həmçinin, müasir şəraitdə qoşunların mənəvi və psixoloji sabitliyini gücləndirmək üçün optimal yolların müəyyən edilməsi, yaxın keçmişdə hərbi-siyasi fəaliyyət zamanı buraxılan səhvlərin aradan qaldırılmasına fəaliyyət tədqiqatlarını istiqamətləndirmək.

Beşinci, bu problemin öyrənilməsinə yeni yanaşmalar tapmaq lazımdır ki, problemin həllində özünü aydın şəkildə biruzə verən qeyri-kafi elmi anlayışlar mövcuddur. Azərbaycan Respublikası Silahlı Qüvvələri və digər silahlı birləşmələrinin fövqəladə hallarda döyüş fəaliyyətinin yeni reallıqları, hərbi-doktrinasının oriyentasiyası qaydaları, Azərbaycan hərbi tarix elminin proqnozlaşdırma və məsləhət funksiyalarını gücləndirməsini üçün tələb edir.

Altıncısı, sülh məramlı xarici ordu qoşunlarla birlikdə azərbaycan ordusu qoşunlarının birgə iştirak təcrübəsi bir daha təsdiqləyir ki, son dövrün hərbi hadisələri vahid metodoloji və təşkilati prinsipləri, döyüş fəaliyyətinin bütün mərhələləri üçün mənəvi-psixoloji təminatının hərtərəfli, mütəşəkkil və səmərəli həlli hərbi qulluqçuların yüksək döyüş fəallığı formalaşdırmadan fövqəladə hallarda müvəffəqiyyətə nail olmaq çox çətindir. Rəsmi elan olunmuş, praktiki olaraq yeni qurulan qoşunların döyüş təminatı sırasına daxil edilən, yeni növ - mənəvi-psixoloji təminat - onu təşkil edən bu komponentlər üzrə fəal elmi tədqiqatlar tələb edir.

Qeyd etmək lazımdır ki, psixoloji baxımdan fövqəladə hallar digər növ hadisələrdən xeyli fərqlənir, belə vəziyyətlərdə hərbi kollektiv psixologiyasında və insanın psixikasının təzahür xüsusiyyətlərinin qiymətləndirilməsi və elmi dərk edilməsinə kəskin zərurət yarnır. Fövqəladə hallarin təsir və nəticələrinin aradan qaldırılmasında fəaliyyət göstərən Silahlı Qüvvələrin və digər silahlı birləşmələr qoşunlarının şəxsi heyətinin döyüş fəaliyyətinin optimallaşdırılması üzrə nəzəri və praktiki olaraq sınaqlarından çıxmış tövsiyələrin hazırlanması vacibdir.



Mövzunun vəziyyəti

Fövqəladə hallarda qoşunların şəxsi heyətinin döyüş fəaliyyətinin mənəvi-psixoloji təminatı məsələləri psixoloji ədəbiyyatda tədqiq edilməmiş problemlər sırasına daxildir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonar, torpaqlarımızın 20%-nin işğal altında olması, sosial, siyasi və hərbi sistemdə gedən köklü dəyişikliklər, olkə iqtisadiyyatının davamlı inkişafı, meydana çixması ehtimal olunan təbii, texnogen, hərbi və ekoloji xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılmasına cəlb edilən Azərbaycan Respublikası Silahlı Qüvvələri və digər silahlı birləşmələri qoşunları şəxsi heyətinin döyüş fəaliyyətində yeni tipli şəxsiyyətlərarası qarşılıqlı münasibətlər tələb etdiyi vaxt social, mənəvi və psixoloji problemlərə yeni elmi baxışlar tələbatı meyda çıxmışdır. Bununla əlaqədar olaraq, mənəvi-psixoloji problemlərin yeni həlli üsullarının formalaşdırılması və möhkəmləndirilmə çox vacibdir. Respublikamızda görkəmli psixoloqlar Ə.S.Bayramov, Ə.Ə.Əlizadə, B.H.Əliyev, S.İ.Seyidov, R.İ.Əliyev, S.M.Məcidova, G.K.Qurbanova və b. şəxsiyyətin, ünsiyyətin, liderliyin və rəhbərliyin psixoloji problemlərinin tədqiqinə diqqət yetirmişlər. Lakin onlar hərbi kollektivlərin, zabit hazırlığının öyrənilməsinə dair xüsusi tədqiqatlar aparmamışlar. Bununla bərabər Qərb, Amerika və rus sosial psixologiyasında bir çox nəzəri və tətbiqi məktəblərin nümayəndələri (N.Kouplend, R.Qrin, S.Güney, V.V.Şelyaqa, K.Levin, C.Tacfeİ, C.Terner, M.Arqayl, C.Moskovici, Q.M.Andreyeva, V.S.Ageyev, T.Şibutani və b.) ancaq, hərbi və mülki şəxslərdə sosial-psixoloji problemlərin tədqiqi ilə məşğul olmuşlar, A.Q.Maklakova, İ.V.Sıromyatnikov, M.P.Korobeynikov, D.A.Volkoqonov, İ.İ.Malopurin, A.F.Şramçenko, A.N.Şaxov, Y.B.Podolyak, V.V. Pujalov, E.İ.Şəfiyeva, E.V.Əliyev, N.A.Əliyev, S.T.Məmmədova, V.M.Məmmədov, V.Ə.Muxtarov və b. hərbi psixologiyanın müxtəlif sahələrini əhatə edən ümumi elmi araşdırmalar aparmışlar. Bu tədqiqatlar hərb fəaliyyətinin, xüsusəndə döyüş fəaliyyətinin psixoloji təminatını əhatə etdiyindədən, onları istisna etsək, fovqəladə hallarda qoşunların şəxsi heyətinin döyüş fəaliyyətinin mənəvi-psixoloji təminatı mövzusu haqqında demək olar ki, heç bir ciddi elmi araşdırmalar aparılmamışdır. Bütün bunlarla yanaşı Azərbaycanın milli qəhrəmanlarının şücaətlərini əks etdirən publisistik yazılar da mövcuddur. Lakin hərbi-psixoloji problemlərə mənəvi-psixoloji prizmadan yanaşaraq müasir dövrün tələblərinə cavab verən qoşunların şəxsi heyətin döyüş fəaliyyətini mənəvi-psixoloji təminatı məsələsi sistemli tədqiq edilməmişdir.

Həlli tələb olunan məsələlər


1. Azərbaycan Respublikası Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin döyüş təcrübəsinin və hərbi-psixoloji elminin nəaliyyətlərinin müxtəlif sahələrdə yerli və xarici psixologiya və sosial həyat sahələrdə məzmununun səmərəliyini artırmaq, peşə fəaliyyətində MPT praktiki həyata keçirilməsinə elmi tədqiqatlar təcrübəsi olan peşəkar fəaliyyəti öyrənmək, ümumiləşdirmək, sistemləşdirmək.

2. Fövqalədə hallarda Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin və hərbi hissələrin şəxsi heyətinin döyüş fəaliyyəti zamanı MPT məzmunu və mahiyyətini, hərbi alimlərin və praktiklərin daha dolğun və şüurlu dərk etməsinə zəruri olan Ümummilli Lider H.Ə. Əliyevin “Azərbaycançılıq ideyası” metodoloji mühiti formalaşdırmaq.

3. Silahlı Qüvvələr və digər silahlı birləşmələr qoşunların hərbi hissələrinin və birləşmələrin komandir, tərbiyə işinin orqanlarının fəaliyyət təcrübəsini sistemləşdirmək, onların qeydiyyatı və həlli ilə bağlı sülh və hərbi dövrlərdəki fövqalədə hallarda qoşunların döyüş fəaliyyətinin problemlərinin mənəvi-psixoloji təminat xüsusiyyətlərini müəyyənləşdirmək.

4. Fövqalədə hallarda qoşunların şəxsi heyətinin döyüş fəaliyyətinin mənəvi-psixoloji təminatın döyüş tətbiqində nəzəri konsepsiyasını eksperimental yoxlamaq və elmi cəhətdən əsaslandırmaq. Şəxsi heyətin döyüş fəaliyyətinin mənəvi-psixoloji təminat problemlərinin xüsusi texnoloji həlli və ümumi texnoloji sxemi hazırlamaq.



5. Azərbaycan Respublikas Silahlı Qüvvələrinnin və digər silahlı birləşmələrin müasir mərhələdə və perspektivdə islahatların müasir ümumqoşun və yanğın döyüş bölmələri tələblərinə uyğun mənəvi-psixoloji təminatı sisteminin optimallaşdırılması üzrə elmi cəhətdən əsaslandırılmış nəticələr və tövsiyələr hazırlamaq.



Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə