Mövzusunda Dİplom iŞİ Tələbə : Rəhimli Fatma maliyyə, 4-cü kurs, bakalavr dərəcəsi Elmi rəhbər: Eldar Qocayev



Yüklə 355,4 Kb.
səhifə3/17
tarix10.01.2022
ölçüsü355,4 Kb.
#109473
1   2   3   4   5   6   7   8   9   ...   17
ƏDƏBİYYAT SİYAHISI........................................................................................60


GİRİŞ
Mövzunun aktuallığı. Həm iqtisadiyyatın, həm də cəmiyyətin həyat səviyyəsinin inkişafına yol açacaq bir çox əhəmiyyətli hədəflərə çatmaq üçün dövlətlər müxtəlif alətlərdən istifadə etməklə bir sıra tədbirlər görürlər. Belə tədbirlərdən biri də vergi siyasətinin, xüsusilə də qarşıya qoyulmuş məqsədlərlə və iqtisadi vəziyyyətlə uyğunluq içərisində olan və effektiv şəkildə qurulan vergi siyasətinin əhəmiyyəti böyükdür. Bu siyasətin ayrılmaz və önəmli tərkib elementi olan gəlir və mənfəət vergisi, istər vergi siyasəti çərçivəsində əsas alətlər kimi arzu olunan məqsədləri reallaşdırmaq üçün, istərsə də dövlətlərin maliyyə resusrlarıyla təminatı üçün geniş şəkildə tətbiq edilir.

Müasir dövrdə vergilərdə baş verən dəyişikliyin iqtisadiyyatda tez yansıması, yəni iqtisadiyyata çevik təsir etməsi, iqtisadi fəaliyyət və proseslərə təsir göstərmə və dövlət tənzimlənməsində vergilərin, onların alət kimi tətbiq olunduğu bir siyasətin rolunu daha da yüksəltmişdir.

Hazırki dövrdə respublikamızda gəlir və mənfəət vergisinin mövcud vəziyyətini, inkişaf yollarını müəyyənləşdirmək və qiymətləndirmək, bu vergilərin tətbiq xüsusiyyətlərini və istiqamətlərini təkmilləşdirmək üçün, bu vergilərin tarixən necə tətbiq edildiyini və müasir dövrümüzdəki kimi formalaşana qədər hansı mərhələlərdən keçib, zaman ərzində hansı yeniliklərin baş verdiyinə nəzər salmaq faydalıdır.

Gəlir və mənfəət vergisinin təkcə iqtisadiyyatda deyil, cəmiyyət həyatındaki təsirlərini, gəlirlərin yenidən bölüşdürülməsindəki əhəmiyyətini və bütün bunlarla məhdudlaşmayaraq vergi sisteminin təkmilləşdirilməsiylə bu vergilərin rolunun günbəgün artmasını əsas götürərək, bu mövzunun aktual olduğunu və bu sahədə araşdırmalar aparmağın zəruriliyini qeyd edə bilərik.

Bu vergilərin iqtisadi səhnədəki rolunun artmasıyla yanaşı, fiziki və hüquqi şəxslərin yaranan boşluqlardan faydalanaraq öz vergi öhdəliklərindən yayınması və bu yayınmanın iqtisadi inkişada vurduğu zərbəninin qarşısını almaq üçün aparılan işlər də mövzunun aktuallığını dəstəkləyir.


Yüklə 355,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin