Mövzunun pasportu



Yüklə 49 Kb.
səhifə2/3
tarix05.01.2022
ölçüsü49 Kb.
#111260
1   2   3
Mövzunun vəziyyəti

ASIS FAO sistemində NDVI əsasında hesablanan bitki vəziyyətinin indeksi (VCI) əsas göstərici kimi istifadə olunur. Bu indeksdə fotosintetik aktiv optik radiasiya ilə əlaqəli spektral göstəricilər öz tətbiqini tapmış və bu indeks əsasında əldə edilmiş məlumatlar Earth Observation saytında əks etdirilir. Bununla belə bitkilərdə xlorofilin miqdarı çox olan halda NDVI indeksinin doyma effektinin nəzərə alınmaması kimi çatışmazlıq mövcuddur və onun aradan qaldırılması vacib məsələdir. Ümumilikdə torpağın bitki ilə örtülmə dərəcəsi aqrar landşaft ərazilərində hidroloji və ekoloji modelləşdirmə nəticələrinə əhəmiyyətli dərəcədə təsir edir. Bu cür modellərdə enerji axınları və nəmişliyin hesablanması üçün müxtəlif təbii proseslərin zaman dinamikası və məkan dəyişiklikləri haqqında operativ məlumatlar tələb olunur. Desertifikasiya (səhralaşma), iqlim dəyişiklikləri və antropogen fəaliyyət də daxil olmaqla aqrar landşaft sahələrində müxtəlif faktorların təsiri altında torpağın deqradasiyası baş verir. Torpağın deqradasiyası bioloji və iqtisadi məhsuldarlığın azalmasına və ya itirilməsinə gətirib çıxarır, eyni ilə deqradasiya nəticəsində torpaqda toplanmış ağır metallar, xüsusi ilə də qurğuşun, kadmium, civə, arsen və s. insan sağlamlığı üçün ciddi fəsadlar yaradır. Ümumilikdə, coğrafi landşaft fasialardan, təbii sərhəd və ərazilərdən ibarət sadə təbii-sahə komplekslərinin toplusu olmaqla maddələrin miqrasiya axınının, geokimyəvi landşaftın təbii və ərazi kompleksidir. Aqrolandşaft isə insan tərəfindən yaradılmış canlı orqanizmlərin üstünlük təşkil etdiyi antropogen landşaftdır. Landşaftların formalaşmasında suyun və maddələrin biogen dövriyyəsi, günəş enerjisi və bunların mövsümi dinamikası vacib rol oynayır. Aqrolandşaft dedikdə təbii bitki növlərinin əksəriyyətinin kənd təsərrüfatı bitkilərinin əkinləri ilə əvəz olunması başa düşülür. Bitki aləminin inkişafının tədqiqində vacib rol oynayan LAI indeksi fotosintetik aktiv radiasiya ( FAPAR ) ilə sıx əlaqədardır və bu da xalis ilkin məhsulların (NPP) formalaşmasını müəyyənləşdirən əsas amildir. Buna görə də LAI meşə sahələrinin artma xüsusiyyətinin əsas partametridir. Son onilliklərdə məsafədən zondlama (MZ) verilənləri əsasında aparılmış araşdırmalar ətraf mühit parametrlərinin qiymətləndirilməsində geniş elmi-metodik bazanın yaradılması ilə nəticələnmiş, alınmış nəticələr ətraf mühitin ekoloji monitorinq sisteminin formalaşmasında və həmçinin təbiəti mühafizə tədbirlərinin işlənilməsində praktiki tətbiq sahələrini tapmışdır. Bütün bunlar isə nəticədə geniş istehlakçı kütləsinin marağına səbəb olmuşdur. Bitkilərin fenoloji vəziyyətinin dinamikası, bitki örtüyünün fenoloji inkşafı və aqrar landşaftın digər inkişaf göstəriciləri ekosistemə MZ-nin informasiya-ölçmə texnikası əsasında nəzarətin təşkili üçün olduqca əhəmiyyətli informasiya mənbələri olmaqla ekosistemlərin səmərəli menecmentinə xidmət edən əsas faktorlar kimi tədqiq olunmalıdır. Bununla da aqrar landşaftın dinamik xüsusiyyətlərini xarakterizə edən əsas göstəricilərin yeni spektrofotometrik ölçmə metodlarının işlənilməsinə həsr edilmiş dissertasiya işinin yerinə yetirilməsi müasir dövrün tələblərinə cavab verən əsas məsələlərdən biridir.


Yüklə 49 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin